ÜmummiLLİ Lİder 93 Heydər Əliyev



Yüklə 46,19 Kb.
tarix28.06.2018
ölçüsü46,19 Kb.




ÜMUMMİLLİ LİDER



93



Heydər Əliyev


Tərtibçidən
Bu vəsaiti Ümumilli liderimiz Heydər Əliyevin 93 illiyi münasibətilə sizə təqdim edirik. Vəsaiti : sizə təqdim etməklə məqsədimiz oxucuların Ümumilli lider haqqında olan məlumatları daha da artırmaqdır.

Metodik vəsait iki hissədən ibarətdir. Vəsaitin “ Günəşə qovuşmaq istəyirəm mən! “ adlanan birinci hissəsində Heydər Əliyevin həyat və yaradıcılığından ikinci hissəsində isə Ümumilli liderə həsr olunmuş kitabxana tədbirlərindən söhbət açılır.

Bildiyimiz kimi xalqımızın, vətənimizin yüksəklişində qeyri-adi xidmətlər göstərən belə şəxsiyyətlərdən biri, müstəqil Azərbaycanın memarı, ümumilli lider Heydər Əliyevdir. Milli xarakterin özünə qədərki keyfiyyətlərini fitri bir istedadla birləşdirən, hər anı xalqa, dövlətçilik ideyalarına həsr edilən bir ömür yaşayaraq xalqın böyük gələcəyinin yollarını müəyyən edən Heydər Əliyev nəinki tarixi şəxsiyyətdir həm də tarixi yarada şəxsiyyətdir.Heydər Əliyev nəinki Azərbaycanın eyni zamanda bütün türk dünyasının lideri; şəxsiyyətinə hörmətlə yanaşdığı bir liderdir, eyni zamanada Heydər Əliyev sevənlərinin ürəyində yaşayır və yaşayacaqdır.
Hər bir xalqın,dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi aslıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir. Amma 80 – ci illərin ortalarından sonra müəyyən müddətdə cəmiyyətimizdə gedən mənəvi, iqtisadi tənəzzül və aşınmalar, üzləşdiyimiz Dağlıq Qarabağ problemi uşaqların da taleyindən yan keçmədi. Həmin dövrdə uşaqlar arasında təhsildən yayınma, məktəb yaşlı yeniyetmələrin alverə cəlb edilməsi təhsil ocaqlarında tədrisin keyfiyyətinin aşağı olması, bir sözlə, uşaqlara qayğısızlıq cəmiyyətdə narahatlıq yaratmırdı. Hazırda uşaqlara göstərilən qayğı göz qabağındadır. Ulu öndərimiz H. Əliyevin təşəbüssü ilə Azərbaycan 1994 – cü ildə BMT- nin Uşaq Hüquqları Konvesiyasına qoşulmuş, “ Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilimiş, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika höküməti arasında əldə olunmuş razılaşmaya əsasən “ Bakı SOS uşaq kəndi” salınmışdır. Burada Avropa standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və 6 digər yardımçı bina fəaliyyəti göstərir. Ailə evlərinin hər birində 8-10,umumilikdə isə kəndə 100 – dən artıq uşağın yaşaması üçün hər cür şərait yaradılmışdır. Burada kimsəsiz, valideyn himayəsində məhrum, yetim, atılmış uşaqlar tərbiy alırlar.

Heydər Əliyev xalqımızın sabahını- gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmişdi. Bu gün ölkəmizdə uşaqları sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün geniş hərəkat başlanmışdır. Uşaqların Beynəlxalq televizyo və radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu öndərimiz Heydər Əliyev demişdir. “ Artıq bizim ictimai- siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu , sabitliyi daim edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümüdimiz, gələcəyimizsiz”

Hər bir uşağın şəxsiyyət kimi formalaşdırılması demokratik dövlətin milli təhsil sisteminə də ümdə vəzifəsidir. “ Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda bu, yüksək tərbiyə ocağıdır” deyən möhtərəm prezidentimiz uşaq gənclərimizi milli və umumbəşəri dəyərlər əsasında formalaşdırılmasını, dövlətçilik ideyalarına sədaqət, vətənə, torpağa məhəbbət ruhunda tərbiyəsini daim ön plana çəkir. Hazırda təhsildən kənarda qalan uşaqların məktəblərə cəlb edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbələrində, icra nümayəndələrində, azyaşlılarla iş üzrə hüquq-mühafizə orqanlarında ciddi işlər aparılır. Kimsəsiz, valideyn himayəsindən məhrum uşaqlar axtarılıb tapılır, onlar internat məktəblərinə, uşaq evlərinə verilirlər. Çətin tərbiyə olunanlar isə xüsusi nəzarətdə saxlanılırlar. Bu işdə məktəbdən kənar müəssisələrin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Çünki təhsil sistemi yalnız uşaq və yeniyetmələrin savad almasını biliklərə yiyələnməsini əhatə etmir, həm də onların şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur. Bu sistemə isə uşaqları fəaliyyətini bütün istiqamətləri, o cümlədə asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili də daxil edilir.

