Microsoft Word hr telimat-nn azeri son


İNSAN RESURSLARINA DAİR TƏLİMAT



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix20.09.2018
ölçüsü0,91 Mb.
#69872
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

48

 

 

 

.  

 

 

İş Bölgüsü 



Vəzifə: İnzibati İşlər üzrə  Menecer 

İKA-nın İnzibati İşlər üzrə Menecerinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir: 

  gündəlik ofis işlərinin, yə‘ni, bütün sənədlərin, tərcümə edilmiş materialların yerində 

olmasını təşkil etmək;  

  ofis işçiləri üçün nəqliyyat vasitələrinin təşkil edilməsi və nəqliyyat vasitələri ilə bağlı 

məsələləri idarə etmək; 

  Agentlik üzrə ofis avadanlıqlarının və digər vasitələrin inventarizasiyasının aparılması, 

müvafiq qaydalara uyğun olaraq onların saxlanılması və istismarı; 

  ofis üçün bütün zəruri avadanlıqların tədarükü; 

  bank materialları və digər normativ aktlar, habelə layihə fəaliyyətlərini tənzimləyən digər 

məlumatların toplanılmasını təmin etmək; 

  İKA-nın digər təşkilatlarla  yazışmalarını təmin etmək; 

  Baş Ofis ilə regional ofislər arasında əlaqə yaratmaq və regional ofisilərə sənədlərin 

vaxtında göndərilməsini təmin etmək; 

  İKA ofisinin gündəlik inzibati işlərinin aparılması, kommunikasiya sisteminin təmin 

edilməsi və tədarük əməliyyatlarının aparılmasında yardım etmək; 

  Agentliyin layihələrinə  cəlb olunan beynəlxalq məsləhətçilər üçün vizaları təmin etmək; 

  Agentlik üzrə konfransların, seminarların, qeyri rəsmi görüşləri, təqdim etmə 

mərasimlərini və s. təşkil etmək; 

  Ofis işçiləri tərəfindən yanğına qarşı qaydalara riayət olunmasını təmin etmək; 

  Işçi heyətin yerlərə e‘zamiyyəsi ilə bağlı bütün zəruri sənədləri hazırlamaq və onlara 

təqdim etmək; 

  Insan resursları ilə bağlı idarəetməni təmin etmək; 

  Sənədlərin icra intizamına və işçilərin daxili nizam-intizam qaydalarına riayət etmələrinə 

nəzarəti təmin etmək. 

 

İş Bölgüsü 

Vəzifə:Məlumat idarəetmə sistemləri üzrə Menecer 

İKA-nın Məlumat idarəetmə sistemləri üzrə Menecernin məsuliyyət və vəzifələrinə aşağıdakılar 

daxildir: 

  Agentlik üzrə informasiya idarəetmə sistemləri (MİS) üzrə məlumatlar bazasının tərtib 

edilməsinə nəzarət, onun icra edilməsi və sistem barədə təlimləndirmədə  yardım etmək; 

  layihələrin informasiya sistemlərinin istismarı və idarəedilməsi üçün məsuliyyət daşımaq; 

  kompüterləşdirilmiş şəbəkənin quraşdırılması üzrə təfsilatı hazırlamaq və kömpüter 

hissələrinin tədarük etmək; 

  MİS-in layihənin təlabatlarına cavab verdiyinə əmin olmaq və planlaşdırma, monitorinq 

və qiymətləndirmə MİS-in ayrılmaz hissəsi olduğundan, Maliyyə, Monitorinq, Kredit və 

İnzibati İşlər üzrə Menecerlər ilə yaxından işləmək; 

  Informasiya formatlarının uyğun və müvafiq olduğuna əmin olmaq məqsədilə İKA-nın 

bütün işçi heyəti ilə işləmək, layihə xaricində  və daxilində məlumatların toplanılması və 

paylanılmasında yardım etmək; 

  Regional ofislərə informasiya texnologiyaları üzrə təlabatlarını qarşılamaqda yardım 

etmək; 



İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

49

 

 

 

.  

 

 

  İKA və regional ofislər arasında müvafiq MİS məlumatlarının əlaqələndirilməsini təmin 



etmək; 

  Mütəmadi olaraq İKA və Kİ-lərin işçi heyəti üçün təlimləri təmin etmək; 

  İKA-nın bütün regional nümayəndələri üçün informasiya texnologiyalarının təmin 

edilməsini koordinasiya etmək və təchizat üçün şirkətlərin seçilməsində və texniki 

xidmətlər üzrə müqavilələrdə yardım etmək; 

  İKA-nın websaytının yaradılmasının icrası; 

  Internetə davamlı çıxışı, internet əlaqələrini və İKA ilə bütün Kİ-lər arasında davamlı 

online sistemini təmin etmək; 

  Layihənin kompüterləşdirilməsini keyfiyyətli səviyyədə saxlamaq üçün tələb olunan iş 

xüsusiyyətlərini, təchizat müqavilələrini və xidmətləri tərtib etmək; 

  Idarəçiliyin əsas aspektləri, MİS-dən və layihə daxilində informasiya texnologiyaları 

aktivlərindən istifadə üçün İKA Rəhbərinin tələbi üzrə vaxtaşırı iş planları hazırlamaq, 

buraya habelə göstəricilərin idarəedilməsi, MİS şöbəsinin və onun avadanlıqların və 

məlumatların qorunması üzrə məsuliyyət də daxildir; 

  MİS-in tərtib edilməsi (və ya qəbul edilməsi), sınaqdan keçirilməsi, inteqrasiyası, 

istifadəçilərin məmnun olmaları, keyfiyyət cəhətdən səmərəliliyi, təlabatlara cavab 

verməsi və işləməsi üçün birbaşa məsuliyyəti öz üzərinə götürmək; 

  MİS-i davamlı qiymətləndirmək və onun təlabatlara cavab verdiyinə əmin olmaq 

məqsədilə layihənin işçi heyəti və digər layihə payçıları ilə məsləhətləşmək; 

  təşkilatın işçi heyəti tərəfindən göstəricilərin vaxtında və dəqiq təhlil edilməsində, 

saxlanılmasında və məlumatların paylanılmasında yardım etmək; 

  tələb olunan avadanlıq hissələrinin, əməliyyat sisteminin və məlumatlar bazasının 

idarəedilməsi üzrə proqram təminatının təchiz edilməsi və quraşdırılması üçün tender 

sənədlərinin hazırlanmasında İKA-ya yardım etmək; 

  layihələrə keyfiyyətli tətbiq olunmasında yardım edəcək müvafiq texnologiyaları daima 

izləmək; 

  avadanlıq hissələrindəki problemlərin həll edilməsində yerli təchizatçılarla əlaqə 

saxlamaq, yeni avadanlıq hissələrini, proqram təminatı məhsullarını və texnologiyaları 

araşdırmaq və qiymətləndirmək;  

  İKA Rəhbəri tərəfindən tələb olunan halda MİS hesabatları tərtib etmək;  

  Informasiya texnologiyaları üzrə xüsusi sahələr barədə təlim modulları hazırlamaq və 

təmin etmək;  

  Istifadəçilərə avadanlıq hissələri və proqram təminatında köməklik göstərmək, həm İKA-

nın Baş Ofisi, həm də regional ofislər üçün bütün avadanlıq hissələri və proqram 

təminatının inventarizasiyasını aparmaq;  

  MİS-ə vaxtaşırı nəzarət etmək və zərurət yaranan zaman dəyişikliklər və ya əlavələr 

barədə tövsiyyələr vermək;  

  MİS-də göstəricilərin dəqiqliyini müəyyən etmək məqsədilə informasiyanın 

auditini/yoxlanılmasını aparmaq; və  

  Kompütreləşdirilmiş mühasibatlıq sistemindən istifadə edilməsində və istismarında 

mühasibatlıq şöbəsinə yardım etmək. 

 

 



İş Bölgüsü 

Vəzifə: Baş mühasibnin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir: 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə