α
Qurğuşun-214
26,8 dəqiqə
β
Bismut-214
19,7 dəqiqə
β
Polonium-214
0,000164 saniyə
α
Qurğuşun-210
22,3 il
β
Bismut-210
5,01 sutka
β
Polonium-210
138,4 sutka
α
Qurğuşun-206
stabil
Müxtəlif növ şüalanmalar bir-birindən kəskin fərqlənən fiziki
xüsusiyyətlərə malikdir. Rentgen və γ şüaları yüksək enerjili elektromaqnit
dalğalarıdır [ 3].
Bütün növ şüalanmalar onların elektromaqnit sahəli və yaxud yüklənmiş
hissəciklərin selindən ibarət olmasına baxmayaraq onlar ümumi bir sıra
qanunauyğunluqlara malikdirlər. Onlar gözlə görünmürlər, çox böyük sürətlə
yayılırlar və şüalanmanın qarşısını heç bir üsulla alına bilmir. Şüalanmanın canlı
orqanizmə nüfuz etmə dərinliyi onun növündən asılı olur. Belə ki , α şüalar
nazik təbəqə tərəfindən saxlandığı halda, β şüaları bir neçə santimetr dərinliyə
nüfuz edə bilir. γ və kosmik şüalar isə hətta bir neçə metrlik qurğuşun təbəqədən
də keçə bilir.
Ş
üalanma dozası digər şüalanma növləri ilə eyni olan neytron şüalanması
canlı orqanizmlər üçün daha çox təhlükəlidir. Bu onunla izah olunur ki,
neytronların ölçüləri böyük, kinetik enerjiləri yüksək və onların elektrik yükünə
malik olmamasıdır. Onlar canlı orqanizmin hüceyrələrində ciddi pozuntular
yaradırlar. Lakin neytronlar ekoloji cəhətdən ciddi təhlükəli hesab olunmur.
Çünki onlar nüvə reaktorların yaxınlığında və nüvə partlayışları zamanı
müşahidə olunurlar [ 3].
α
- şüalanması
β
- şüalanması
γ
- şüalanması
Şə
kil . Şüalanmanın təsiri.
Yuxarıda baxılan bütün şüalanma növləri ionlaşdırıcı xüsusiyyətə
malikdir, belə ki, onlar atomdan elektronu çıxarıb onu ionlaşdırmaq
qabiliyyətinə malikdir. Bunun nəticəsində yaranmış ionlar kimyəvi cəhətdən çox
aktiv olurlar və canlı hüceyrənin bir çox xassələrini dəyişirlər.
Güclü şüalanma nəticəsində çoxsaylı ionlar yaranır ki, bunun nəticəsində
də hüceyrə gec-tez məhv olur. Zəif şüalanmalar hiss olunan dəyişikliyə səbəb
olmasa da hüceyrədə müvafiq struktur dəyişikliyi yaradır.
Milyon illər ərzində Yer üzərində bütün canlılar təbii radiasiyaya
uyğunlaşmışlar. Yer səthi bir çox şüalanmaların, o cümlədən γ şüalarının
mənbəyidir.
Belə
ki,
Yer
səthində
təbii
radioaktiv
elementlər
(uran,torium.radium,aktinium və başqaları) mövcuddur. Bunlardan torpaq və
suda ekoloji cəhətdən böyük əhəmiyyət kəsb edən kalium (
40
K) və karbon (
14
C)
geniş yayılıb. Bu elementlər aktiv surətdə orqanizmə qəbul edilir. Nəhayət,
atmosferdə radiumun parçalanma məhsulu olan təsirsiz qaz radon müşahidə
olunur.
Bütünlükdə biosfer kosmosdan gələn şüalanmanın da təsirinə məruz
qalır.Bunlara yüksək enerjili Günəş küləkləri və kosmik şüaları aid etmək olar.
Kosmik şüalar orqanizmə təsir göstərməklə yanaşı atmosferin yuxarı qatlarında
tritium və
14
C atomları yaradırlar.Onların yaranma səbəbi isə kosmik şüalarının
azot atomu ilə toqquşma nəticəsində yaranır.
Beləliklə, Yer üzərində olan bütün canlı aləm xarici və daxili (
40
K,
14
C)
ş
üalanmalarının təsiri altında olur. Bu təsir regionlardan asılı olaraq müxtəlif
xüsusiyyətə və intensivliyə malik olur.
Bu təsirə bəzən fron şüalanmaları deyilir. Son 50 ildə nüvə enerjisindən
geniş istifadə olunması nəticəsində bir çox regionlarda fron radiasiyası qiyməti
artıb.
Nüvə parçalanmalarından Stronsium-90 və Sezium-137-nin parçalanması
daha təhlükəli hesab olunur. Onlar onurğa beyninə təsir edərək onun
funksiyasını pozurlar.
Udulmuş doza dedikdə orqanizmin hər bir vahid kütləsinə düşən şüalanma
enerjisi başa düşülür. Beynəlxalq Vahidlər Sistemində Qreylə (Qr) ölçülür. Bir
Qrey dedikdə orqanizmin hər bir kiloqramına düşən enerji (Coulla) başa
düşülür. 1 Qr = 1C/kq. Lakin bu kəmiyyət (udulmuş doza) şüalanma növündən
(α,β,γ) asılı olaraq şüalanma təsirini qiymətləndirməyə imkan vermir. Buna
görə də, şüalanmanın təsir xüsusiyyətlərini qiymətləndirmək üçün xüsusi
ə
msallardan istifadə olunur. Məsələn, α – şüalanması digər şüalanma
növlərindən iyirmi dəfədən çox təsir göstərir. Bu üsulla hesablanan dozaya
ekvivalent doza deyilir.
Ş
üalanmanın təsirini qiymətləndirdikdə onu da nəzərə almaq lazımdır ki,
insan bədəninin müxtəlif hissələrində şüalanmaya həssaslığı müxtəlifdir.
Məsələn, eyni bir ekvivalent dozada ağ ciyərdə xərçəngin baş vermə ehtimalı
qalxanabənzər vəziyə nisbətən daha çoxdur, digər tərəfdən cinsi vəzilərin
ş
üalanmaya məruz qalması genetik nöqteyi-nəzərdən daha təhlükəlidir [ 7].
Təbiətdə ionlaşdırıcı şüalanmanın mənbəyi kimi dağ süxurlarında olan
radioaktiv elementləri və yer səthinə düşən kosmik şüaları göstərmək olar .
onlaşdırıcı şüalanmalar buraxan elementlərin izotoplarına radioaktiv izotoplar
deyilir.