Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə2/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   2   3   4   5   6   7   8   9   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________

 
mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir 
xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu 
kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və  mən bunu 
olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam 
kimi mənə kifayət qədər çətin olur". 
Dünyanın nüfuzlu mədəniyyət qurumu - YUNESKO-nun Azərbaycanın 
birinci xanımına göstərdiyi yüksək etimad təkcə bir fərdin deyil, ümumilikdə 
respublikamızın uğuru olmaqla bərabər, həm də müasir dünyanın xalqımızın 
milli mədəniyyətinə, folkloruna, tarixinə, dilinə, incəsənətinə göstərdiyi yüksək 
diqqətin ifadəsidir. Bu təyinat eyni zamanda Mehriban xanım  Əliyevanın 
şəxsində Azərbaycan qadınının fədakarlığını və bacarığını beynəlxalq miqyasda 
təsdiq etməsinə daha bir əyani sübutdur. Cəmiyyətin ictimai-siyasi həyatında və 
idarəetmə sistemində daim fəal mövqe tutmuş qadınlarımız bu gün də müstəqil 
respublikamızın inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə 
çalışırlar. Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm, qayğıkeşlik 
və  mərhəmət kimi ali mənəvi keyfiyyətlər bu gün Heydər  Əliyev Fondunun 
prezidenti, YUNESKO-nun və  İSESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin 
deputatı Mehriban xanım Əliyevanın şəxsiyyətində bir daha parlaq təcəssümünü 
tapır. 
Zəngin mənəviyyata, dair maraqlarla çərçivələnməyən konkret həyat 
amalına malik insanlar dövrünün problemlərinə  əsl ziyalı yanğısı, vətəndaş 
təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, təminatlı gələcəyinə 
xidmət edən xeyirxah əməllərin sahibinə çevrilirlər.  Şəxsiyyətə hörmət, 
vətəndaşa həssas münasibət, insanlara qayğı  və  təmənnasız xidmət amalını 
özünün həyat kredosuna çevirmiş Heydər Əliyev Fondunun prezidenti ötən üç ili 
xalqımızın milli varlığını özündə yaşadan zəngin mənəvi, elmi-intellektual və 
mədəni mülkiyyəti qloballaşma dövrünün mənfi təzahürlərindən hifz etmək 
üçün genişmiqyaslı  işlər görmüşdür. YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı  səfiri, Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın milli-
mənəvi dəyərlərin qorunması, elm və  təhsilin səviyyəsinin yüksəldilməsi, 
səhiyyənin inkişafı, insanların fiziki və  mənəvi sağlamlığının təminatı, 
Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğ olunması yönümündə  həyata 
keçirdiyi  qlobal  layihələr  onun  fəal  vətəndaşlıq  mövqeyində  dayanmasının, 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________

 
yüksək mənəvi məsuliyyətinin təzahürüdür. 
Heydər  Əliyev Fondunun son üç illik fəaliyyəti həm də  fərqli 
sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında körpü salınmasına, 
insanlara yüksək mənəvi-etik dəyərlərin  əxz edilməsinə yönəlmişdir. Şübhəsiz, 
sivilizasiyalarası dialoq və yaxınlaşma, fərqli mədəniyyətlər arasında ortaq 
təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya və texnogen proseslərin 
geniş vüsət alması mütərəqqi proses olduğu qədər də, bəzən milli mədəniyyətə, 
mənəvi dəyərlər sisteminə real təhlükə qismində çıxış edir. Belə şəraitdə xalqın 
milli "mən"inin, mənəvi dəyərlərinin qorunması məsələsi də son dərəcə vacib və 
aktual problem kimi qarşıya çıxır. Bu baxımdan Azərbaycan mədəniyyətinin və 
incəsənətinin YUNESKO-nun və  İSESKO-nun xoşməramlı  səfiri Mehriban 
xanım  Əliyevanın  şəxsində özünə etibarlı xilaskar tapması faktı xüsusi qeyd 
olunmalıdır. 
Heydər Əliyev Fondu həyata keçirdiyi qlobal layihələrlə həm də insan və 
vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisi statusunda çıxış edir. Fond 
respublikamızın hərtərəfli inkişafına və  vətəndaş  cəmiyyəti quruculuğu 
prosesinin sürətləndirilməsinə töhfəsini verməyə çalışır. Mümkün səviyyədə 
vətəndaşların problemlərinin həllinə səy göstərir, imkanlarını bu yöndə səfərbər 
edir. Bəzən hətta müəyyən dövlət qurumlarında biganəliklə üzləşən, 
problemlərini həll edə bilməyən insanlar da sonda Heydər  Əliyev Fondunun 
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım  Əliyevaya rəsmi müraciət 
etməklə nicat tapırlar. Onun rəhbərlik etdiyi fondda hər bir vətəndaşın 
müraciətinə böyük diqqət və  həssaslıqla yanaşılır, problemlərinin həllinə  səy 
göstərilir. Bu, həm də Heydər Əliyev Fondunun vətəndaş cəmiyyəti quruculuğu 
prosesində  fəal iştirak edən nüfuzlu və sanballı ictimai təsisat olduğunu 
təsdiqləyir. 
Fondun xətti ilə 2004-2007-ci illərdə həyata keçirilmiş bir sıra proqramlar 
daha çox maarifçi mahiyyət daşıması ilə yaddaqalan olmuş, təhsilin səviyyəsini 
ildən-ilə yüksəltməyə imkan vermişdir. Qurumun əsas fəaliyyət 
istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllinə kömək və bu 
məqsədlə nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş 
imkanlarından səmərəli  şəkildə faydalanmaqdan ibarət olmuşdur. Bu nüfuzlu 
beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________

 
olunması,   təşkilatla   əməkdaşlıq   şəraitində   keçirilən   birgə   tədbirlər   yaxın 
gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açır. 
Heydər  Əliyev Fondu ilk gündən Azərbaycanda təhsil infrastrukturunun 
yeniləşdirilməsini, yeni məktəblərin inşasını bu sahədə mövcud problemlərin 
başlıca səbəblərindən biri kimi dəyərləndirmişdir. Fondun təşəbbüsü ilə həyata 
keçirilən, dövlət qurumlarının və özəl strukturların da dəstəklədiyi "Yeniləşən 
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində  təkcə 2005-2006-cı illərdə 
Azərbaycanın müxtəlif regionlarında 250-yə yaxın məktəb binası inşa olunaraq 
lazımi avadanlıqla təchiz edilmişdir. "Ölkəmizdə çox böyük əks-səda doğuran 
"Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı 
təqdim edəndə "dəyirmi masa" keçirmişdik. Çox adam inanmırdı,  şübhə ilə 
yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də 
əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. 
Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün 
qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa 
bilər", - deyə Heydər  Əliyev Fondunun prezidenti layihənin qısa müddətdə 
uğurla icra olunduğunu bildirmişdir. 
Layihə  çərçivəsində bölgələrdə tikilən və infrastrukturu yerli tələbata və 
imkanlara uyğunlaşdırılan məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin 
kitabxanalar,  əyani vəsait və kompyuter avadanlığı ilə  təchiz olunmuşdur. 
Beləliklə, ölkənin ən müxtəlif bölgələrində minlərlə şagird 2005-2006-cı tədris 
ilini müasir tələblərə cavab verən yeni məktəblərdə qarşılamışdır. Fərəhli haldır 
ki, fond bu xeyirxah missiyanı cari ildə də inamla davam etdirir. 
Heydər  Əliyev Fondunun fəaliyyət prioritetləri sırasında elm və  təhsilin 
mühüm yer tutması  qətiyyən təsadufi deyil. Ulu öndərimizin ideyalarını  əldə 
rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan fond bir zamanlar 
vətənpərvər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü davam 
etdirmək kimi çətin və  şərəfli missiyanı üzərinə götürmüşdür. Bu sahəyə 
yönələn diqqət və qayğının hansı  məqsəddən qaynaqlandığını, xalqın, dövlətin 
gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini isə xüsusi 
vurğulamağa ehtiyac yoxdur. Elmin, təhsilin, kompyuter və informasiya 
texnologiyalarının dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək 
səviyyədə  təşkili, bugünün  uşaqlarının sabahın layiqli vətəndaşları kimi 
yetişməsi yolunda məqsədyönlü 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə