Microsoft Word hr telimat-nn azeri son


İNSAN RESURSLARINA DAİR TƏLİMAT



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix20.09.2018
ölçüsü0,91 Mb.
#69872
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

27

 

 

 

.  

 

 

d.  Tədris müəssisələrinin metodislərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, 



təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, 

dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; 

e.  Elmi dərəcəsi olmayan elmi işçilərə; 

f.  Həkimlərə, orta tibb işçilərinə və əczaçılara. 

g.  Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə 

əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti 

müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. 



Əmək Stajina görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları  

 

a.  Əmək stajindan asılı olaraq işçilərə aşağıdakı müddətlərə əlavə məzuniyyət verilir: 



                             5 ildən 10 ilədək əmək stajı olduqda - 2 əlavə təqvim günü;  

       


                             10 ildən 15 ilədək əmək stajı olduqda - 4 əlavə təqvim günü;  

                             15 ildən yuxarı əmək stajı olduqda - 6 əlavə təqvim günü;   

b.  Əmək stajina görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi 

bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajina işçinin 

əmək müqaviləsi üzrə faktiki işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini 

müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş 

yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. 

c.  Əmək stajina görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 

118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.  

 

Uşaqlı qadınların əlavə məzuniyyətləri  

 

1.    Əsas  və əlavə  məzuniyyətlərinin  müddətindən  asılı olmayaraq,  14  yaşınadək  iki uşağı olan 



qadınlara  2  təqvim  günü,  bu  yaşda  üç  və  daha  çox  uşağı  olan,  həmçinin  16  yaşınadək  əlil  

uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.  

2.    Uşaqları  təkbaşına  böyüdən  ataların,  həmçinin  uşaqları  övladlığa  götürmüş  şəxslərin  bu 

maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır. 

3.  Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək 

uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.  

4.  Bu  maddə  ilə  müəyyən  edilmiş  əlavə  məzuniyyətlər  Azərbaycan  Respublikasının  Əmək 

Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrdə göstərilən işçilərə verilmir. 



 

Əmək məzuniyyətinin verilməsi qaydası  

 

1.   İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ əmək müqaviləsinin bağlandığı andan 



etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 

2.  İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında 

işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. 

3.  İşçiyə ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti işəgötürənlə qarşılıqlı razılıqla müəyyən 

edilən vaxtda verilə bilər. 

4.  Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək 

məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır: 

a.  qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud 

sonra; 

b.  on səkkiz yaşına çatmamış işçilərin; 



c.  müddətli hərbi xidmətdən buraxıldığından 3 ay keçənədək işə götürülən işçilərin; 

d.  əsas iş yerində məzuniyyətə çəxan əvəzçilik üzrə işləyənlər; 

e.  hərbi qulluqçu avradının (ərinin); 



İNSAN RESURSLARINA DAİR TƏLİMAT 

 

 

İCRAÇI KREDİT AGENTLİYİ

 

Səhifə: 

28

 

 

 

.  

 

 

f.  təhsil müəssisələrində oxuyan şəxslərin – kurs işlərinin və ya imtahanlarının verildiyi, 



diplom müdafiə edildiyi vaxtda; 

g.  əlillərin. 

5.  Bilavasitə təlim tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı 

olmayaraq əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir. 

6.  Əmək şəraiti zərəli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət 

müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib 

olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüquqi həmin iş yerlərində üst-üstə azı altı ay 

işlədikdə əmələ gəlir. 



 

 

6.4 ZAMANIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ/ÖDƏNİŞ CƏDVƏLİ  

 

Mövzu: İş Cədvəli 

 

 



Tarix: Yanvar 2008 

Əvvəlki Versiya Tarixi: May 2005 

 Məqsəd 

 

İcraçı Kredit Agentliyi üçün iş cədvəli barədə İcraçı Kredit Agentliyi heyətinə məlumat vermək. 

 

Siyasət 

-  Bütün işçilər üçün normal iş cəvdəli minimum gündəlik 8 saat, həftəlik 40 saat və 5 

gündür;  

-  İcraçı Kredit Agentliyi üçün iş saatları səhər saat 9:00-dan axşam saat 18:00-ə qədərdir.  

-  İcraçı Kredit Agentliyi rəhbərindən səhər saat 9:00-dan axşam saat 18:00-ə qədər olan 

biznes saatları müddətində ofisdə müvafiq heyətin təmin edilməsi tələb olunur. 

-  İKA rəhbəri işçilərə normal başlayan iş vaxtları barədə məsləhət verəcəkdir. 

 

o



  Işçi heyətin tələb olunması və əməliyyatlar işə başlama və qurtarma 

müddətlərində müxtəliflik tələb edə bilər, həmçinin gündəlik və həftəlik müəyyən 

oluna biləcək cəmi saatların müəyyənləşdirilməsini tələb edə bilər.    

 

 

 

Mövzu: İş vaxtından artıq iş və onun tənzimlənməsi qaydası 

 

 



 

Tarix: Yanvar 2008 

Əvvəlki Versiya Tarixi: May 2005 

Məqsəd 

 

Müəyyən olunmuş 40 saatlıq iş həftəsindən artıq işləmək barədə işçi heyətə məlumatın verilməsi. 

 

Siyasət 

 

İş vaxtından artıq işləmək barədə anlayış 

 



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə