Microsoft Word hr telimat-nn azeri son


İNSAN RESURSLARINA DAİR TƏLİMAT



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix20.09.2018
ölçüsü0,91 Mb.
#69872
1   2   3   4   5   6   7   8   9   ...   27

İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

11

 

 

 

.  

 

 

Mövzu:  Hüquqi İşləmə - Yaş Həddi  



Tarix: Yanvar 2008 

 Əvvəlki Variant Tarixi: May 2005 

Məqsəd 

Müraciət edən şəxslərə və işçilərə Azərbaycanda hüquqi yaş həddi barədə məlumat vermək.  



Siyasət     

  

15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 ilə 18 yaş 



arasındakı şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa 

götürənlərdən, qəyyumlarından yazılı razılıq alınmalıdır. 

 

 

Mövzu: İş yerinə Müraciət   



Tarix: Yanvar 2008 

Əvvəlki Variant Tarixi: May 2005 

 Məqsəd 

İcraçı Kredit Agentliyində iş axtaran potensial şəxslərin iş müraciətlərinin doldurulması 

dəqiqliyinin təmin edilməsi. 

 

Siyasət 

İcraçı Kredit Agentliyi iş müraciətlərində verilmiş informasiyanın dəqiqliyinə, həmçinin işə cəlb 

etmə prosesində təqdim edilmiş digər məlumatların dəqiqliyinə əsaslanır. Yeni İşçinin İşə 

götürülməsi barədə qısa siyahı Əlavə 2-də verilmişdir.  

 

Bütün işçilər (tam ştatlı və yarım ştatlı) işə cəlb olunmazdan əvvəl İş Müraciətini doldurmalıdır!   



 

Bu informasiyada olan hər hansı yanlış məlumat, saxtalıq və ya material səhv və ya göstərici 

fərdin gələcəkdə işə alınmamasına və ya işə götürülübsə onun işinə xitam verilməsinə səbəb ola 

bilər.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

12

 

 

 

.  

 

 

Mövzu:  İKA ilə Əmək Müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər  



 

Tarix: Yanvar 2008 

Əvvəlki Variant Tarixi: May 2005 

 Məqsəd 

 

İKA ilə Əmək Müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər barədə məlumat vermək.  



Siyasət 

  

  Əmək  müqaviləsi  bağlanarkən  işçi  əmək  kitabçası,  habelə  şəxsiyyətini 



təsdiq  edən  sənədi  təqdim  edir  (öz  əmək  fəaliyyətinə  başlayan  şəxsləri 

çıxmaqla). 

  Əmək  müqaviləsinin  bağlanması  işçinin  müvafiq  yaşayış  məntəqəsində 

qeydiyyatının  olub-olmaması  ilə  şətrləndirilə  bilməz.  İlk  dəfə  əmək 

müqaviləsi bağlayan şəxslərdən əmək kitabçası tələb edilməməlidir. 

  Məcburi  köçkün  və  ya  qaçqın  statusu  olan,  habelə  Azərbaycan 

Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə 

və  vətəndaşlığı  olmayan  şəxslərlə  əmək  kitabçası  təqdim  etmədən  əmək 

müqaviləsi bağlanıla bilər. 

  Əmək 


müqaviləsi 

bağlanılarkən 

işçinin 

əmək 


funksiyasının 

xüsusiyyətlərinə  uyğun  olan  peşə  hazırlığının  və  ya  təhsilinin  olması 

zəruri  sayılan  hallarda  işəgötürənə  təhsili  barədə  müvafiq  sənəd  təqdim 

edilir. 


  İşçinin  səhhətinə,  sağlamlığına  mənfi  təsir  göstərən  amillər  olan  ağır, 

zərərli  və  təhlükəli  əmək  şəraitli  iş  yerlərində,  habelə  əhalinin 

sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, 

ticarət  və  bu  qəbildən  olan  digər  iş  yerlərində  əmək  müqaviləsi 

bağlanılarkən işçilərin sağlamlığı haqıında tibbi arayış təqdim edilməlidir.  

Belə  əmək  şəraitli  peşələrin  (vəzifələrin),  iş  yerlərinin  siyahısı  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

  Əmək  münasibələtinə  girən  işçidən  bu  Məcəllədə  nəzərdə  tutulmamış, 

habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin 

tələb edilməsi qadağandır. 

 

Əlavə 3-də əmək Müqaviləsi nümunəsi verilmişdir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

13

 

 

 

.  

 

 

Mövzu:  İKA ilə Əmək Müqaviləsinin qüvvəyə minməsi.  



Tarix: Yanvar 2008 

Əvvəlki Variant Tarixi: May 2005 

 Məqsəd 

Müraciət edən şəxsə İKA ilə Əmək Müqaviləsinin qüvvəyə minməsi barədə məlumat vermək.  



Siyasət 

  

Əmək Müqaviləsi həm İKA, həm də işçi tərəfindən imzaladığı gündən qüvvəyə minir. 



 

 

 



 

Mövzu:  Sınaq Müddəti 

Tarix: Yanvar 2008 

Əvvəlki Variant Tarixi: May 2005 

 Məqsəd 

Müraciət edən şəxsə Sınaq Müddətinin şərtləri və müddəaları barədə məlumat vermək.  



Siyasət 

Icraçı Kredit Agentliyi işçini işə götürəndən sonra 90 gün /3 ay müddətnbə sınaq müddəti tətbiq 

edir: 

 

  Işçinin tam ştatlı işçi olmasından əvvəl Icraçı Kredit Agentliyi işçinin iş 



qabiliyyətini, iş vərdişlərini və ümumiyyətlə fəaliyyətini qiymətləndirmək məqsədilə 

bu müddətdən istifadə edir.  

  Ya Icraçı Kredit Agentliyi, ya da işçi 3 gün əvvəlcədən xəbərdarlıq etməklə istənilən 

zaman iş münasibətlərinə xitam verə bilərlər. 

  Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müddəti olmadan da imzalana 

bilər.  


  Əgər əmək müqaviləsində sınaq müddəti göstərilibsə, sınaq müddətindən razı 

qalmaması səbəbindən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi 

şərtləri göstərilməlidir. 

 

Sınaq Müddəti tətbiq olunmayan hallar  

 

Əmək müqaviləsi imzalanarkən aşağıdakı hallarda sınaq müddəti tətbiq olunmalı deyil: 



  18 yaşdan aşağı şəxslər ilə;  

  müsabiqə yolu ilə işə görütülən şəxslər ilə*;  

  Tərəflərin razılığı ilə digər hallarda.  

 

 *Bax Maddə 52



,

 Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin 

tənzimlənməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 

 

 

 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə