kondensatorlar, xüsusi razılaşdırıcı transformatorlar, kondensator batareyaları və
s. aid edilir.
Radiolokasiya stansiyaları bir qayda olaraq güzgü tipli antennalar ilə
təchiz olunur.Bunlar dar istiqamətlənmə diaqramasına malik olub,optic ox
istiqamətinə yönəlirlər.
Müxtəlif məqsədlər üçün istifadə olunan radiolokatorların gücünün
artması və dairəvi iti istiqamətlənmə müşahidə zolağına malik olması YT
diapazonunda böyük ərazilərdə yüksək enerjiyə malik şüalanma yaradır [ 1].
10000
200
100
1
0,01
4000
200
40
15
Təbii
fon
Makro- Peyk Hava Naviqa-
dalğalı so- rabitə hərəkətini siya
ba stansiya - idarə edən RLS
ları RLS
Məişətdə işlədilən cihazlardan ən güclü təsir göstərənləri
YT
(mikrodalğalı) tezlikli sobalar, “buz qatı” yaratmayan soyuducular, mətbəx hava
sorucuları ,elektrik plitələri və televizorlar hesab olunurlar.Bu cihazların təsir
xüsusiyyətindən biri onların yaratdığı maqnit sahəsi hesab olunur. Müxtəlif
cihazların yaratdığı maqnit sahəsi müxtəlif səviyyədə olur.Bu cihazlar tezliyi 50
Hs olan mənbədən qidalanırlar.
Cədvəl 1-də bir sıra məişət cihazlarının maqnit şüalanmasının səviyyəsi
0,2 mkTl olduğu təqdirdə cihazların maqnit sahəsinin qeydə alındığı məsafə
göstərilmişdir [ 1].
Cə
dvə
l 1.
Sə
naye tezliyində
iş
lə
yə
n mə
işə
t cihazlarından maqnit
sahə
sinin yayılma mə
safə
lə
ri.
(N.N.Qraçeva görə) (0,2 mkTl-dən böyük qiymətlərdə)
Maqnit sahəsinin mənbəyi
0,2 mkTl-dən böyük qiymətlərdə
kəmiyyəti qeydə olunma məsafəsi
Buz bağlamayan soyuducular (işləyən
zaman)
Qapıdan 1,2 m arxa divardan 1,4m
Adi soyuducular(işləyən zaman)
Kompressorun mühərrikindən 0,1m
Ütü (qızma rejimində)
Dəstəyindən 0,25 m
Televizorlar
Ekrandan 1,1, yan tərəfdən 1,2 m
Elektroradiator
0,3m
Torşer (iki lampalı)
Məftildən 0,03m
Elektrosoba
Qabaq tərəfdən 0,4m
Radioaktivlik və ionun təsirindən yaranan ionlaşdırıccı şüalanma Yer
kürəsində həyatın əmələ gəlməsindən çox-çox qabaq mövcud olub.Kosmik
fəzada isə bu cür şüalanma Yerin özünün yaranmasından qabaq mövcud olub.
Radioaktiv şüalanmanın tarixi 1896-cı ildən hesablanır. Həmin ildə
fransız alimi Anri Bekkerel fotoqrafiya plastinkalarını masanın yeşiyinə qoyub
onun üstündı tərkibində uran olan mineral parçası qoyur. O,plastinkaları
kimyəvi üsulla aydınlaşdırarkən onların üzərində hansısa şüalanmanın izini
görür. O,bu şüalanmaları urana aid edir. Tezliklə bu hadisə ilə gənc alim Mariya
Küri maraqlanır. lk dəfə “radioaktivlik” terminini elmə o gətirib. 1898-ci ildə o
və onun həyat yoldaşı Pyer Küri müəyyən etdilər ki, uran şüalanmadan sonar
müəyyən səbəblərdən qismən başqa kimyəvi elementlərə çevrilir. Bu
elementlərdən birini M.Küri öz vətəni Polşanın şərəfinə Polonium, digərini isə
Radium (mənası “işıqsaçan”) adlandırdı. Bu kəşflər roentgen şüalarının kəşfinin
ardı ilə gedən proseslər idi. Rentgen şüalanması 1895-ci ildə alman fiziki
Rentgen tərəfindən keşf edilmişdir.
ngilis alimi E.Rezerford və Küri müəyyən etdilər ki, üç cür şüalanma
mövcuddur – α,β,γ.Rezerford və ingilis alimi F.Soddi göstərdilər ki, α –
ş
üalanması kimyəvi elementin çevrilməsi ilə müşahidə olunur. Məsələn, radium
radona çevrilir. 1913-cü ildə amerika alimləri K.Fayans və F.Soddi bir-birindən
asılı olmayaraq α və β şülanması nəticəsində kimyəvi elementlərin dövri
sistemində nuklidlərin yerdəyişməsinin qanunauyğunluğunu müəyyən etdilər.
1934-cü ildə Fransız fizikləri U. və F. Qüri süni radioaktivliyi kəşf
etdilər.Onlar göstərdilər ki, süni radioaktivliyi müəyyən etdilər. Onlar
göstərdilər ki,süni radioaktiv elementlər nüvə reaksiyasının məhsuludur. Bunlar
böyük əhəmiyyət kəsb edən hissəciklərdir. Hal-hazırda 2000-dən çox radioaktiv
nuklidlər mövcuddur ki, onların da 300 təbii, yerdə qalanları isə nüvə
reaksiyaları nəticəsində alınmışdır. Süni şüalanma tədqiq olunarkən β
ş
üalanmanın yeni növü – pozitron β
+
parçalanması və elektronun tutulması
hadisələri kəşf edildi ( .,F. Jolio-Küri,1934). 1939-cu ildə şüalanma ilə (gecikən
neytronların təsiri ilə) müşaiyət olunan parçalanma qeydə alındı
(C.Danninq,ABŞ).
Radioaktiv parçalanma üçün xarakterik olan qanunlardan biri radioaktiv
nüvələrin sayının zamandan asılı olaraq azalmasıdır. Radioaktiv nüvələrin
yaşama müddəti yarım-parçalanma dövrü adlanan parametrlə xarakterizə olunur.
Bu müddət ərzində radioaktiv nüvələrin sayı iki dəfə azalır.
Bir çox hallarda radioaktiv parçalanmanın məhsullarının özləri də
radioaktiv olurlar. Bu halda stabil nuklidlərin yaranması üçün bölünmə
ardıcıllığı bir neçə mərhələdən ibarət olur.
Radioaktivliyin kəşfi elm və texnikanın inkişafına çox böyük təsir
göstərmişdir. Bu sahədə aparılan tədqiqat nəticələrinə görə 10-dan çox Nobel
mükafatları verilmişdir.Bunlardan A.Bekkereli,P.və M. Küriləri, E.Fermini,
E.Rezerfordu,F. və .Jolio-Küriləri,D.Xeveşini,O.Qannı, E.Makmillanı, Q.Sibor-
qu,U.Liblini göstərmək olar.
Bu tədqiqatçılardan birinci olaraq A.Bekkerel bu şüalanmanın zərərli
təsiri ilə rastlaşdı.A.Bekkerel radium olan qabı yanında gəzdirərək ,nəticədə
dəridə müxtəlif yanıqlar almışdır. Ehtimal olunur ki, M.Küri qanın bədxassəli
xəstəliyindən dünyasını dəyişib. Müəyyən olunub ki, o zamanlar radioaktiv
materiallarla işləyən 340-a yaxın adam şüalanma xəstəliyindən vəfat edib.
Cədvəl 2.
Nüvənin (U-238) radioaktiv parçalanması.
Ş
üalanma növü
Nuklid
Yarımparçalanma dövrü
α
Uran-238
4,47 milyard il
β
Torium-234
24,1 sutka
β
Protaktinium-234
1,17 dəqiqə
α
Uran-234
245000 il
α
Torium-230
8000 il
α
Radium-226
1600 il
α
Radon-222
3,823 sutka
α
Polonium-218
3,05 dəqiqə