Microsoft Word hr telimat-nn azeri son


İNSAN RESURSLARINA DAİR TƏLİMAT



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix20.09.2018
ölçüsü0,91 Mb.
#69872
1   2   3   4   5   6   7   8   9   ...   27

İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

17

 

 

 

.  

 

 

maddənin  dördüncü  hissəsi  ilə  müəyyən  edilmiş  qaydada  əmək  müqaviləsinin  ləğv 



edilməsi  barədə  ərizəsini  geri  götürə    və  ya  onu  etibarsız  hesab  etmək  barədə 

işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 

  İşəgötürən  tərəfindən  zor  işlədilərək,  hədə-qorxu  gələrək,  yaxud  hər  hansı  başqa 

üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək 

qadağandır. 

 

Əmək Müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasları 

 

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 



a)  müəssisə ləğv edildikdə; 

b)  işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 

c)  peşəkarlıq  səviyyəsinin,  ixtisasının  (peşəsinin)  kifayət  dərəcədə olmadığına  görə  işçinin 

tutduğu  vəzifəyə  uyğun  gəlmədiyi  barədə  səlahiyyətli  orqan  tərəfindən  müvafiq  qərar 

qəbul edildikdə; 

d)  işçi  özünün  əmək  funksiyasını  və  ya  əmək  müqaviləsi  üzrə  öhdəliklərini  yerinə 

yetirmədikdə,  yaxud  bu  Məcəllənin  72-ci  maddəsində  sadalanan  hallarda  əmək 

vəzifələrini kobud şəkildə pozduqda. 

 

 

Işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri 



şərtlər və qaydalar 

 

  İstər  müəssisə  bölünərkən,  başqa  müəssisəyə  birləşərkən  və  ya  digər  qaydada  yenidən 



təşkil  olunarkən,  yaxud  təşkilatı  hüquqi  forması  dəyişərkən,  istərsə  də  müəssisədə  belə 

dəyişikliklər edilmədən işçilərin sayı azaddıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən 

işçinin  tutduğu  vəzifəyə  uyğun  gəlmədiyi  barədə  səlahiyyətli  orqan  tərəfidən  müvafiq 

qərar  qəbul  edildikdə  işəgötürən  tərəfindən  işçinin  peşəkarlığı,  ixtisası  (peşəsi,  sənəti) 

nəzərə  alınmaqla  onun  müvafiq  işə  (vəzifəyə)  keçirilməsi  imkanı  araşdırılamlıdır. 

Işəgötürənin  belə  imkanları  olmadıqda  göstərilən  əsaslarla  əmək  müqaviləsi  ləğv  edilə 

bilər. 

  Əmək  müqaviləsinin  ləğv  edilməsinə  o  şərtlə  yol  verilir  ki,  işçi  qəsdən  və  ya 



səhlənkarlıqla,  etikasızlıqla  əmək  funksiyasını,  vəzifə  borcunu  (öhdəliklərini)  yerinə 

yetirmədiyinə  görə  müvafiq  iş  yerində  işin,  istehsalın,  əmək  və icra  intizamının normal 

ahəngi  pozulmuş  olsun  və  ya  mülkiyyətçinin,  işəgötürənin,  habelə  əmək  kollektivinin 

(onun  ayri-ayrı  üzvlərinin)  hüquqlarına  və  qanunla  qorunan  mənafelərinə  hər  hansı 

formada ziyan dəymiş olsun. 

  İşəgötürən Azərbaycan Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların 

hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsi zəruriliyini əsaslandırmalıdır. 

 

Əmək müqaviləsinin kobud şəkildə pozulması hesab edilən hallar 

 

   Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: 



  Özünün  xəstəliyi,  yaxud qohumunun  xəstələnməsi  və  ya  vəfat  etməsi istisna olunmaqla 

hec bir üzrlü səbəb olmadan iş günü işə gəlməməsi;  

  Alkoqollu  içkilər,  narkotik,  toksik  və  digər  zəhərli  maddələr  qəbul  edərək  sərxoş 

vəziyyətdə  işə  gəlməsi,  habelə  işə  gəldikdən  sonra  iş  yerində  həmin  içkiləri  və  ya 

maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;  

  Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə ziyan vurması;  

  Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş 

yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;  

  Qəsdən  istehsal,  kommersiya  və  ya  dövlət  sirrini  yayması  və  ya  bu  sirrin  gizli 

saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;  

  əmək  fəaliyyəti  zamanı  yol  verdiyi  kobud  səhvləri,  hüquq  pozuntuları  nəticəsində 



İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

18

 

 

 

.  

 

 

işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;  



  əmək  funksiyasını  pozduğuna  görə  əvvəllər  işəgötürən  tərəfindən  verilmiş  intizam 

tənbehindən nəticə çixarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;  

  iş  vaxtı ərzində bilavasitə  iş  yerində  inzibati hüquqpozmaları  və  ya  cinayət  tərkibi olan 

ictimai-təhlükəli əməllərə yol verməsi.   

 

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi əsasları  

 

   1.  Tərəflərin  iradəsindən  və  ya  istəyindən  asılı  olmayaraq  əmək  müqaviləsinə  aşağıdakı 



hallarda xitam verilir: 

a)  işçi hərbi və ya alternativ xidmətə çağrıldıqda; 

b)  əvvələr müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə 

məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; 

c)  qnunvericilikdə daha uzun müddətə müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz 

olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əməmk funksiyalarını yerinə 

yetirə bilmədikdə; 

d)  işçinin azadlıqdan məhrum edilmə, azadlıqdan məhrum etmədən (islah işlərinin iş 

yerində çəkilməsi istisna edilməklə), müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 

məşğul olma hüququndan məhrum etmə və yaxud vəzifədən çıxarma cəzasına məhkum 

edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; 

e)  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq 

edildikdə; 

f)  işçi vəfat etdikdə; 

 

   2.   Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işçinə bərpa olunması üçün məhkəməyə 



iddia  ərizəsi  ilə  müraciət  edərsə  və  məhkəmə  tərəfindən  iddiası  təmin  olunaraq  işinə 

(vəzifəsinə)  bərpa  edilməsi  haqqında  qətnamə  (qərar)  qəbul  edilərsə,  onda  işəgötürən 

tərəfindən məhkəmənin qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya 

razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə 

götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci 

hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparmaqla xitam verilə bilər. 

 

Qeyd:  əmək  qabiliyyətinin  tamam  itirilməsi  müvafiq  icra  hakimiyyəti  orqanının  rəyi  ilə 

müəyyən  edilir.  Əmək  qabiliyyətinin  tam  ititrilməsi  dedikdə,  müvafiq  icra  hakimiyyəti 

orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik dərəcəsi müəyyən edilməklə ən azı bir 

il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 

aydan  az  müddətə  müvəqqəti  itirilməsi əmək  müqaviləsinə  xitam  verilməsi üçün əsas ola 

bilməz.  Əmək  qabiliyyətini  müvəqqəti  itirmiş  işçinin  iş  yeri  və  vəzifəsi  saxlanılmaqla 

onlara  müəyyən  olunmuş  qaydada  məcburi  sosial  sığorta  üzrə  müavinət  ödənilir.  Əmək 

qabiliyyətini bir  ildən çox  olmayan  müddətə  qismən  itirmiş  işçilər  üçün  isə  müvafiq  icra 

hakimiyyəti orqanının rəyi nəzərə alınır. 



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə