Microsoft Word hr telimat-nn azeri son


İNSAN RESURSLARINA DAİR TƏLİMAT



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix20.09.2018
ölçüsü0,91 Mb.
#69872
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

22

 

 

 

.  

 

 

 



Mövzu: İşçinin Şəxsi İnformasiyası 

Tarix: Yanvar 2008 

Əvvəlki Versiya Tarixi: May 2005 

 Məqsəd 

İcraçı Kredit Agentliyi tərəfindən öz işçiləri barədə informasiyanın saxlanılması. 

 

Siyasət 

İcraçı Kredit Agentliyi həm səmərəli idarəedilmə, həm də müxtəlif hüquqi təlabatlara cavab 

verilməsi məqsədilə işçiləri barədə informasiyanı saxlamalıdır. Öz şəxsi informasiyasında 

olunmuş hər hansı dəyişikliklər barədə vaxtında İcraçı Kredit Agentliyini xəbərdar etmək hər bir 

işçinin məsuliyyətidir. Aşağıdakı təfsilatlar bütün zamanlarda dəqiq və cari olmalıdır: 

 

 

  Adın dəyişməsi 



  Şəxsi e-poçt ünvanının dəyişdirilməsi 

  Təhsil, akademik və ya işlə əlaqədar nailiyyətləri 

  Təcili əlaqə yaratmaq üçün informasiya 

  Ailə vəziyyəti 

  Uşaqların sayı və tam adları, habelə social sığorta nömrələri və doğum tarixləri (i.e. 

yeni doğulmuşlar, övladlığa götürülənlər, ölənlər və onların 19 yaşına çatma zamanı) 

  Şəxsi telefon nömrələri 

  Şəxsiyyətini təsdiq edən sənəd  

  Bacarıqlar (dil və kompüter bacarıqları daxil olmaqla) 

 

 



 

Mövzu: Fəaliyyətlərin İdarəedilməsi   

 

 



 

Tarix: Yanvar 2008 

Əvvəlki Versiya Tarixi: May 2005 

 Məqsəd 

Bu siyasətin məqsədi standartlaşdırılmış idarəetmə sazişi tərtib etmək və aydın müəyyən edilmiş 

idarəetmə məqsədləri göstərən işçinin qiymətləndirmə sistemi yaratmaq və işçinin işə cəlb 

edilməsini artırmaqdır. Bu siyasət vasitəsilə yaradılmış fəaliyyətin idarəedilməsi sistemi o inama 

əsaslanır ki, idarəedilmənin qiymətləndirilməsi onun planlaşdırılması, idarəolunması və 

təkmilləşdirilməsinin yalnız bir komponentidir.   

 

Idarəetmənin qiymətləndirilməsi (bunun başa çatdırılması üçün tərtib edilmiş formalar və 



prosedurlar ilə birlikdə) fəaliyyətin idarəedilməsi prosesinin informasiya toplama hissəsidir. 

Idarəetmənin qiymətləndirilməsində, İcraçı Kredit Agentliyi müəyyən iş müddəti ərzində işçinin 

işlə əlaqədar davranışlarını və nəaliyyətlərini müəyyən edir, ölçür və qiymətləndirir və onları 

əvvəlcədən müəyyən edilmiş fəaliyyət göstərmə standartları ilə müqayisə edir. Bu müqayisələrə 

əsaslanaraq, işçinin zəif və güclü cəhətləri barədə mühakimə yürüdülür və işçinin daha səmərəli 



İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

23

 

 

 

.  

 

 

fəaliyyət göstərməyə qabil edilməsi məqsədilə nəyin oluna biləcəyi müəyyənləşdirilir.  



 

Fəaliyyətin qiymətləndirilməsi prosesi vasitəsilə əldə olunmuş informasiyadan müxtəlif 

fəaliyyətlər üçün istifadə oluna bilər, belə ki: işçilərin fəaliyyət göstərmə standartlarına cavab 

verə bilib-bilməmələri barədə onlara informasiya vermək, işçilərin daha səmərəli fəaliyyət 

göstərməsi üçün vasitələrin müəyyən edilməsi, məvacib avansları, mükafatlandırma, aşağı 

ixtisaslı işə keçirilməsi, başqa işə keçirilməsi və təlim kimi məsələlər üzrə işçi qərarların qəbul 

edilməsində istifadə oluna bilər. 

 

Siyasət 

A. Aşağıdakıları təmin etmək təşkilatın siyasətidir: 

1. Fəaliyyətin reytinqi müddətinin (uzunluğu 12 ay müddətini keçməməklə) ilk 30 günü 

müddətində işçidən nə gözlənildiyini söyləmək.   

 

2. Fəaliyyətin reytinqi müddətinin ortasına yaxın işçiyə necə fəaliyyət gösrətməsi barədə 



məlumat vermək.  

 

3. Fəaliyyətin reytinqi müddətinin sonunda işçilərin rəsmi reytinqinin keçirilməsi. 



 

 

B. İcraçı Kredit Agentliyi Rəhbəri işçinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə rəsmi 



Qiymətləndirmə Formalarından istifadə etməlidir. 

 

1. İcraçı Kredit Agentliyi Rəhbəri işçinin fəaliyyətinin qiymətləndirilməsi barədə qeydlərin 



aparılması və bu barədə hesabatın verilməsi, habelə əlaqədar qeydlərini olunması üçün müvafiq 

İşçinin Qiymətləndirilməsi Formasından istifadə etməlidir: 

a.  Forma -1 İlkin Planlaşdırma Kursu və sonra İllik Nəzarətdə istifadə olunacaq; 

b.  Forma 2 işçinin sınaq müddətində və ya gözlənilən nəticələrin əldə olunmaması ilə 

xüsusi vəziyyətlər üçün Aralıq Nəzarətdə istifadə olunacaq. 

 

Qaydalar 



 

İşçinin Qiymətləndirilməsi Sistemi informasiyanın toplanılması və hesabatvermə sistemi üçün 

tərtib edilir. 

 

1. Sistemin əsas komponentləri aşağıdakı kimi göstərilir: 



a.  İlkin Planlaşdırma Kursu – Fəaliyyətin reytinqi müddətinin ilk 30 günü müddətində İKA 

Rəhbəri hər bir işçi ilə fəaliyyətdən gözlədiklərini (məs, məsuliyyətlər, vəzifələr və 

normalar) müəyyən etmək və təsvir etmək məqsədilə fərdi görüşür. Bu görüşün məqsədi 

işçinin öz işi ilə bağlı fəaliyyətindən gözlədiklərini başa düşməsi və məsuliyyəti üzərinə 

götürməsini təmin etməkdir 

b.  Birinci Fəaliyyət Müddəti – ilkin planlaşdırma kursunun ardınca, işçilərdən onlara İlkin 

Planlaşdırma Kursu zamanı verilmiş tapşırıqların, vəzifələrin və məsuliyyətlərin icra 

olunması gözlənilir. Ilk altı ay ərzində İKA Rəhbəri davamlı olaraq işçinin fəaliyyətini 

monitorinq etməli, nəzərdən keçirməli və təhlil etməlidir və sonra fəaliyyətindən asılı 

olaraq işçiyə istiqamət verməli, inkişaf etdirməli və təlimatlandırmalıdır. 

c.  Aralıq Nəzarəti – fəaliyyət müddətinin ortalarına yaxın (fəaliyyətin ilk altı ayının sonuna) 



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə