İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
37
.
Mövzu: Analıq Məzuniyyəti
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İcraçı Kredit Agentliyi işçisinin analıq məzuniyyətinə çıxması barədə qaydalar.
Siyasət
Analıq məzuniyyətinı çıxılması barədə İcraçı Kredit Agentliyi rəhbərinə yazılı müraciət olunur.
Məzuniyyət müddəti aşağıdakı kimidir:
1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü
(doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində
ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda iki və daha çox uşaq doğulduqda
doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət
aşağıdakı müddətlərə verilir.
a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan
sonra 70 təqvim günü):
b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və
doğuşdan sonra 86 təqvim günü);
c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim
günü və doğuşdan sonra 110 təqvim günü).
Mövzu: Ödənişsiz Məzuniyyət
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Ödənişsiz Məzuniyyətin Növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və
tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə
tutulan hallarda, o cümlədədn əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə
müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
Ödənişsiz məzuniyyətdən istifadə hüququ
Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə
salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji
keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə
etmək hüququ vardır.
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
38
.
Ödənişsiz Məzuniyyətlərin Müddətləri
Işçilərin xahişi və işəgötürənin razılığı ilə aşağıdakı hallarda və müddətdə ödənişsiz
məzuniyyətlər verilir:
a) Həkim məsləhət komisiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan
balideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə -uşaq 4
yaşına çatanadək;
b) Arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək;
c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14
təqvim gününədək;
d) əllillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə - bir təqvim ayınadək;
e) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 təqvim gününədək;
f) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müfadiəsi zamanı xəsarət
almış işçilərə - 14 təqvim gününədək;
g) Qazanlmış immunoçatışmazlıq sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın
immunoçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin 16 yaşınadək
əlil uşağı olan valideynlərə - 14 təqvim gününədək;
h) Doktorantura, aspiranturada təhsil alan işçilərə - 1 təqvim ayınadək;
i) Ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə - 14 təqvim gününədək, orta
ixtisas təhsil qəbul imtahanlarına buraxılan işçilərə - 7 təqvim gününədək;
j) Ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi
zamanı müəllifə - 14 təqvim gününədək;
k) Ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə -səhiyyə müəssisəsinin rəyi ilə - 14
təqvim gününədək.
6.7 İŞÇİNİN DAVRANIŞI VƏ INTİZAM TƏDBİRLƏRİ
Mövzu: İşçi Münasibətləri
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İşçinin iş funksiyalarına təsir edəcək işlə əlaqədar hər hansı məsələlərdə işçiyə yardım
göstərilməsi
Siyasət
Əgər işçilər işlə-əlaqədar hər hansı məsələ barədə narahat olduqları zaman onlar narahatlıqlarını
açıq və birbaşa İcraçı Kredit Agentliyinin rəhbərinə ünvanlaya bilmələri İKA-nın siyasətidir.
Işçilərinin narahatlıqlarına keyfiyyətlə cavab vermək İcraçı Kredit Agentliyinin vəzifəsi və
öhdəliyidir
Mövzu: Absenteizm və Gecikmə
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005