Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

_____________Milli Kitabxana_____________ 
185 
tamamlanırdı. Bununla da şiə  məmləkətinə  təqribən iki ay 
(məhərrəm və  səfər) müddətində emosional bir qayədə 
yaşanılacaq təziyələr qədəm qoyurdu. Təziyələr fasilə 
vermədən 40 gün davam edəcək və bu 40 gün ərzində müxtəlif 
yerlərdə şəbih tamaşaları oynanılacaqdı.  
      Şəbih tamaşalarının mövzusu, sujeti Kərbəla hadisələrindən 
və ya həzrət  Əlinin həyatından götürülmüş pyeslər  əsasında 
düzənlənir. Müsəlman dünyasının bu dini dramları Ninəva 
çölündə  şəhid düşmüş  şiə  qəhrəmanlarının iztirablarından, 
əziyyət-lərindən,  şücaətindən, sədaqətindən bəhs edən 
rövzələrə söykənirdi.  İslam mədəniyyəti  şəbəkəsində isə 
rövzələrin sayı-hesabı yoxdur. Müsəlman  Şərqinin müxtəlif 
dövrlərdə yaşamış mütəfəkkirləri, alimləri, tarixçiləri və şairləri 
külli miqdarda rövzələr (rouzələr) yazmışlar. Avropada 
şəbihləri  “pəşşn pleys” adlandırıb onları “ehtiraslı pyeslər” 
kimi qələmə verirlər. Tarixi XVI əsrdən üzü bəri hesablanan bu 
epik başlanğıca tabe dramların qəhrəmanlarını üç qrupda 
cəmləşdirirlər: 
 
1) suyuşirin personajlar         -   imam Hüseyn və onun tərəfdarları,  
                                                      qohumları bu kateqoriyaya aiddir;           
2) qanıacı personajlar            -   Yezid ibn Müaviyə, Şümr, Ömər  
                                                       ibn Səəd, Malik ibn Nusayr bu  
                                                       sıraya daxildir;                                        
3) tərəddüd edən personajlar -   ibn Hürr kimi fikrini dəyişib  
                                                       əməlindən peşman olan obrazlar. 
                                                           
       Avropada dini dramlar  əsasən üç məcmuə ilə təqdim edi-
lən toplulara görə tanınır. Bunalardan birincisi Fətəli  şah 
Qacara mənsub  “Məcmuyeyi-cəngi  şəhadət”  adı ilə 
məşhurlaşmış topludur ki, 33  məclisdən ibarətdir. Məclislərin 
bəzisi A. Kudesko, Şarl Virold və Anri Jenere tərəfindən 
tərcümə edilmişdir. Şiələrin çox sevdiyi “Əliəkbərin şəhidliyi” 


_____________Milli Kitabxana_____________ 
186 
məclisi bu məcmuəyə aiddir. İkinci məcmuəni Bağdadın alman 
konsulu Vilhelm Litten dərc etdirmişdir. Üçüncü məcmuəni 
toplayıb ingiliscə çapa hazırlamış adam polkovnik ser Riçard 
Pelli olmuşdur. Bu toplular vasitəsilə “Həzrət Abbasın ölümü”, 
“İbn Hürrün tərəddüdü”, “Müslüm balaları”, “Qasım otağı” 
kimi şəbih dramları Avropada işıq üzü görmüşdür. 
       Şəbih tamaşaları xüsusi təkyələrdə, - iri çadırlarda, - 
oynanılardı. Tamaşaların xərcini təkyədarlar çəkirdilər.  Şiə 
camaatı  hələ  məhərrəm ayından öncə bu şəbihlərə hazırlıq işi 
aparardı. Bu hazırlıq prosesinin əsas yükü həmişə 
şəbihgərdanın boynuna düşərdi.  “Şəbihgərdan”  şəbihi təşkil 
edən adama, şəbih rejissoruna deyilir. Təziyələr yaxınlaşarkən 
şəbihgərdan qapı-qapı  gəzib  şəhidlərin və onların qatillərinin 
şəbihlərini müəyyənləşdirirdi. Yezidin, Şümrün  şəbihlərini 
tapmaq həmişə xüsusi çətinlik törədirdi. Çünki heç kim şiələrin 
sevimli imamının qatilini oynamaq istəmirdi. Ona görə  də 
şəbihgərdan bu aktyorları  əsirlərin, kafirlərin içindən seçirdi. 
İmamın qatillərinin şəbihini çıxarmaq həyat üçün təhlükəli bir 
iş idi. Məsələ bu ki, cuşa gəlmiş şiə seyrçiləri şəbihi Yezidin və 
ya  Şümrün özü bilib onu asanlıqla öldürərdilər. Təkyələrin 
qurulub bəzədilməsinə  də  şəbihgərdan nəzarət edirdi. İranda 
təkyələr bir qayda olaraq yaraşıqla düzəldilirdi. Bunun səbəbi 
də odur ki, tacirlər, məmurlar, varlı şəxslər sanki öyünüb, bir-
birilə  bəhsə girib təkyələri daha çox rövnəqləndirməyə 
çalışardılar. Nəticə etibarı ilə təkyələr bahalı xalçalarla, Kəşmir 
şalları ilə, zərif çini və qızıl qablarla bəzədilərdi. 
     Təkyələr adətən düzbucaqlı formasında olurdu. Onların  ən 
böyüyü şəhərin mərkəzi bölgəsində qurulurdu. Belə təkyələr 3-
4 min seyrçi tuturdu. Təkyələrin böyründəcə səkquxanalar (su 
“evləri”) və  tağnümalar (qrim otaqları) ucaldılırdı. 
Səkquxanalarda camaata su, şərbət paylanılırdı. Tağnümalar isə 
aktyorların geyim otaqları idi. Tamaşadan öncə təkyənin içində 


_____________Milli Kitabxana_____________ 
187 
iri bir piştağ (taxt) qurulurdu, böyründə isə minbər. Minbər 
rovzəxanın çıxışı üçün nəzərdə tutulurdu. Bu piştağ, onun 
üzərində qoyulmuş xurma ağacının budaqları  Kərbəla çölünü, 
bir vedrə su isə  Fərat çayını bildirirdi. Şəbihlər bu piştağın 
üstündə  çıxış edirdilər. Onlar əksərən öz rollarının sözlərini 
öyrənmirdilər və birbaşa şəkildə şəbihgərdanın göstərişlərindən 
asılı olurdular. Hətta şəbihgərdan səhnədə gəzib əlindəki ağacla 
onlara necə  rəftar edəcəklərini göstərirdi.  Şəbihlər rollarını 
tamamladıqdan sonra səhnəni tərk etmirdilər; aşağı əyləşib adi 
seyrçiyə çevrilir və hadisələrə, sözlərə, nidalara mömin şiə 
kimi reaksiya verirdilər. Suyuşirin qəhrəmanların  şəbihləri ağ 
qaftan, yaşıl ya qırmızı  əba geyinirdilər, başlarına yaşıl çalma 
qoyurdular; çiyinlərində iosə  qızılı tikmələr olurdu. Döyüş 
səhnələrində onlar qılınc bağlayırdılar, yumşaq dəridən 
hazırlanmış  ağ uzunboğaz çəkmə geyinirdilər. Evdə, 
qohumlarının yanında isə bu qəhrəmanlar sadə başmaqlarda 
(nəleynlərdə) gəzirdilər. Qanıacı personajların  şəbihlərinin 
əynində isə qara rəng üstünlük təşkil edirdi. Qadınların 
şəbihləri də qara çarşablarda olurdular. Tərəddüd edən (və ya 
peşmanlamış) personajların geyimlərində  ağ  və  qırmızı 
rənglərin kombinasiyasından yararlanırdılar. Mələklər cübbə 
geyinirdilər, başlarına isə tac qoyurdular. İmam Hüseynin 
şəbihi mütləq yaraşıqlı ortaboylu adam olmalıydı  və  qılıncın 
dəstəyi boyda saqqal saxlamalıydı. Həzrət Abbasın  şəbihi isə 
mütləq ucaboy, enlikürək  şiələr arasından seçilməliydi. 
Tamaşaların  əsas personajlarına həm də “daimi personajlar” 
deyirdilər. 
       Şəbih tamaşaları başlanmamışdan öncə təkyədə rövzəxan-
lar, mərsiyəxanlar, nouhəxanlar çıxış edirdilər, bir növ seyrçi 
auditoriyasını tamaşadan öncə coşdururdular, onları 
melodramatik ovqata kökləyirdilər. Bu tamaşalarda hər bir 
ifadə, hər bir replika, hər bir nida ağlamaqla,  şivənlə, acı 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə