Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

_____________Milli Kitabxana_____________ 
188 
fəryadlarla qarşılanırdı. Ancaq seyrçilər bilirdilər ki, 
ağlamaq da, göz yaşları da sonsuz olmur. Odur ki, 
seyrçilər təkyələrə  gələndə özlərilə  şüşə  və ya mis 
flakonlarda gözlərini islatmaq üçün su gətirirdilər. Bu 
fakt ondan məlum ki, hər dəfə təkyələr yığışdırılanda 
xalçaların üstündən yüzlərlə belə flakonlar tapılarmış. 
Şəbih tamaşalrında qadınlar iştirak etmirdilər: seyrçi 
olmağa isə onların tam haqqı çatırdı. Ona görə  də 
kişilər qadın personajların  şəbihi kimi səhnəyə 
çıxırdılar. Zeynəb, Fatimə  və  Səkinənin  şəbihləri ya-
raşıqlı yaşıl paltarlar geyinirdilər,  əsir edildikdə isə 
köhnə libaslara bürünürdülər.  Şəbihlər tamaşalar 
zamanı hisdən, mazutdan, təbii qandan 
bəhrələnirdilər: saçlarının ağardığını göstərmək 
istədikdə adi undan yararlanırdılar; kəsik başdan qan 
axdığını bildirmək üçünsə yenicə  şaqqalanmış 
heyvanın  ətindən istifadə edirdilər. Çox zaman 
aktyorlar boğazlarında və ya kökslərində bağırsağa 
doldurulmuş qan gizlədirdilər. Döyüş  səhnələrində 
azacıq zərbədən bağırsaq deşilib partlayır, bayıra 
natural qan fışqırırdı. Bu cür effektlər seyrçini riqqətə 
gətirməkdən ötrü idi. 
     Şəbih tamaşaları  təziyə müddətində  hər gün 
məmləkətin, şəhərin, kəndin hər bir məhəlləsində, hər 
bir meydanında təkrar-təkrar oynanılırdı  və  hər bir 
vaxt istənilən miqdarda seyrçi toplayırdı. Bundan 
əlavə kiçik təkyələri asanlıqla söküb yenidən qu-
raşdırmaq imkanı vardı. Odur ki, şəbihgərdan bir 


_____________Milli Kitabxana_____________ 
189 
tamaşanı asanlıqla şəhərin müxtəlif yerlərində göstərə 
bilərdi. Məlumdur ki, müəyyən çağlarda Kərbəla 
mövzusunda imamın  
düşmənlərilə    (Yezidlə,  Şümrlə) bağlı  məzhəkəli 
şəbihlər də ifa  
edilirdi. 
     Heç bir şübhə doğurmur ki, müsəlman dünyasında 
İran  şəbih tamaşalarının mərkəzi regionu olmuşdur. 
“Şəbih çıxarmaq” dəbini  şiə aləminə  İran diqtə 
etmişdir. Hərçənd ki, bu tamaşalar böyük uğurla ərəb 
ölkələrində  də, Türkiyədə  də, Azərbaycanda da 
oynanılmışdır.  Şəbihgərdana  ərəb ölkələrində  “mui-
nilbakə”  və ya “muyinbuka”,  yəni “göz yaşı 
axıtmağa kömək edən adam” deyilir. Bu siyahıda biz 
Türkiyənin adını  çəksək də, qeyd etməliyik ki, 
təziyələr və  şəbihlər osmanlı türklərinin mədəniyyəti 
üçün o qədər də xarakterik sayılmır. Hər halda 
primitiv naturalizm və kobud simvolizm sərhəddində 
ifa olunan şəbih tamaşaları müsəlman mədəniyyətinin 
son dərəcə əlamətdar mədəni hadisəsidir. 
 
Təziyələr və  şəbihlərin izahlı söz lüğəti 
(E.Aslanovun kitabı əsasında): 
1. Aşuraxana - aşura zamanı  şəbih tamaşası üçün 
hazırlanan   müvəqqəti tikili və ya hzırlanan saray 
anbar. Bu münasibətlə binanın bütün divar və taxtaları 
üzərində Quran mətnləri yazılmış qara parçalarla 
örtülür, hər yerə ələm və tuğlar sancılır. 


_____________Milli Kitabxana_____________ 
190 
2. Büraq və ya Buraq - Şəbih tamaşası  ərəfəsində 
əzadarların xərəkdə  gəzdirib nümayiş etdirdiyi qadın 
başlı, at bədənli  əfsanəvi bir minik heyvanının 
müqəvvası. Mühəmməd peyğəmbərin merac zamanı 
mindiyi xüsusi at. 
3. Vəfati-Səkinə - Şəbih tamaşası. Burada əsasən 
Dəməşq  şəhərinə  gətirilmiş Qasımın nişanlısı, imam 
Hüseynin qızı Səkinənin ölümü təsvir edilirdi.  
4. Qasım // Qasim - Adın mənası “bədbəxt” anlamına 
gəlir.  Şəbihlərdə imam Hüseynin qardaşı  oğlunu 
təmsil edən personaj. “Qüasım Həsən oğlunun 
şəhadəti” tamaşasında o, düşmənlər ilə savaşdan öncə 
matəm  şəraitində toy edir, nişanlısı  Səkinə ilə 
həcləgah adlı qara bir çadıra keçirdi. Sonra döyüşə 
yollanır və orada şəhid olurdu. 
5. Qasım otağı - Əza qafiləsində  xərək üstündə 
gəzdirilib  şəəbih tamaşasının oyun meydançasında 
yerləşən bir toy çadırı modeli. 
Onun içində başsız, qanlı bir müqəvva  əyləşdirilir, 
ətrafında  şamlar yandırılır, otaq özü isə  gəlin otağı 
kimi bəzədilirdi. 
6. Qafilə - Aşura günü məscid qapılarından başlanan 
izdihamlı matəm yürüşünü təşkil edən iştirakçılar 
dəstəsi.  
7. Qafiləsalar - Əza qafiləsində ayrı-ayrı  dəstələrə 
başçılıq edən  şəxs. Ona Azərbaycanda “dəstəbaşı” 
deyirdilər. 


_____________Milli Kitabxana_____________ 
191 
8. Qəbri-Hüseyn - Əza qafiləsində üzərində sərdabə 
şəkilli qurğu olan bir xərək.  İmamın qəbrini təmsil 
edən bu qurğu daş-qaş, ipək parçalarla bəzədilir
üzərinə  zərli çalma, qılınc-qalxan, ox-kaman, 
uzunboğaz çəkmə və s. əşyalar düzülürdü.  
9. Qətl - “Həzrət imam Hüseynin şəhadəti” və ya 
“Eydi-qətl” tamaşası. 
10.  Əzadar - səyyar  əza qafiləsində  iştirak edən hər 
bir şəxs. 
11. Ələm - Əhli-beyti bildirən simvol: əza qafiləsində 
yumşaq metaldan əl formasında düzəldilmiş simvol 
kimi gəzdirilir. 
12. Ələmdar - ələmi daşıyan şəxs. 
13.  Əli -  Şəbih tamaşalarının qəhrəmanlarından biri, 
ilk şiə imamı. Ona “Şahimərdan”, “Əli Mürtəza” kimi 
də müraciət edirlər. 
14.  Əliəkbərin otağı - İmam Hüseynin on səkkiz 
yaşlı böyük  
oğlu matəmini təsvirləyən səhnə. Demək olar ki, 
“Qasım otağı”nın təkrarıdır. Xərək üzərində 
gəzdirilən bu qurğunun ardınca  Əliəkbərin anasının 
şəbihi addımlayırdı. 
15.  Əşkal - Şəbihlərdə oyun meydançasını  bəzəyən, 
əza qafiləsində isə əllərdə gəzdirilən plakatlara verilən 
ad. 
16. Zinpuş - Əza qafiləsində  həm ayrıca, həm də at 
üzərində  gəzdirilib  İmam Hüseynin atı Zülcənahın 
çulunu təsvir edən, qan rənginə boyanmış əşya. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə