Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə21/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
64 
 
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri, 
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
professor Şəmsəddin Hacıyev 
 
Heydər  Əliyev Fondunun ölkəmizin sosial-iqtisadi inkişafının  ən mühüm 
prioritetlərindən biri kimi müəyyən edilmiş  təhsil sahəsinin inkişafına xüsusi 
diqqət və qayğı ilə yanaşdığını  və bu istiqamətdə çox əhəmiyyətli tədbirlər 
həyata keçirdiyini konkret faktlarla xatırlatmış, görülən işlərin elm və  təhsil 
işçiləri tərəfindən böyük razılıqla qarşılandığını bildirmişdir. Rektor fondun elm, 
təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində, eləcə  də milli-mənəvi 
dəyərlərimizin qorunub saxlanması  və  təbliği, xüsusilə Dağlıq Qarabağ 
həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində  fəaliyyəti ilə 
cəmiyyətdə böyük nüfuz qazandığını vurğulamışdır. 
O demişdir ki, fond son bir ildə Azərbaycan Dövlət İqtisad Universiteti ilə 
də bir neçə  uğurlu layihənin həyata keçirilməsində yaxından iştirak etmişdir. 
"Heydər Əliyev iqtisadi irsinin öyrənilməsi Mərkəzinin" yaradılması və müasir 
informasiya-kommunikasiya vasitələrindən geniş istifadə etməklə virtual 
sistemlərə  və proqram təminatına  əsaslanan 20-dən çox elmi-metodik tədris 
laboratoriyasının qurulması xüsusilə əhəmiyyətlidir. 
Ali təhsilin maddi-texniki bazasının möhkəmlənməsi, dünya təhsil 
sisteminə inteqrasiya, müasir tələblərə cavab verən müvafiq qanunvericilik 
aktlarının qəbul edilməsi sahəsindəki uğurları xatırladan  Ş.Hacıyev təhsilin 
bütün pillələrində müasir dərsliklər və  dərs vəsaitləri ilə  təminatın mühüm yer 
tutduğunu, bu problemin iqtisadyönümlü ixtisaslarda özünü daha aydın şəkildə 
büruzə verdiyini bildirmişdir. Rektor fondun universitetə 300-ə  qədər dərsliyi 
hədiyyə etməsini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, bu kitablar bir 
tərəfdən, iqtisadiyyatın, demək olar, bütün sahələrini (dünya iqtisadiyyatı, makro 
və mikro iqtisadiyyat, maliyyə, bank işi, menecment, marketinq, idarəetmə, 
mühasibat uçotu, audit, laborator analizləri)  əhatə edir, digər tərəfdən, bu 
dərsliklərin  əksəriyyətinin dünyanın və Avropanın  ən məşhur unversitetlərinin 
kafedraları, alimləri tərəfindən yazılmışdır. 
Ş.Hacıyev bu əvəzsiz hədiyyəyə görə Heydər Əliyev Fondunun prezidenti 
Mehriban xanım Əliyevaya 18 min nəfərlik müəllim və tələbə kollektivi adından 
minnətdarlıq etmişdir. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
65 
 
Sonra çıxış edən Azərbaycan 
Dövlət Pedaqoji Kollecinin direktoru 
Nurlanə Əliyeva 
 
demışdir ki, ulu öndər Heydər  Əliyevin adını daşıyan bu müqəddəs yerdə 
təhsilimiz, elmimiz və  mədəniyyətimiz üçün mühüm əhəmiyyəti olan tədbirlər 
müntəzəm keçirilir. O millət, xalq, ölkə inkişaf edir ki, orada dövlət elmin
təhsilin inkişafına qayğı ilə yanaşır
. Bu cəhətdən xalqımız, pedaqoji 
ictimaiyyətimiz nikbindir. Çünki ölməz Heydər  Əliyevin təhsildə apardığı 
islahatlar hazırda onun layiqli varisi İlham  Əliyev tərəfindən uğurla davam 
etdirilir. 
İndiki mərasimin də belə qayğının  əyani təzahürü olduğunu söyləyən 
N.Əliyeva görkəmli Azərbaycan yazıçı  və pedaqoqu Mircəlal Paşayevin "Bir 
gəncin manifesti" əsərində azərbaycanlı uşaqların vəziyyətini bütün ağrı-acısı ilə 
qələmə alan müəllifin "Bahar, mələr quzum, indi sən haradasan..." sözlərini 
xatırladaraq, XXI əsrin  əvvəllərində onun nəvəsi Mehriban xanımın uşaqların 
səsinə  əməli işləri ilə  səs verdiyini vurğulamış, onun valideyn himayəsindən 
məhrum olan uşaqların təhsili və tərbiyəsinə verdiyi töhfələri yada salmışdır. 
"Yeniləşən Azərbaycana yeni məktəb" proqramının, eləcə  də digər 
layihələrin cəmiyyətdə yüksək razılıqla qarşılandığını bildirən N.Əliyeva fəal 
həyat mövqeyinə malik gənc nəslin yetişməsində  dərsliklərin rolundan, ibtidai 
təhsilin  əhəmiyyətindən, müsbət  ənənələri ilə tanınan kollecdə bu sahədə 
görülən işlərdən də danışmışdır. Eyni zamanda problemlərdən də söhbət açmış, 
onların aradan qaldırılması üçün öz təkliflərini söyləmiş, həmin problemlərin 
həllinə Heydər Əliyev Fondunun yardımçı olacağına əminliyini vurğulamışdır. 
Rus dilində  nəşr olunmuş, elmi-texniki tərəqqinin son nailiyyətlərini  əks 
etdirən dərsliklərin və elmi-kütləvi  ədəbiyyatın ali məktəblərə  təqdim 
edilməsinin mühüm hadisə olduğunu vurğulayan 
 
Azərbaycan Tibb Universitetinin rektoru, 
akademik Əhliman Əmiraslanov 
 
demişdir ki, hazırda Azərbaycanda çox böyük inkişaf var. Bu inkişaf bütün 
sahələri, o cümlədən elm və  təhsil sahəsini də  əhatə edir. Ulu öndər Heydər 
Əliyevin təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə göstərdiyi diqqət və qayğının bu 
gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini deyən rektor 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
66 
 
indiki tədbirin də məhz bunun nəticəsi olduğunu söyləmişdir. 
Tibb Universitetinin tələbələri, elmi işçiləri üçün xeyli sayda dərsliklərin
kitabların da ayrıldığını bildirən  Ə.Əmiraslanov bu nəşrlərin çox böyük 
üstünlükləri olduğunu, Rusiyanm nüfuzlu alimləri tərəfindən yazıldığını 
xatırlatmışdır. Universitetdə kitabxananın  əsasının uzun illər bu təhsil ocağına 
rəhbərlik etmiş böyük alim və ictimai xadim Əziz  Əliyev tərəfindən 
qoyulduğunu, hazırda kitab fondunun 1 milyon nüsxəyə çatdığını xatırladan 
rektor bildirmişdir ki, hər il latın qrafıkası ilə təxminən 50 dərslik çap edilir. Bu 
dərsliklər öz mütəxəssislərimiz tərəfindən yazılmışdır.  İndi hədiyyə olunan 
dərsliklər isə xüsusilə rus bölməsində oxuyan tələbələr, habelə müəllimlər, elmi-
tədqiqat işi ilə məşğul olan magistrlər üçün çox faydalı olacaqdır. 
Akademik Ə.Əmiraslanov belə dəyərli nəşrlərin alınıb gətirilməsinə və ali 
təhsil müəssisələrinə  hədiyyə olunmasına görə Heydər  Əliyev Fondunun 
Prezidenli Mehriban xanım  Əliyevaya universitetin kollektivi adından dərin 
təşəkkürünü bildirmişdir. 
 
Çıxışına Mehriban xanım Əliyevaya təşəkkürlə başlayan 
Bakı Slavyan Universitetinin rektoru, 
professor Kamal Abdullayev 
 
Slavyan Universitetinə  təqdim olunan kitabların təhsil ocağının həyatında, 
tələbələrin, müəllimlərin fəaliyyətində yeni canlanma yaradacağını, çox böyük 
razılıqla qarşılanacağını vurğulamışdır. Slavyan Universitetinə  təqdim olunan 
kitabların, başqa universitetlərə verilən  əsərlərdən həm də informasiyaların 
zənginliyi ilə  fərqləndiyini bildirən rektor demişdir ki, həmin  əsərlərin 
müəlliflərinin bir çoxu ilə universitet sıx əlaqə saxlayır və Rusiyadakı bir sıra ali 
məktəblərin kitabxanaları ilə  də birbaşa təmaslar yaradılmışdır. Bu da təbiidir 
çünki hazırkı informasiya cəmiyyətində  də dünyada kitab vasitəsilə ünsiyyət 
yenə öz əhəmiyyətini, etibarlılığını qoruyub saxlayır. 
Rəhbərlik etdiyi universitetdə dünya klassiklərinin  əsərlərinin birbaşa 
tərcümə edilib nəşr olunması üçün görülən işlərdən danışan K.Abdullayev bu 
təşəbbüslərin bir sıra xarici ölkələrdə  də böyük maraqla qarşılandığını 
bildirmişdir. 
Bu gün kitab bayramıdır, - deyən rektor Heydər  Əliyev Fondunun 
prezidenti 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə