Microsoft Word hr telimat-nn azeri son


İNSAN RESURSLARINA DAİR TƏLİMAT



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix20.09.2018
ölçüsü0,91 Mb.
#69872
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

37

 

 

 

.  

 

 

Mövzu: Analıq Məzuniyyəti 



Tarix: Yanvar 2008 

Əvvəlki Versiya Tarixi: May 2005 

 

Məqsəd  

İcraçı Kredit Agentliyi işçisinin analıq məzuniyyətinə çıxması barədə qaydalar. 

 

Siyasət 

Analıq məzuniyyətinı çıxılması barədə İcraçı Kredit Agentliyi rəhbərinə yazılı müraciət olunur. 

 

Məzuniyyət müddəti aşağıdakı kimidir: 



 

1.  Hamiləlik dövründə  və doğuşdan sonrakı  dövr üçün işləyən qadınlara 126  təqvim  günü 

(doğuşdan  əvvəl  70  təqvim  günü  və  doğuşdan  sonra  56  təqvim  günü)  müddətində 

ödənişli  məzuniyyət  verilir.  Doğuş  çətin  olduqda  iki  və  daha  çox  uşaq  doğulduqda 

doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. 

2.  Kənd  təsərrüfatı  istehsalında  çalışan  qadınlara  hamiləliyə  və  doğuşa  görə  məzuniyyət 

aşağıdakı müddətlərə verilir. 

 

a)  normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan 



sonra 70 təqvim günü): 

b)  doğuş  çətin  olduqda  156  təqvim  günü  (doğuşdan  əvvəl  70  təqvim  günü  və 

doğuşdan sonra 86 təqvim günü); 

c)  iki  və  daha  çox  uşaq  doğulduqda  180  təqvim  günü  (doğuşdan  əvvəl  70  təqvim 

günü və doğuşdan sonra 110 təqvim günü). 

 

 



Mövzu: Ödənişsiz Məzuniyyət 

Tarix: Yanvar 2008 

Əvvəlki Versiya Tarixi: May 2005 

 

Ödənişsiz Məzuniyyətin Növləri 

   

1.  Ödənişsiz  məzuniyyətlər  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  işçilərin  xahişi  və 



tərəflərin qarşılıqlı razılığı ilə verilir.  

2.  İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə 

tutulan  hallarda,  o  cümlədədn  əmək  müqaviləsi  ilə  müəyyən  edilən  şərtlərlə  işçilərə 

müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 

 

Ödənişsiz məzuniyyətdən istifadə hüququ 

 

Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə 

salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji 

keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə 

etmək hüququ vardır.  

 

   




İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

38

 

 

 

.  

 

 

Ödənişsiz Məzuniyyətlərin Müddətləri 



 

   Işçilərin  xahişi  və  işəgötürənin  razılığı  ilə  aşağıdakı  hallarda  və  müddətdə  ödənişsiz 

məzuniyyətlər verilir: 

a)  Həkim  məsləhət  komisiyasının  rəyi  əsasında  xroniki  xəstəliyə  tutulmuş  uşağı  olan 

balideynlərdən  birinə,  yaxud  ailənin  uşağa  bilavasitə  qulluq  edən  digər  üzvünə  -uşaq  4 

yaşına çatanadək; 

b)  Arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək; 

c)  16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 

təqvim gününədək; 

d)  əllillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə - bir təqvim ayınadək; 

e)  müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 təqvim gününədək; 

f)  Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müfadiəsi zamanı xəsarət 

almış işçilərə - 14 təqvim gününədək; 

g)  Qazanlmış  immunoçatışmazlıq  sindromu  (AİDS)  xəstəliyinə  tutulmuş  və  ya  insanın 

immunoçatışmazlığı  virusu  (HİV)  ilə  yoluxmuş  uşaq  böyüdən,  həmçinin  16  yaşınadək 

əlil uşağı olan valideynlərə - 14 təqvim gününədək; 

h)  Doktorantura, aspiranturada təhsil alan işçilərə - 1 təqvim ayınadək; 

i)  Ali  məktəblərdə  qəbul  imtahanlarına  buraxılan  işçilərə  -  14  təqvim  gününədək,  orta 

ixtisas təhsil qəbul imtahanlarına buraxılan işçilərə - 7 təqvim gününədək; 

j)  Ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi 

zamanı müəllifə - 14 təqvim gününədək; 

k)  Ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə -səhiyyə müəssisəsinin rəyi ilə - 14 

təqvim gününədək. 

 

6.7  İŞÇİNİN DAVRANIŞI VƏ INTİZAM TƏDBİRLƏRİ  

 

 



Mövzu: İşçi Münasibətləri 

Tarix: Yanvar 2008 

Əvvəlki Versiya Tarixi: May 2005 

 Məqsəd 

İşçinin iş funksiyalarına təsir edəcək işlə əlaqədar hər hansı məsələlərdə işçiyə yardım 

göstərilməsi  

Siyasət 

Əgər işçilər işlə-əlaqədar hər hansı məsələ barədə narahat olduqları zaman onlar narahatlıqlarını 

açıq və birbaşa İcraçı Kredit Agentliyinin rəhbərinə ünvanlaya bilmələri İKA-nın siyasətidir. 

Işçilərinin narahatlıqlarına keyfiyyətlə cavab vermək İcraçı Kredit Agentliyinin vəzifəsi və 

öhdəliyidir 

 

  



 

Mövzu: Absenteizm və Gecikmə 

Tarix: Yanvar 2008 

Əvvəlki Versiya Tarixi: May 2005 

 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə