İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
34
.
Ezamiyyədən qayıdan kimi işçilər “işçinin xərci hesabat forması”nı doldurmalı və
həmçinin Ezamiyyədən qayıdan kimi yeddi (7) təqvim günü müddətində avans qalıq
üçün hesabat verməlidir.
Əgər işçi Ezamiyyə üzrə avansdan az xərcləmişsə, xərc hesabını göstərməklə məbləği
qaytarır.
İKA rəhbəri başa çatdırılmış xərc hesabatını təsdiq etdikdən sonra, əgər işçi nəzərdə
tutulmuş xərclər daxilində Ezamiyyə avansından artıq xərcləyibsə, mühasibatlıq bu
xərci ödəyəcəkdir.
Işçinin işinə xitam verilməsi üzrə ezamiyyə avansı ilə bağlı hər hansı avans ödəniş borc
sayılır və İKA-ya ödənilməlidir.
6.6 İŞ ŞƏRTLƏRİ VƏ SAATLARI
Mövzu: IKA Kompüterindən istifadə
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İcraçı Kredit Agentliyində kompüterindən istifadə qaydaları.
Siyasət
İcraçı Kredit Agentliyi qeyri etik məqsədlərlə kompüterdən istifadəni qadağan edir. Işçilərin
istifadəsinə verilmiş kompüterlər, kompüter faylları, nout buklar və proqram təminatları İcraçı
Kredit Agentliyi əmlakı olub biznes təyinatı üçündür. Bu siyasətə müvafiq olaraq, kompüterdən
və noutbukdan istifadə rəhbərlik tərəfindən monitorinq oluna bilər.
İcraçı Kredit Agentliyi rəhbəri tərəfindən müvafiq səlahiyyət olmaqla, işçi şifrədən
istifadə edə, fayllara çıxışı ola, öz sənədi və ya faylı olmayan saxlanılan məxfi
sənədləri əldə edə bilər.
İcraçı Kredit Agentliyi biznes təyinatı üçün lisenziyalı müxtəlif proqram təminatlarını tədarük
edir və bu proqramların və onlarla əlaqədar sənədlərin müəlliflik hüququna malik deyil.
Səlahiyyətli proqram təminatçısı tərəfindən icazə olmadan, İcraçı Kredit Agentliyi birdən çox
kompüterdə belə proqram təminatından istifadə etmək hüququna malik deyil. Bu siyasəti pozan
işçinin əmək müqaviləsinə xitam verilməsi daxil olmaqla, inzibati tədbirə cəlb olunacaqdır.
Interner və elektron-poçtdan biznes təyinatı üçün istifadə olunur. Işin aparılması ilə bağlı
narahatlıq əmələ gələrkən, istifadə və ya fayllar monitorinq oluna və ya yoxlanıla bilər.
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
35
.
Mövzu: Fövqəladə hallarda bağlanma
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İKA işçi heyəti üçün evakuasiya prosedurları barədə qaydalar.
Siyasət
İKA müxtəlif evakuasiya prosedurlarına müraciət edəcəkdir:
Təcili Evakuasiya və Bağlanılma
Ağır hava şəraiti, yanğın və ya elektrikin kəsilməsi kimi fövqəladə hallar İKA əməliyyatlarına
mane ola bilər. Fövqəladə hallarda, bu şərait İKA ofisinin bağlanmasını tələb edə bilər. Ofisin
bağlanılmasına İKA rəhbəri tərəfindən səlahiyyət verilə bilər.
Qeyd: İKA öz binasına və yerləşməsinə görə, evakuasiya prosedurunu nəzərə almalıdır.
Həmçinin bütün işçi heyətə və rəsmi nümayəndələrə İKA-da işləyən bütün işçi heyətin telefon
nömrələri təmin edilməlidir.
Fövqəladə şərtlər səbəbindən ofis rəsmi şəkildə bağlandıqda, müəyyən olunmuş cədvələ müvafiq
işçi heyətə məvacib ödəniləcək. Fövqəladə bağlanılmaya icazə verilməyən hallarda, istifadə
olunmamış məzuniyyət kimi ödənişli məzuniyyət zamanı müəyyən olunmayıbsa iş üçün hesabat
verməyən işçilərə ofisdə olmadıqları müddət üçün ödəniş olunmayacaq.
.
Mövzu: Siqaret çəkmə
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İKA binasında siqaretin çəkilməsi üzrə işçi heyətə İKA siyasətinin təmin edilməsi.
Siyasət
İKA-da təhlükəsiz və sağlam mühitim təmin edilməsi məqsədilə iş yerində siqaretin çəkilməsi
qadağandır. Bu siyasət bütün işçilərə, bizneslə məşğul olanlara və ofisə gələnlərə tətbiq olunur.
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
36
.
Mövzu: İş yerinə gələnlər
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İKA binasına gəlmək barədə qaydalar
Siyasət
İKA binasına gələnlər barədə İKA-nın siyasəti aşağıdakı kimidir:
İKA-ya gələn üzvlərin nəğd pulun saxlanıldığı yerə (seyf və ya xəzinədarın yeri və s) çıxışı
olmalı deyil
Gələnlərə qeyri nəğd pul sahələrində olmaq yalnız İKA işçilərinin olduğu müddətə icazə
verilməlidir.
Mövzu: Telefondan İstifadə
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İKA telefonundan istifadə olunması barədə qaydalar.
Siyasət
Təcili halları çıxmaqla, işçilərdən şəxsi məqsədlə telefondan minimum istifadə olunması tələb
olunur. Şəxsi mobil telefonlardan İKA-da iş saatlarında minimum istifadə olunması tələb olunur.
Mövzu: Hüzn günlərində işə gəlməmək
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İKA işçiləri üçün hüzn günlərində icazə barədə siyasət.
Siyasət
Həyat yoldaşı, uşaqlar, valideynlər, nikah qohumları, bacı-qardaş, nənə-baba və evdə yaşayanlar
(həyat yoldaşının ailə üzvləri) daxil olmaqla, işçinin ailə üzvlərinin vəfat etdiyi halda İKA-nın
üzvünə üç (3) günlük ödənişli məzuniyyət veriləcək. Ailədən kənar şəxslərin vəfat etməsi ilə
bağlı əlavə məzuniyyət İLK NÖVBƏDƏ məzuniyyət vaxtı hesabına olunacaq; əgər məzuniyyət
vaxtı olmasa, onda İKA rəhbərinin təsdiqi ilə işə gəlməmək ödənişsiz məzuniyyət hesabına
olacaq və ya bu müddətə ödəniş olunmayacaq.