_____________ Milli Kitabxana_____________
132
üzərində həmişə piştağlar qurulur və bu piştağların üstündə,
adətən, sazəndələr və xor üzvləri məskunlaşırlar.
11. Kabuki teatrında oyun qəlibləri
Kabuki repertuarının klassik pyesləri bu sənətin uzun tarixi
boyunca teatrda oyun üslubunu, aktyorun səhnədə mövcudluq
şərtlərini, oyun qəliblərini müəyyənləşdirmişdir. Bu qəlibləri
formalaşdırmaqda məqsəd xarakterin dəruni psixoloji ovqatını,
duyumlarını düzgün ifadə etməkdir. Konkret rollar və pyeslər
üçün işlənib hazırlanmış spesifik formalar, - katalar, - aktyor
nəsillərində bir ənənə kimi atadan oğula keçmışdir. Bu katalar
təkcə davranış və nitq standartlarından ibarət deyil; bura eyni
zamanda geyim, qrim, musiqi müşayəti, səs effektləri, bir neçə
sujet və səhnələr də daxildir. Bu kataların müəllifləri keçmişin
ustad Kabuki aktyorları olublar. Onların sırasında ən məşhuru
Kikiqoro ənənəsidir ki, bu ənənə indi də müasir aktyorlar
Şoroku, Kancaburo, Bayko və VIII Kikiqoro tərəfindən da-
vam etdirilir. Nəsildən-nəslə hər bir aktyorun fərdi xüsusiyyət-
lərindən asılı şəkildə bu oyun qəlibləri cilalanmış, yüksək
stilizə dərəcəsinə çatmışdır. Məsələn, VI Kikiqoro (1885-
1949) Kabuki teatrının tarixinə iki yeniliyin müəllifi kimi düşür.
Onu yaponlar bütün dövrlərin ən dahi aktyoru sayırlar.
Kikiqoro öz bədəninin köklüyünə və boyunun qısalığına
baxmayaraq səhnədə çox cazibədar görünməyi bacarmışdı;
ikincisi: o, tamaşalarda dramatik effektin çəkisini artırmış və
belə səhnələri seyrçi üçün sadələşdirmiş, daha anlaşıqlı etmişdi.
I Kiçiyemon (1886-1954) Kabuki teatrının digər dahi novator
aktyorudur. Teatr tarixi hesab edir ki, bugünki Kabuki
teatrının müəllifləri I Kiçiyemon və VI Kikiqorodur.
Kabuki də aktyor teatrıdır. Burada ənənəvi olaraq
“ulduzlar sistemi” mövcuddur və truppada bütün işlərə “zaço”
_____________Milli Kitabxana_____________
133
çağırılan baş aktyor rəhbərlik edir. Teatrda oyun üslubunu da
zaço müəyyənləşdirir. Və nəinki oyun üslubunu. Zaço rol
bölgüsü aparır, geyimə, qrimə, dekorlara, sazəndələrə nəzarət
etmək hüququnu özündə saxlayır.
_____________ Milli Kitabxana_____________
134
12. Oyun texnikası
Şərq teatr mədəniyyətində oyun şərtiliyi Kabuki teatrında
öz mövcud zirvələrindən birini yaşayır. Burada Qərb teatrında
olduğu kimi naturalistik realizm uğrunda mübarizə yoxdur.
Kabuki teatrında “seva kögen” deyilən ev pyeslərinin
detallarına böyük diqqət yetirilir, mümkün realizmin konkret
hüdudları müəyyənləşdirilir, səslərin və davranışın formal
gözəlliyi ön plana çəkilir. “Araqoto” adlandırılmış pyeslər
üçün bu, çox vacibdir. Araqoto mətnləri Bunraku kukla
teatrlarından təbdil edilmiş “maruhon” adlı mono pyeslər
əsasında tərtiblənir.
Kabuki janrı Osaka və Edo şəhərlərində 2 müxtəlif
formada inkişaf etmişdir. Bu formalar “vaqoto” və “araqoto”
adı altında tanınır. Yumşaq, elastik formaya malik vaqoto
Osaka sakinlərinin mülayim təbiətini bədii obrazlarda
sərgiləyirdi. Vaqoto tacir Kabukisi idi. Yaponiyada araqotoya
“hərbi” və ya “sərt Kabuki” də deyirlər. Bu, Kabukinin son
dərəcə ekspressiv, stilizə edilmiş formasıdır.
Əgər ədəbi dildə “araqoto” sözünün tərcüməsini axtarsaq,
bu vaxt ona “coşqun maddə” deməliyik. Araqoto üslubu
Kenroku dövründə I İçikava Dancuro (1660-1704) tərəfindən
yaradılmışdır. Sonradan bu üslubu onun oğlu II Dancuro
təkmilləşdirmişdir. Araqoto tam mənası ilə Kanto camaatının
ruhunun ifadəçisi olmuşdur. Bu pyeslərin qəhrəmanları mərd
samuraylardır. Aktyorlar böyük cəhdlə bu güclü kişilərin
rollarını oynamaqdan ötrü çalışırlar. Hərçənd bu samuray
obrazlarını yaratmaq olduqca çətindir. Çünki bu yekəpər,
əzələli, qoçaq döyüşçülər məğz etibarı ilə səhnədə beş-altı yaşlı
oğlan uşaqlarını xatırlatmalıdırlar. Guya ki, savaş meydanında
qan tökən bu qəhrəmanların əslində heç bir günahı yoxdur. Bu,
_____________ Milli Kitabxana_____________
135
həmin obrazların işıqlı ruhudur və bir qayda olaraq seyrçilərə
xoş təsir bağışlayır.
Araqoto üslubunda, başqa cürə desək, araqoto Kabuki
növündə iki texniki oyun tərzi xüsusilə cəlbedicidir: miye
şişirdilmiş qəzəb ifadəçisi olub donuq pozadır; roppo isə
altı göstərişdən ibarət cilalanmış davranışlar qəlibidir.
Miye tipləri sırasında ən ekspressivi Genroku miyedir. Bu
pozada qollar dirsəkdən qatlanıb sinəyə sıxılır, sol ayaq dizdən
bükülür, baş barmağı dik tutulmuş sağ ayaq isə qabağa uzadılır.
Bu zaman sağ ayaq ilə çənənin istiqaməti üst-üstə düşməlidir.
Qadın və qəşəng kişi rollarının ifaçıları miye pozasından
faydalanmasalar da, gözəl, plastik quruluşlu pozalar onlar üçün
də önəmlidir. Kabuki teatrında “danmari” adlandırılan kiçik bir
tamaşa parçası miye pozalarının sintezindən ibarətdir.
Danmari sanki miyenin bütün ekspressiv imkanlarını
aşkarlamaqdan ötrüdür. Bir neçə nəfər qaranlıq zülmət içində
bir yerə toplaşır. Onlardan hər biri qəfil hücumdan ehtiyatlanıb
miye pozası alır. İşıq yanan kimi bəlli olur ki, bu qoçaq
döyüşçülərin hamısı eyni bir miye pozasında “quruyub
qalıblar”. Roppo aktyorun səhnəyə çıxış formasıdır. Qol-qıç
hərəkətləri, üz ifadələri, vokal partiyaları və əlbəttə ki, miye
ropponun elementləri içərisinə daxildir. Roppo səhnədə həmişə
“şiçi-san” pozisyonunda ifa olunur.
Kabiki teatrında bütün səhnə fəaliyyəti tamaşaçının gözü
qarşısında baş verir. Hətta iki aktyor səhnədə dayanıb
söhbətləşərkən belə bir-birilərinə yox, tamaşaçı salonuna
baxırlar, yəni, heç bir məqamda aktyor seyrçilərə arxasını
çevirmir. Bu, Yaponiyada böyük bir ədəbsizlik sayılır. Və
yaxud, hər hansı bir predmeti aktyorlar bir-birinə
ötürməmişdən öncə həmin əşyanı sanki tamaşaçı salonuna
doğru uzadıb onu seyrçilərə göstərirlər. Aktyor səhnəni tərk
edərkən belə mütləq tamaşaçılara tərəf üç addım atır və yalnız
Dostları ilə paylaş: |