Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
74 
 
XALQA VƏ DÖVLƏTƏ 
TƏMƏNNASIZ XİDMƏT ÖRNƏYİ 
 
Cəmiyyətdə  nəcibliyin, mərhəmət və xeyirxahlığın, savab əməllərin 
müqəddəs ünvanına çevrilməklə, zaman etibarilə o qədər də böyiik olmayan 
müddətdə ümumxalq mənafeyi baxımından bir sıra strateji layihələri uğurla 
gerçəkləşdirməyə nail olmuş Heydər  Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin 
hər bir səhifəsi özündə ulu öndərimizin ali ideallannı parlaq şəkildə  təcəssüm 
etdirir. Qloballaşmanın bütün dünyada qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi 
mədəniyyət stereotiplərinin hakim olduğu bir dönəmdə fond minilliklər boyu 
formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi 
üzə  çıxan zəngin mənəvi irsi, milli düşüncə  və  dəyərlər sistemini, mədəni-
intellektual mülkiyyətini neqativ təzahürlərdən qorumaq kimi çətin bir 
missiyanın öhdəsindən layiqincə gəlir. 
 
Ümid qapısı 
 
Bəşər sivilizasiyasının ən qədim xalqlarından olan azərbaycanlıların yüksək 
mənəvi-əxlaqi keyfiyyətlərini, genetik yaddaşını pak və sağlam niyyətlərlə 
qoruyaraq bütövlükdə milli intibaha, cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı 
təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və 
özünəməxsusluğunu gələcək nəsillərə ötürmək Heydər  Əliyev Fondunun 
fəaliyyətinin əsas qayəsini təşkil edir. Fondun fəaliyyəti, ilk növbədə, dünyanın 
xilasına yönələn mütərəqqi ümümbəşəri və milli idealların cəmiyyətdə daha da 
möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli bəşəri 
sivilizasiyaların uğurlu dialoquna, keçmişlə  gələcək arasında möhkəm körpü 
salınmasına, insanlara xeyirxahlıq və  nəciblik kimi ali dəyərlərin aşılanmasına 
yönəlmişdir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri, Milli 
Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, bu gün 
ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə 
əlac axtaran köməksiz insanların sonuncu ümid qapısına çevrilmiş Heydər 
Əliyev Fondunun fəaliyyət 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
75 
 
 fəlsəfəsində insanlara yaxşılıq kimi sadə olduğu qədər də  bəşəri və müqəddəs 
bir ideya, amal dayanır. Məhz bu kimi saf amalla Mehriban xanım  Əliyeva 
rəhbərlik etdiyi fonda üz tutmuş  vətəndaşların mənəvi hamisi, qayğıkeşi kimi 
çıxış edir, imkan daxilində onların üzləşdiyi problemlərin həllinə çalışır. 
"Keçmişə ehtiram, gələcəyə ümid" postulatına  əsaslanan bu xeyirxah missiya 
köməksizə  əl tutmaq, çarəsizin qəlbində bir ümid çırağı yandırmaq, bir sözlə, 
insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Təkcə 2005-ci ildə 
fonda 3000-dən artıq vətəndaşın müraciət ünvanlaması da bu qurumun ictimai 
təsisat kimi cəmiyyətdə  əlahiddə nüfuz və etimada sahib olduğunu nümayiş 
etdirir. Mehriban xanım  Əliyevanın yüksək hümanizm, mərhəmətlilik və 
nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn bu uğurlu fəaliyyətin 
qayəsində isə  məhz millətə  və dövlətə  səmimi xidmət istəyi, məramı dayanır. 
"Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun 
üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir 
ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim fonda 
tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. 
Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və 
hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən 
istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət 
Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə,  əsrlər boyu formalaşan 
ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər 
Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq" - deyən Mehriban 
xanım Əliyeva qloballaşan dünyada insanın daxili "Mən"inin qorunmasını vacib 
saymaqla, ali mənəvi dəyərlərin saxta ideallarla əvəzlənməsinə, cəmiyyətdə 
biganəliyin ağır fəsadlar verən sosial bəlaya çevrilməsinə qarşı qətiyyətlə çıxır. 
Azərbaycan cəmiyyəti Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara 
diqqət və qayğı nümunələri ilə  zəngin olan çoxşaxəli fəaliyyətinə istinadən 
şəfqətli və xeyirxah əməllərin nə qədər savab olduğunu dərk edir, özünün yaşam 
fəlsəfəsini bu meyarlara uyğunlaşdırmağa çalışır. Məhz bu məqamında ölkənin 
Birinci xanımı  əbədi liderimizin fəaliyyətinin və ömür yolunun əsas qayəsinə 
çevrilmiş humanizm və xeyirxahlıq fəlsəfəsini mənəvi miras kimi qəbul etməklə 
bu möhtəşəm irsin varisinə çevrildiyini təsdiqləyir. 
İnkarolunmaz həqiqətdir ki, yalnız böyük vətənpərvərlik hissləri, pak 
hisslər 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
76 
 
insanı olduqca çətin, fəqət, xalqın və dövlətin mənafeyi baxımından müstəsna 
əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan, Heydər Əliyev 
Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin 
deputatı Mehriban xanım  Əliyevanın istər milli-mənəvi irs və  dəyərlərin, istər 
elm və  təhsilin səviyyəsinin yüksəldilməsi, fəal maarifçilik kursunun həyata 
keçirilməsi, istərsə  də  səhiyyənin inkişafı, insanların fiziki və  mənəvi 
sağlamlığının qorunması istiqamətində  həyata keçirdiyi strateji layihələr onun 
təşəbbüskar vətəndaşlıq mövqeyinin, mənəvi məsuliyyətinin təcəssümüdür. 
Qurumun  ən müxtəlif layihələrini mahiyyətcə birləşdirən bir ortaq xətt 
mövcuddur - milli genefondumuzun qorunması. Bu ali mərama xidmət edən hər 
bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet səciyyə daşıyır. 
 
Təhsildə milli maarifçilik xətti 
 
Elm və təhsil bəşəriyyətin mövcudluq anından fərd və ictimai toplumların, 
geniş  mənada, xalqların gələcək inkişafının, yaşam fəlsəfəsinin və tarixin 
əlverişli mərhələlərində qazandığı  uğurların başlıca rəhni kimi çıxış etmişdir. 
Qloballaşan dünyada hər bir dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və 
gələcək taleyi bu intellektual-strateji sahələrin səviyyəsilə ölçülür. Praqmatik və 
peşəkar siyasətçi kimi bu reallığı düzgün qiymətləndirən Azərbaycan Prezidenti 
cənab  İlham  Əliyevin elm və  təhsilin davamlı inkişaf konsepsiyasının uğurla 
gerçəkləşdirilməsində Heydər  Əliyev Fondunun müstəsna xidmətləri vardır. 
Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin tez bir 
zamanda aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elmə 
ictimai təsisat səviyyəsində yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin 
ümumi potensialının bu yöndə  səfərbər olunmasına yönəlmişdir. Bu sahəyə 
yönələn diqqət və qäyğının hansı  məqsəddən qaynaqlandığını, xalqın, dövlətin 
gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamağa 
ehtiyac yoxdur. Təhsil, eyni zamanda, elə bir spesifık sahədir ki, buradakı 
problemlərin həllini təkcə dövlətdən gözləmək və tələb etmək bəlkə də düzgün 
olmazdı - bu sahədə özünü göstərən bəzi neqativ halların aradan qaldırılmasında 
vətəndaşların da fəal iştirakı vacibdir. Mehriban xanım  Əliyevanın istər 
xeyriyyəcilik, istərsə  də ictimai fəaliyyətinin prioritet istiqamətləri sırasında 
təhsilin mühüm yer tutması da millətimizin gələcəyini, nicat yolunu təhsilin 
inkişafında, vətəndaşların maariflənməsində görən ümummilli liderimiz Heydər 
Əliyevin zəngin dövlətçilik 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə