İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
39
.
Məqsəd
İşə gəlməmək və Gecikmə üzrə İcraçı Kredit Agentliyinin münasibətini təmin etmək
Siyasət
Işdə məhsuldar mühiti saxlamaq məqsədilə, İcraçı Kredit Agentliyi öz işçilərindən müəyyən
edilmiş iş üçün hesabatvermədə məsuliyyətli və dəqiq olmağı gözləyir. Işə gəlməmək və
gecikmə işçiyə və İcraçı Kredit Agentliyinə yük olub qeyri məhsuldar iclasların nəticəsidir. Əgər
şərait elə yaranmışsa ki, bu sizin iş cədvəlinizə təsir edə bilər, birbaşa İcraçı Kredit Agentliyinin
rəhbərini məlumatlandırın (gecikmənin 15 dəqiqə müddətində). Mümkün olan kimi İcraçı Kredit
Agentliyinin rəhbəri ilə birbaşa əlaqə saxlayın və ya İcraçı Kredit Agentliyinin digər işçisi ilə
ismarıc göndərin. Zəif iştirak və artıq dərəcədə gecikmə İKA üçün dağıdıcı xarakter daşıyır.
Tibbi icazə olmadan çox gecikmə halları əmək müqaviləsinə xitam verilməsi daxil olmaqla,
inzibati tədbirlərə əl atmağa gətirib çıxara bilər.
Işə gəlməmək və gecikmə zamanları əvvəlcədən müəyyən olunan və müəyyən olunmayan olur.
Müəyyən olunmuş: məzuniyyət, həkim qəbulu, hərbi xidmət, ailə tədbirləri, yas
mərasimləri və davamlı iş saatlarında kənar vaxtlarda müəyyən edilməsi mümkün ola
bilməyən digər hadisələrlə bağlı tədbirlər üçün qabaqcadan müəyyən edilmiş gecikmələr
və işə davamiyyətsizlik.
Müəyyən olunmamış: xəstəlik, ailə ilə bağlı hadisələr, nəqliyyat hadisələri, ailə
üzvlərinin xəstələnməsi və ya ölümü, sel kimi ailə təsərrüfatı üçün bədbəxt hadisələrlə
bağlı tədbirlər üçün qabaqcadan müəyyən edilməmiş gecikmələr və işə davamiyyətsizlik.
Səbəbli, səbəbsiz və ya asılı olmayan gecikmələr və ya davamiyyətsizlik.
Səbəbli: məzuniyyət, həkim qəbulu, hərbi xidmət, ailə tədbirləri, yas mərasimləri və
davamlı iş saatlarında kənar vaxtlarda müəyyən edilməsi mümkün ola bilməyən digər
hadisələrlə bağlı gecikmələr və davamiyyətsizlik qabaqcadan İKA rəhbəri ilə müzakirə
oluna və səbəb göstərilə bilər.
Səbəbsiz: xəstəlik, ailə ilə bağlı hadisələr, nəqliyyat hadisələri, ailə üzvlərinin
xəstələnməsi və ya ölümü, sel kimi ailə təsərrüfatı üçün bədbəxt hadisələrlə bağlı
tədbirlərlə üçün qabaqcadan müəyyən edilməmiş gecikmələr və işə davamiyyətsizlik
qabaqcadan İKA rəhbəri ilə müzakirə oluna və səbəb göstərilə bilməz.
Gecikmələr və davamiyyətsizlik ödənişli və ödənişsizdir.
Ödənişli: Gecikmələr və davamiyyətsizliyin tezliyi adətən işçiyə ayrılmış zaman müddəti
çərçivəsində müəyyən edilmiş qaydalara uyğun olarsa, bu zaman ödənişlər həyata
keçirilir.
Bu davamiyyətsizlik üçün ödənişin olub-olunmayacağı işçi tərəfindən göstərilən
müəyyən səbələrdən asılıdır, məs, işdən əvvəlcədən icazə almaq, müəyyən edilmiş zaman
müddətində işdə olmayacağı barədə hesabat vermək məqsədilə zəng vurmaq.
Ödəniş olunmayan: gecikmələr və davamiyyətsizliyin sayı işçiyə ayrılmış zaman
müddətində verilmiş davamiyyətsizlikdən çoxdursa bu zaman ödənişlər həyata keçirilmir.
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
40
.
Mövzu: Səlahiyyətindən sui istifadə etmək
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İcraçı Kredit Agentliyi heyəti və rəsmiləri üçün səlahiyyətlərindən sui istifadə edilməsi barədə
İKA münasibətinin təmin edilməsi.
Siyasət
İcraçı Kredit Agentliyi səlahiyyətlərdən sui istifadə edilə biləcək hər hansı şəraitdən qaçınılması
məqsədilə yüksək biznes mədəniyyəti prinsiplərinə riayət etməyə və qaçınılacaqlara anlayış
göstərməyə çalışacaqdır.
Işçilər və İcraçı Kredit Agentliyi rəsmiləri cari və potensial səlahiyyətlərdən istifadə
etməni qadağan edən qaydalar daxilində biznesi aparmağa borcludur.
Üzvlərlə, yardımçılarla, donorlarla, ticarətçilərlə əməliyyatlar və digər iş əlaqələri
İcraçı Kredit Agentliyinin qaydaları daxilində aparılmalıdır.
Işçilər və İcraçı Kredit Agentliyi öz işlərini apararkən göstərilmiş xidmətlər üçün
İcraçı Kredit Agentliyindən kənarda şəxslərdən hər hansı gəlir və ya istehsal olunmuş
material ala bilməzlər.
Mövzu: İşçinin Davranışı və İş Qaydaları
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İcraçı Kredit Agentliyi ofisində və İcraçı Kredit Agentliyi biznesini yerlərdə apararkən İcraçı
Kredit Agentliyi idarəçiliyinin öz işçilərindən gözlədikləri barədə İcraçı Kredit Agentliyi işçi
heyətinə məlumatın təmin edilməsi.
Siyasət
İcraçı Kredit Agentliyi öz işçilərindən bütün işçilərin və İcraçı Kredit Agentliyi özünün
maraqlarını və təhlükəsizliyini təmin edəcək intizam qaydalarına riayət etməsini gözləyir. Əmək
müqaviləsinə xitam verilməsi daxil olmaqla, intizam tədbirinin görülməsi ilə nəticələnə biləcək
intizam qaydalarının pozulması nümunələri aşağıda verilmişdir: