Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   2   3   4   5   6   7   8   9   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
11 
 
respublikamızda 1995-2003-cü illərdə ümummilli liderimiz Heydər  Əliyev 
tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma  şamil 
edilmişdir. Heydər  Əliyevin qanunvericilik təşəbbüsü  əsasında Milli Məclis 
1996-2003-cü illərdə 7 amnistiya haqqında qanun imzalamış, 21325 məhkum 
azadlığa buraxılmış, bu amnistiya aktları 77 mindən artıq məhkuma  şamil 
edilmişdir. 
Azərbaycan Prezidenti cənab  İlham  Əliyev bu mütərəqqi  ənənəni davam 
etdirərək üç il yarım müddətində 10 əfv fərmanı imzalamış, 5000-ə yaxın 
məhkumu cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad etmişdir. 
Bu göstəriciyə görə də Azərbaycan dünyanın lider ölkələrindən biri sayıla bilər. 
Hər halda, dünyanın heç bir digər ölkəsində  qısa müddətdə bu sayda əfv 
fərmanının imzalanması faktına rast gəlinməmişdir. Bu, Azərbaycanda insan 
hüquqlarının etibarlı  təminatına və demokratikləşməyə xidmət edən strateji 
siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Dünyanın insan hüquqları 
sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu açıq etiraf edir, cənab İlham 
Əliyevin insanpərvər dövlət başçısı olduğunu bildirirlər. 
Heydər  Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban 
xanım Əliyevanın təşəbbüsü əsasında gerçəkləşən sonuncu amnistiya aktı da bu 
müsbət  ənənənin davamı kimi cəmiyyətdə böyük rezonans doğurmuş, böyük 
rəğbət və ehtiramla qarşılanmışdır. Amnistiya aktı bir çox təbəqələrdən olan 
məhkumları əhatə etməklə olduqca humanist səciyyə daşıyır. Amnistiya aktı ilk 
növbədə böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə 
məhkum olunmuş qadınlara, birinci qrup əlillərə, 60 yaşına çatmış kişilərə, 
cinayət törədərkən 18 yaşına çatmayanlar, öhdəsində (himayəsində) yetkinlik 
yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilərə şamil 
edilmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının suverenliyinin 
və  ərazi bütövlüyünün qorunması  uğrunda döyüşlərdə  iştirak etmiş  şəxslər, bu 
döyüşlərdə həlak olmuş və ya xəbərsiz, itkin düşmüş şəxslərin yaxın qohumları, 
1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti 
nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988-1993-cü illərdə 
Azərbaycan  ərazisinin bir hissəsinin işğalı  nəticəsində doğma torpaqlarından 
məcburi köçürülmüş, 1990-cı il 20 Yanvar faciəsində və ya Xocalı soyqırımında 
əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları və bəzi digər 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
12 
 
kateqoriyalardan olan şəxslərin də amnistiyanın təsir dairəsinə düşəcəyi 
gözlənilir. 
Amnistiya aktında cinayətlərin xarakterindən və ictimai təhlükəlilik 
dərəcəsindən asılı olaraq ağır və xüsusilə  ağır cinayətlər, habelə xüsusilə 
təhlükəli residiv yaradan cinayətlər törətmiş, cinayət nəticəsində vurulmuş 
ziyanı ödəməmiş  və  bəzi digər kateqoriyalardan olan şəxslər barəsində 
amnistiyanın tətbiq edilməsinə məhdudiyyətlər nəzərdə tutulmuşdur. Amnistiya 
aktı nəticəsində azadlıqdan məhrumetmə cəzasını çəkən məhkumlardan təqribən 
1500  şəxsin cəzaçəkmə müəssisələrindən azad edilməsi, habelə azadlıqdan 
məhrumetmə cəzası ilə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən 7500 
şəxsin cəzalarından azad edilməsi mümkün olacaq. Maddi vəziyyəti ilə bağlı 
məhkəmələr tərəfindən təyin olunmuş  cərimə  cəzalarını ödəməmiş 3 mindən 
artıq şəxsin həmin cəzadan azad olunması reallaşacaqdır. Bütövlükdə təqribən 9 
min məhkumun amnistiya aktının təsiri altına düşməsi ehtimal olunur. 
Azərbaycan Respublikası Prokurorluğu öz fəaliyyət istiqamətinə uyğun 
olaraq bu amnistiya aktının düzgün icrası və tətbiqində fəal iştirak edir, prosesin 
qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə diqqət yetirir. 
Prokurorluq orqanları, həmçinin, amnistiya aktının məhkumlar arasında düzgün 
izahını  təmin etmək, onun tərbiyəvi təsirini daha da gücləndirmək yönümündə 
məqsədyönlü iş aparırlar. 
Bu gün Heydər Əliyev Fondu Azərbaycanda yüz minlərlə insanın inam və 
etimadını qazanmış ictimai təşkilat olmaqla yanaşı, ulu öndərimizin adını şərəflə 
daşıyır. "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü 
qapılar onun üzünə bağlı qalır. O öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və 
ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü 
bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün 
problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq 
münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün 
olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, 
insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, 
əsrlər boyu formalaşan ənənələrimizə xas olan gözəl keyfiyyətlərdən biridir və 
biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq" 
- bu fikirlər YUNESKO-nun və  İSESKO-nun xoşməramlı    səfirinin yüksək 
həyat 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
13 
 
amalını bir daha təcəssüm etdirir. 
Fondun son üç ildə  həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlər
yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı  və  rəngarəng forma 
almışdır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə  fəaliyyət 
göstərmir - xeyriyyəçilikdən tutmuş ölkənin səhiyyə  və  təhsil sisteminin, 
mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki 
imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş 
etdirir. Milli Məclisin deputatı, Heydər  Əliyev Fondunun prezidenti Mehriban 
xanım  Əliyeva üzərinə götürdüyü çətin, fəqət xoşməramlı missiyanı layiqincə 
davam etdirir. Bu fəaliyyəti ilə o, həm də həyatının mənasını insanlara köməkdə, 
xeyirxah və nəcib əməllərdə axtaran insanlarla bir sırada dayanır. 
               
 Əli Eyvazov, 
Hüquq elmləri namizədi 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə