məhsuludur. Bu elementlər əsasən ona görə təhlükəli hesab olunurlar ki, onlar
nüvə partlayışları və atom elektrik stansiyalarının istismar qaydalarının (yaxud
texniki nasazlıq) pozulması nəticəsində ətraf mühitə böyük miqdarda yayılırlar.
Elmi-texniki ədəbiyyatdan məlumdur ki, müxtəlif növ orqanizmlər güclü
radiasiya şüalanmalarına qarşı müxtəlif dözümlülüyə malik olurlar. Şəkil 2-də 3
növ orqanizmlər qrupuna məxsus canlıların müəyyən dozalı rentgen və yaxud γ
ş
üalanmasına həssaslığı göstərilmişdir. Orqanizmlərin kiçik müddət
(dəqiqə,saat) ərazində qəbul etdikləri böyük dozaya – kəskin doza, böyük zaman
ə
rzində kiçik dozalar qəbul etməsinə - xroniki doza deyilir. Sol tərəfə
istiqamətlənmiş oxa uyğun gələn şüalanma qiyməti onu göstərir ki, bu
qiymətdən böyük qiymətlərdə həyat eşqi pozula və yaxud məhv ola
bilər.Məsələn, 200 rad qiymətindəki doza bir sıra həşəratların embrionunu məhv
edir. 5000 rad tam toxumsuzluğa gətirib çıxarır. Radiasiyaya daha dözümlü
növlərin hamısını məhv etmək üçün isə 100000 rad tələb olunardı. Şəkildən
görünür ki, digər orqanizmlərə nisbətən mikroorqanizmlər radiasiya
ş
üalanmalarına daha davamlı olurlar [ 8].
ıı ıııHeyvanlar
Həşəratlar
ııı
ııı
Bakteriyalar
ııı
ııı
10
2
10
3
10
4
10
5
10
6
Doza,rad
Şə
kil 2 .
Üç müxtə
lif qrup orqanizmin rentgen və
ya γ
ş
üalanmasına
hə
ssaslığ
ının müqayisə
si.
Aşağı dozalı xroniki təsirləri ölçmək olduqca mürəkkəbdir. Çünki belə
ş
üalanmaların təsiri özünü on illər ərzində yavaş-yavaş göstərir. Bir çox hallarda
bu genetik xüsusiyyətlərin dəyişməsinə gətirib çıxarır.Məsələn, müəyyən
olunmuşdur ki, (Sparrod,1962) şam ağacını 10 il müddətində sutka ərzində bir
rentgen şüalanmaya məruz qoyduqda onun boy artmasına olan təsir dozanın
kəskin qiymətində olan (sutkada 60 R) təsirlə eyni olur.
Ali bitkilərdə ionlaşdırıcı şüalanmaya həssaslıq hüceyrə nüvəsinin
ölçüləri ilə daha dəqiq desək xromosomun yaxud DNK-nın həcmi ilə düz
mütənasibdir.Təyin olunmuşdur ki, xromosomun həcminin dəyişməsi onların
ş
üalanmaya olan həssaslığını üç dəfə artırır.
Xromosomun həcmi ölçüləri böyüdükcə ,onun şüalanma hissəcikləri ilə
toqquşma ehtimalını qat-qat artırır.
Ali heyvanlarda bitkilər üçün yuxarıda göstərdiyimiz qanunauyğunluq
qeydə alınmayıb. Yəni ,onların radiasiya həssaslığının qiymətinin hüceyrə
strukturundan asılılığı müəyyənləşdirilməyib. Ali heyvanlar üçün əsas amil
onların ayrı-ayrı orqanlarının şüalanmaya həssaslığıdır. Məsələn, müəyyən
edilmişdir ki, heyvanların onurğa beyninə təsir göstərən zəif şüalanmalar belə
onlar üçün ciddi nəticələr verir.
Orqanizmlər təbii şüalanmanın təsirinə məruz qaldıqları üçün onlar bu
təsirin nəticəsinə də bir növ öyrənirlər.
Təbii radiasiyanın (radiasiya fonu) əsas üç səbəbi vardır :1) kosmik
ş
üalar; 2) canlı orqanizmlərin tərkibinə daxil olan kalium- 40 elementi; 3) torpaq
və dağ süxurlarında rast gəlinən təbii radioaktiv maddələr. Göstərilən üç mənbə
tərəfindən müxtəlif sahələrdə yaradılan radiasiyanın illik qiymətinin
hesablanması nümunəsi aşağıda göstərilmişdir (qiymətlər mikroradianlarla
verilmişdir) [ 15].
Dəniz səviyyəsində olan çöküntü süxurlarda : 35+17+23=75.
Qeyd etmək lazımdır ki, dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca təbii
ş
üalanmaların təsirində əsas yeri kosmik şüalar tutur. Kosmik şüaların çox
böyük hissəsi atmosfer tərəfindən udulduğundan yer səthinin hər kvadrat
santimetrinə bir saniyədə bir hissəcik düşür. Bunun da 90%-i protonlar,7 %-i α
hissəciklər,qalanı isə ağır nüvələrin hesabına düşür.Hündürlük artdıqca bu
ş
üalanmanın təsiri artır.Məsələn, müəyyən olunmuşdur ki,8 saat təyyarədə uçan
şə
xs 50 mikrozivertə yaxın şüalanma alır.
Yer səthində mövcud olan radiasiya fonunun yarıdan az hissəsini kosmik
ş
üalar təşkil edir. Ümumiyyətlə.Yer kürəsinin elə bir nöqtəsi yoxdur ki,oraya
kosmik şüalar təsir göstərməsin. Bu təsirin qiyməti qütblərdə daha yüksəkdir.
Çünki ekvatorda və onun ətrafında Yerin mqnit sahəsi güclü olduğundan bu
ş
üaların Yer səthinə düşmə ehtimalı azalır (maqnit sahəsi yüklü hissəcikləri
səpələyir). Ölçmələr əsasında müəyyən olunmuşdur ki, dəniz səviyyəsinə
nisbətən 12000 metr hündürlükdə kosmik şüaların təsirindən radiasiya
ş
üalanmalarının qiyməti 20-25 dəfə artır.
Məlumdur ki,Mendeleyev cədvəlində 83-cü elementdən sonra bütün
kimyəvi elementlər radioaktiv xassəyə malikdir. Bununla yanaşı 83-cü
elementdən qabaqkı bir çox elementlərin də bəzi izotopları radioaktivdir.
Radioktiv şüalanma zamanı maddələrin kütləsi zamanı keçdikcə həndəsi
silsilə qanunu ilə azalır. Hər hansı bir müddət ərzində radioizotopun kütəsinin
iki dəfə azalmasına yarımparçalanma müddəti deyilir.Müxtəlif maddələr üçün
yarımparçalanma müddəti bir-birindən kəskin fərqlənir. Məsələn, Arqon-41
izotopu üçün bu müddət iki saat təşkil etdiyi halda ,Uran-238 üçün bu müddət
4,47 milyard il təşkil edir [ 4].
Bu amildən fundamental ekoloji nəticə alınır,yəni radioaktivliyin təcrübi
ləğvinin yeganə imkanı radioaktiv elementə öz-özünə parçalanmasına imkan