Microsoft Word hr telimat-nn azeri son


İNSAN RESURSLARINA DAİR TƏLİMAT



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix20.09.2018
ölçüsü0,91 Mb.
#69872
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

29

 

 

 

.  

 

 

1.  İş  vaxtından  artıq  iş –  işəgötürənin əmri  (sərəncamı,  qərarı)  və  işçinin  razılığı ilə  əmək 



funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi 

sayılır. 

2.  Təbii  fəlakətin,  istehsalat  qəzasının  və  digər  fövqəladə  hadisələrin  qarşısının  alınması, 

onların  nəticələrinin  aradan  qaldırılması,  habelə  tezkorlanan  malların  itkisinin  qarşısını 

almaq  məqsədilə  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydalara  əməl  olunmaqla  işçinin  iş 

vaxtından artıq cəlb edilməsində yol verilir. 

3.  Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin bu Məcəllədə nəzərdə tutulmuş digər 

hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilimir.  

4.  Əmək şəraiti ağıq və zərəli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından 

artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. 

5.  İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin 

“Əməyin Mühafizəsi” bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial 

məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. 

 

İş Vaxtından artıq işlərin son həddi  

 

Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş 



yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.  

 

İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar 

 

1.  İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: 



a.  Dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının 

qarşısını almaq və ya onların nəticələrinin aradan qaldırmaq üçün yerinə yetirilməsi 

zərui olan ən vacib işlərin görülməsi; 

b.  Su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal 

müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin 

nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; 

c.  Başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana 

bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısı alınmaz 

korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti 

olduqda; 

d.  Işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış 

mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti 

olduqda. 

e.  əzəv edən işçinin işsə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək 

mümkün olmadıqda. 

2.  İşəgötürən  işdə  olmayan  işçinin  başqa  işçi  ilə  əvəz  olunmasını,  habelə  bu  maddədə 

nəzərdə  tutulan  müstəsna  hallarda  iş  vaxtından  artıq  işlərə  cəlb  edilməsini  doğuran 

səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur. 

 

İş Vaxtının Uçotu  

 

1.  İşəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işləmiş saatlarının 



dəqiq, dürüst uçotunu aparmağa borcludur. 

2.  İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 

 

İş vaxtından artılq günlərdə işləyən işçilərin əməyinin ödənilməsi 

 

1.  Müstəsna hal kimi, bayram günlərində işə cəlb olunmuş işçilərin əməyi, tərəflərin razılığı 




İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

30

 

 

 

.  

 

 

ilə  işçiyə  digər  istirahət  günü  verilməklə  və  ya  həmin  günlərdə  görülmüş  işin 



müqabilində ikiqat məbləğdə əmək haqqı ödənilməklə əvəz edilməlidir. 

2.  Ümumxalq  hüzn  günü,  bu  Məcəllənin  101-ci  maddəsində  nəzərdə  tutulmuş  müstəsna 

hallarda işə cəlb edilmiş işçilərin əmək haqqı ikiqat məbləğdə ödənilir 

 

 

Mövzu: Avans Ödənişlər 

 

 



Tarix: Yanvar 2008 

Əvvəlki Versiya Tarixi: May 2005 

 

Məqsəd 

İcraçı Kredit Agentliyi heyətinə məvaciblər üzrə avans ödənişlərin olunması barədə 

informasiyanın verilməsi. 

 

Siyasət 

İcraçı Kredit Agentliyi heyətinə məvaciblər üzrə avans ödənişlər etmir. 

  

 

Mövzu: İşçilərə Əmək haqqının ödənilməsi   

 

Tarix: Yanvar 2008 



Əvvəlki Versiya Tarixi: May 2005 

 

Məqsəd 

İcraçı Kredit Agentliyi işçi heyətinə əmək haqqını nə zaman və harada veriləcəyi barədə 

məlumat vermək. 

 

Siyasət   

Aşağıda İcraçı Kredit Agentliyinə əmək haqqını verilməsi barədə siyasət verilmişdir: 

 

İKA Heyətinə Əmək Haqqının verilməsi müddətləri 



 

1.  Əmək haqqı işçilərə  ayda bir dəfədən az olmayan müddətə verilməlidir.  

2.  Kollektiv  müqavilədə,  yaxud  əmək  müqaviləsində  əmək  haqqının  verilməsinin  başqa 

müddətləri də müəyyən edilə bilər.  

3.  Əmək  haqqını  verilməsi  günü  istirahət  və  ya  bayram  günlərinə  təsadüf  etdikdə,  o 

bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. 

4.  İşçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. 

5.  Əmək  haqqını  verilməsi  işəgötürənin  təqsiri  üzündən  kecikdirildikdə  və  bu  hal  fərdi 

əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir 

faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə 

bu Məcəllənin “Əmək Mübahisələri” bölməsində nəzərdəm tutulan qaydada həll edilir.   

6.  işçinin  əmək  kitabçasının  bu  Məcəllənin  87-ci  maddəsinin  üçüncü  hissəsi  ilə  müəyyən 

edilmiş  vaxtda  verilməsi  işəgötürənin  təqsiri  üzündən  ləngidildikdə,  işçiyə  işə  düzələ 

bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. 

 

   Qeyd:  Bu  Maddədə  “işəgötürənin  təqsiri  üzündən  gecikdirildikdə”  dedikdə,  əmək  haqqının 



müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə