Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
64
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
professor Şəmsəddin Hacıyev
Heydər Əliyev Fondunun ölkəmizin sosial-iqtisadi inkişafının ən mühüm
prioritetlərindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına xüsusi
diqqət və qayğı ilə yanaşdığını və bu istiqamətdə çox əhəmiyyətli tədbirlər
həyata keçirdiyini konkret faktlarla xatırlatmış, görülən işlərin elm və təhsil
işçiləri tərəfindən böyük razılıqla qarşılandığını bildirmişdir. Rektor fondun elm,
təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində, eləcə də milli-mənəvi
dəyərlərimizin qorunub saxlanması və təbliği, xüsusilə Dağlıq Qarabağ
həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində fəaliyyəti ilə
cəmiyyətdə böyük nüfuz qazandığını vurğulamışdır.
O demişdir ki, fond son bir ildə Azərbaycan Dövlət İqtisad Universiteti ilə
də bir neçə uğurlu layihənin həyata keçirilməsində yaxından iştirak etmişdir.
"Heydər Əliyev iqtisadi irsinin öyrənilməsi Mərkəzinin" yaradılması və müasir
informasiya-kommunikasiya vasitələrindən geniş istifadə etməklə virtual
sistemlərə və proqram təminatına əsaslanan 20-dən çox elmi-metodik tədris
laboratoriyasının qurulması xüsusilə əhəmiyyətlidir.
Ali təhsilin maddi-texniki bazasının möhkəmlənməsi, dünya təhsil
sisteminə inteqrasiya, müasir tələblərə cavab verən müvafiq qanunvericilik
aktlarının qəbul edilməsi sahəsindəki uğurları xatırladan Ş.Hacıyev təhsilin
bütün pillələrində müasir dərsliklər və dərs vəsaitləri ilə təminatın mühüm yer
tutduğunu, bu problemin iqtisadyönümlü ixtisaslarda özünü daha aydın şəkildə
büruzə verdiyini bildirmişdir. Rektor fondun universitetə 300-ə qədər dərsliyi
hədiyyə etməsini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, bu kitablar bir
tərəfdən, iqtisadiyyatın, demək olar, bütün sahələrini (dünya iqtisadiyyatı, makro
və mikro iqtisadiyyat, maliyyə, bank işi, menecment, marketinq, idarəetmə,
mühasibat uçotu, audit, laborator analizləri) əhatə edir, digər tərəfdən, bu
dərsliklərin əksəriyyətinin dünyanın və Avropanın ən məşhur unversitetlərinin
kafedraları, alimləri tərəfindən yazılmışdır.
Ş.Hacıyev bu əvəzsiz hədiyyəyə görə Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya 18 min nəfərlik müəllim və tələbə kollektivi adından
minnətdarlıq etmişdir.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
65
Sonra çıxış edən Azərbaycan
Dövlət Pedaqoji Kollecinin direktoru
Nurlanə Əliyeva
demışdir ki, ulu öndər Heydər Əliyevin adını daşıyan bu müqəddəs yerdə
təhsilimiz, elmimiz və mədəniyyətimiz üçün mühüm əhəmiyyəti olan tədbirlər
müntəzəm keçirilir. O millət, xalq, ölkə inkişaf edir ki, orada dövlət elmin,
təhsilin inkişafına qayğı ilə yanaşır
. Bu cəhətdən xalqımız, pedaqoji
ictimaiyyətimiz nikbindir. Çünki ölməz Heydər Əliyevin təhsildə apardığı
islahatlar hazırda onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
İndiki mərasimin də belə qayğının əyani təzahürü olduğunu söyləyən
N.Əliyeva görkəmli Azərbaycan yazıçı və pedaqoqu Mircəlal Paşayevin "Bir
gəncin manifesti" əsərində azərbaycanlı uşaqların vəziyyətini bütün ağrı-acısı ilə
qələmə alan müəllifin "Bahar, mələr quzum, indi sən haradasan..." sözlərini
xatırladaraq, XXI əsrin əvvəllərində onun nəvəsi Mehriban xanımın uşaqların
səsinə əməli işləri ilə səs verdiyini vurğulamış, onun valideyn himayəsindən
məhrum olan uşaqların təhsili və tərbiyəsinə verdiyi töhfələri yada salmışdır.
"Yeniləşən Azərbaycana yeni məktəb" proqramının, eləcə də digər
layihələrin cəmiyyətdə yüksək razılıqla qarşılandığını bildirən N.Əliyeva fəal
həyat mövqeyinə malik gənc nəslin yetişməsində dərsliklərin rolundan, ibtidai
təhsilin əhəmiyyətindən, müsbət ənənələri ilə tanınan kollecdə bu sahədə
görülən işlərdən də danışmışdır. Eyni zamanda problemlərdən də söhbət açmış,
onların aradan qaldırılması üçün öz təkliflərini söyləmiş, həmin problemlərin
həllinə Heydər Əliyev Fondunun yardımçı olacağına əminliyini vurğulamışdır.
Rus dilində nəşr olunmuş, elmi-texniki tərəqqinin son nailiyyətlərini əks
etdirən dərsliklərin və elmi-kütləvi ədəbiyyatın ali məktəblərə təqdim
edilməsinin mühüm hadisə olduğunu vurğulayan
Azərbaycan Tibb Universitetinin rektoru,
akademik Əhliman Əmiraslanov
demişdir ki, hazırda Azərbaycanda çox böyük inkişaf var. Bu inkişaf bütün
sahələri, o cümlədən elm və təhsil sahəsini də əhatə edir. Ulu öndər Heydər
Əliyevin təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə göstərdiyi diqqət və qayğının bu
gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini deyən rektor
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
66
indiki tədbirin də məhz bunun nəticəsi olduğunu söyləmişdir.
Tibb Universitetinin tələbələri, elmi işçiləri üçün xeyli sayda dərsliklərin,
kitabların da ayrıldığını bildirən Ə.Əmiraslanov bu nəşrlərin çox böyük
üstünlükləri olduğunu, Rusiyanm nüfuzlu alimləri tərəfindən yazıldığını
xatırlatmışdır. Universitetdə kitabxananın əsasının uzun illər bu təhsil ocağına
rəhbərlik etmiş böyük alim və ictimai xadim Əziz Əliyev tərəfindən
qoyulduğunu, hazırda kitab fondunun 1 milyon nüsxəyə çatdığını xatırladan
rektor bildirmişdir ki, hər il latın qrafıkası ilə təxminən 50 dərslik çap edilir. Bu
dərsliklər öz mütəxəssislərimiz tərəfindən yazılmışdır. İndi hədiyyə olunan
dərsliklər isə xüsusilə rus bölməsində oxuyan tələbələr, habelə müəllimlər, elmi-
tədqiqat işi ilə məşğul olan magistrlər üçün çox faydalı olacaqdır.
Akademik Ə.Əmiraslanov belə dəyərli nəşrlərin alınıb gətirilməsinə və ali
təhsil müəssisələrinə hədiyyə olunmasına görə Heydər Əliyev Fondunun
Prezidenli Mehriban xanım Əliyevaya universitetin kollektivi adından dərin
təşəkkürünü bildirmişdir.
Çıxışına Mehriban xanım Əliyevaya təşəkkürlə başlayan
Bakı Slavyan Universitetinin rektoru,
professor Kamal Abdullayev
Slavyan Universitetinə təqdim olunan kitabların təhsil ocağının həyatında,
tələbələrin, müəllimlərin fəaliyyətində yeni canlanma yaradacağını, çox böyük
razılıqla qarşılanacağını vurğulamışdır. Slavyan Universitetinə təqdim olunan
kitabların, başqa universitetlərə verilən əsərlərdən həm də informasiyaların
zənginliyi ilə fərqləndiyini bildirən rektor demişdir ki, həmin əsərlərin
müəlliflərinin bir çoxu ilə universitet sıx əlaqə saxlayır və Rusiyadakı bir sıra ali
məktəblərin kitabxanaları ilə də birbaşa təmaslar yaradılmışdır. Bu da təbiidir
çünki hazırkı informasiya cəmiyyətində də dünyada kitab vasitəsilə ünsiyyət
yenə öz əhəmiyyətini, etibarlılığını qoruyub saxlayır.
Rəhbərlik etdiyi universitetdə dünya klassiklərinin əsərlərinin birbaşa
tərcümə edilib nəşr olunması üçün görülən işlərdən danışan K.Abdullayev bu
təşəbbüslərin bir sıra xarici ölkələrdə də böyük maraqla qarşılandığını
bildirmişdir.
Bu gün kitab bayramıdır, - deyən rektor Heydər Əliyev Fondunun
prezidenti
Dostları ilə paylaş: |