_____________ Milli Kitabxana_____________
104
qadınlar bir-birilərinə xüsusi hörmət nişanəsi olaraq yelpik
göndəriblər. Orta çağlar Yaponiyasında estetlər öz şeirlərini
yelpik üzərinə yazarmışlar.
Yapon milli mədəniyyətində yelpiklərin təntənəsi onların
Noh teatrının bədii-estetik müstəvisindəki mövqeyilə
sonuclanır. Burada yelpiklərin üç növü aktyorların
istifadəsindədir. Birinci növ çinli personajların əllərində
tutduqları dəyirmi, yığılmayan, bükülməyən yelpikdir: beləsinə
yaponlar “utiva” deyirlər. Bu yelpiklər həm də səhnədə
görünən əcinələrə verilir. Lakin əcinələrin işlətdiyi utivaların
dəyirmi hissəsi daha iri olur və onlar lələklərdən hazırlanır.
Noh aktyorlarının ən çox yararlandıqları yelpiklər “tükey”
adlanır: onu asanlıqla qatlayıb açmaq mümkündür. Tükey
yaponlar tərəfindən icad edilmiş yelpikdir. XIV-XVI əsrlərdə
çinlilər bu yelpiklərdən bir zövq predmeti kimi bol-bol
bəhrələnirdilər. XII yüzildən etibarən isə rəqqaslar bu
yelpiklərdən rəqs zamanı faydalanmağa başlayırlar. Beləliklə,
tükey Noh teatrının səhnəsinə də gəlib çıxır. Qara və açıq
rəngli tükeylər 15 plastik lələkdən ibarət olur. Bu rənglər
bambuk ağacı üçün xarakterik rənglərdir. Qara rəngli
yelpiklərdən qadın və kişilər, açıq rənglilərdən isə rahib və
qocalar istifadə edirlər. Hər bir dram əsəri əsasında
hazırlanmış tamaşada konkret rəngi və rəsmi olan yelpiklər
işlənilir. Busa yelpiyi simvola, işarəyə, eyhama çevirir.
Nümunə üçün götürək qoca Okinanın yelpiyini. Burada
uzunömürlülük, müdriklik və möhkəmlik rəmzi kimi həmişə
çanaqlı bağa, hacıleylək və şam ağacı təsvir olunur. Tanrı
yelpikləri simurq quşunun və çiçəklərin rəsmilə bəzədilir.
Qalib sərkərdəni tanıtmaqdan ötrü yelpik səthində şam
ağacının budaqları arasından qalxan Günəş çəkilir. Dənizin
coşmuş dalğaları üstündə görünən Günəşsə məğlub
sərkərdəni bildirir. Çiçəklər yüklənmiş araba şəkli
_____________ Milli Kitabxana_____________
105
təsvirlənən yelpik gözəl gənc qıza mənsubdur. Divanələrin
yelpiyində heç vaxt qırmızı rəng olmur. Burada əksərən qı-
zılı fonda payız gülləri verilir. Vaki personajının, əgər o, ra-
hibdirsə, yelpiyində sərgərdan həyatın simvolu kimi bulud-
lar əhatəsində Ay rəsm edilir.
Kögen yelpikləri üçünsə heç bir kanon yoxdur. Əslində
kögenlər Noh tamaşalarına məsxərə kimi düşünülüb. Odur
ki, onlar Noh qəhrəmanlarının yelpiklərindəki təsvirlərə gülür,
lağ edirlər. Məsələn, əllərinə qızılı torpaq üstündə iri ağ turp
şəkli olan yelpik götürüb siteni, və hətta ənənənin özünü belə
məsxərəyə qoyurlar.
Noh teatrında üçüncü tip yeniliklər “sucimeori” adlanır.
Bu, məişət yelpiyidir: onunla maskasız aktyorlar, xor
iştirakçıları səhnəyə çıxırlar. Sucimeori yelpiklərində təsvir
daima eynidir. Noh teatrının Kance məktəbində yelpik
üzərində füsünkar şəlalələr, Xosyö məktəbində isə beştəbəqəli
qıvrımsaç buludlar rəsm edilir. Kyögen personajlarının
yelpikləri də məktəblərə görə fərqləndirilir: Okura məktəbi
dumana bürünmüş cavan şam ağacları təsvirini, İcumi
məktəbisə qar dənəciklərilə görükdürülən mənzərəni üstün
sayır.
Yelpiklə davranmaq xüsusi sənətkarlıq və ustalıq tələb edir.
Noh rəqsinin və pantomimasının vacib elementi yelpikdir.
Yelpik səhnə hərəkərtinin, səhnə davranışının, pozanın, jestin
gözəlliyini, plastikliyini və mənasını estetik tərzdə vurğulamaq
vasitəsidir. Necə ki yazıda müəyyən bir cümlənin əhəmiyyətini
vurğulamaq üçün onun altından qırmızı xətt çəkilir, bax, eləcə
də yelpik səhnədə aktyor davranışından, onun jestindən ötrü bu
funksiyanı yerinə yetirir. Noh teatrının aktyoru yelpiyin
köməyilə dünyanın, təbiətin şəklini canlandırmağa qadirdir.
yögen aktyorunun əlində isə yelpik sake üçün fincan da ola
_____________ Milli Kitabxana_____________
106
bilər, soyuq silaha da çevrilər. Noh teatrının səhnəsi kəpənək
kimi gözəl yelpiklərin rəngarəng oyunlarının səltənətidir.
Maska taxmış site personajının əynində olan kostyum da
əsl sənət əsəridir. Noh teatrında geyimlər əlvan rəngli, bahalı
parçalardan tikilir. Kostyum rəngləri içərisində ağ, qırmızı,
qəhvəyi, sarı-qəhvəyi, qırmızı-qəhvəyi, tünd göy üstündür. Ağ
və qırmızıdan alicənab rəng timsalında tanrıların, saray əyan-
larının və gözəllərin kostyum- larında istifadə edilir. Rənglərin
müxtəlif nisbəti qəhrəmanın xarakteri haqqında seyrçini əlavə
olaraq məlumatlandırır. Ağ kimono və qırmızı kəmər tanrını
nişan verir: o, təzə enerji və güc təəssüratı oyatmalıdır. Gözəl
xanımların geydiyi kimonolarda qırmızı rəngin mövcudluğu
mütləqdir. Qoca qadınların geyimində isə qırmızı olmur. Kişi
və qadın kostyumlarının elementləri Noh teatrında bir-birindən
fərqlənmir və hər dəfə onlardan faydalanıb yeni variasiyalar
yaratmaq mümkündür. Məsələn, “työken” adlanan kostyum
üstündə iri gül bəzəkləri çəkilmiş ipək parçadan hazırlanır,
qızılı və gümüşü saplarla tikilir. Bu paltarda rəqqasə qadınlar
çıxış edir. Belə kimono “okuti” adlanan ipək şalvar-tumanla
geyildikdə rəqqasəni yox, hərbçini, döyüşçünü tanıtdırır.
“Micuqoromo” (uzunqollu, xirqə görkəmli libas) deyilən
ləbbadə-yapıncını həm kişilər, həm də qadınlar geyinir. Bu,
səyahət və iş paltarıdır. Əgər micuqoromonu qadın geyinibsə
və əlində bambuk ağacının budağını tutubsa, bu, yollarda
sərgərdan gəzən ruhi xəstədir. Əgər micuqoromo çiyinlərdən
yuxarı yığılıbsa, bu o deməkdir ki, personaj ciddi şəkildə işlə
məşğuldur. Noh personajlarının geyimlərinin bildirdiyi
simvolik mənalar həddindən artıq dərəcədə çoxdur.
Bu teatrda hətta adi yaxalıqlar belə işarədir. Latın
“V”
hərfi formasında olub şax dayanan əlvan yaxalıqlara yaponlar
“eri” deyirlər. Alicənab personajlar həmişə ağ rəngli erilərdə
olurlar. Şahzadə və tanrıların yaxalıqları da ağdır. Açıq mavi
Dostları ilə paylaş: |