Son illər uşaq və gənclərimizin fiziki tərbiyəsinə dövlət tərəfindən göstərilən qayğı öz müsbət nəticəsini verməkdədir. İdmanın kütləviliyi genişlədirilir, olimpiya hərəkatının inkişafı üçün ayrı-ayrı zonalarda müasir standartlara uyğun idman kompleksləri tikilərək istifadəyə verilir. H. Əliyev fiziki tərbiyəni daim diqqətdə saxlamağı tövsiyə edirdi: “ İdman hər bir insanın sağlamlığıdır. Ona görə də biz idmana çox böyük yol açmışıq. Gənclər gərək fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək biliyə, əxlaqa, tərbiyəyə, yüksək elmə malik olsunlar”. Bu gün gənc və yeniyetmə idmançılarımızın sorağı beynəlxalq, dünya Avropa çempionatlarından, olimpyadalarından gəlir. Şahmat, dama, voleybol, ağırlıqqaldırma, boks və s. Dərnəklərdə məşğul olan uşaqlar vətənimizin adını və bayrağını olimpiyadalarda, müxtəlif yarışlarda yüksəklərə qaldırırlar.Bu, böyük uğur və nailiyyətdir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə istedadlı uşaqlara qayğını dövlət əhəmiyyətli bir işə çevirmiş, burada möhkəm hüquqi baza yaratmışdır. “ Azərbaycan da gənc istedadlara dövlət qayğısı haqqında “ fərman imzalamış, həmin fərmanla gənc istedadların “ Qızıl kitab”ı eləcə də prezidentin xüsusi təqaüdü təsis edilmişdir. Sevindirici haldır ki, istedadlarımız internet vasitəsilə dünya uşaqları ilə bilik marafonuna qoşulur, müxtəlif müsabiqələrdə iştirak edirlər.

Uşaqlara bütün sahələrdə göstərilən qayğı bir amala, bir məqsədə ünvanlanmışdır: cəmiyyət üçün layiqli, faydalı insan böyütmək!

Bu gün dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğı da göz qabağındadır.Ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün respublika Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm qərar və sərancamlar verilir.

Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evləri və bağçalarının inşası, onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə hamıda böyük sevinc və razılıq hissi oyatmışdır.




Kitabxanalarda keçiriləcək tədbirlərin metodikası
Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər çərçivəsində kitabxananın kiçik yaşlı oxucuları arasında “ Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda şeir və rəsm müsabiqəsi keçirmək olar.Keçirilən müsabiqələrdə qaliblər xüsusi hədiyyələrlə mükafatlanır. Keçirilən tədbirlər məktəblər ilə birgə iş planı əsasında olsa daha uğurlu alınar. “ Heydər parkı” ətrafında yaxud ulu öndər Heydər Əliyevin büstü ünündə məktəblərə işlənmiş ədəbi-bədii kompozisiyanı açıq havada keçirilməsi daha məqsədə uyğundur. Şəhərin İcra hakimyyəti nümyəndələri də bu tədbirə dəvət oluna bilərlər. Belə tədbirlərdən maraqlısı da “ Gül bayramı” müsabiqəsidir. Kitabxana və məktəbin birgə hazırladığı tədbirdə elan olunmuş müsabiqəyə qatılan məktəblilər ümummilli liderə həsr olunmuş kompozisiyada çıxış etməklə yanaşı, fikir və istəklərini gül-çiçəklə bitirməyə çalışırlar. Yekunda daha çox fərqlənən məktəblilər xüsusi mükafat təqdim olunur. “ Gül bayramı” müsabiqəsində məktəblilər, eyni zamanda, müxtəlif nominasiyalarda bacarıqlarını da nümayiş etdirəcəklər.


Balacaların sevimlisi - Heydər baba
Kitabxanalarda keçirilən tədbirlərdə H. Əliyevin fəaliyyətindən və uşaqları çox sevdiyini vurğulayan plakatlardan istifadə etmək lazımdır. Tədbirdə kitabxanaçı Ulu öndərin fəaliyyətindən, Vətənin, xalqını, torpağını, ürəkdən sevməsindən, onun naminə gecə-gündüz yorulmadan çalışmasından, xeyrxahlığından, hümanistliyindən ürəkdolusu iftixarla çıxış edir. Sonra balacalar tərbiyəçilərin onlara öyrətdikləri şeir və mahnıları ifa etməklə gələcəkdə Heydər baba tək mərd, mübariz olmağa and içirlər.Vətənin gələcəyi, onun keşikçisi, həyatın davamçıları olan balacaların düzgün tərbiyə edilməsi müdrik insan Heydər Əliyevi düşündürən əsas məsələlərdən biri olduğunu qeyd edən kitabxanaçı dahi şəxsiyyəti dünyamızın görən gözü, düşünən beyni adlandırmaqla, həmişə dahi insanın xeyirxah əməllərini yaşadacaqlarına inandıqlarını bildirir.

Balacalar rəngarəng proqramlara çıxışlar etməklə yanaşı, ulu öndərin həyatını əks etdirən videokasetlərə də baxa bilərlər.

Orta və yuxarı sinif şagirdləri ilə H. Əliyevə həsr olunmuş kitabların icmalına keçirmək olar.

Bu gün müstəqil Azərbaycan Respublikasında digər sahələrdə olduğu kimi, kitab nəşri də öz inkişaf yoluna qədəm qoymuşdur. Hazırda xalq tərəfindən sevilən siyasi xadimlər haqqında yazılaraq dərc edilən kitablar geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır.




Ümummilli Liderimiz Heydər Əliyev Haqqında Biblioqrafik Məlumat


10 may 1923

Əliyev Heydər Əlirza oğlu 10 may 1923 – cü il Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur.

1939-1941 – ci illər

1939-1941 – ci illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnistitunda oxumuşdur.

1941 – ci il

1941 – ci ildən Nax. MSSP xalq Komisarları sovetində şöbə müdiri işləmiş.

1944 – cü il

1944 – cü ilin mayında Ə. Naxçıvan vilayətində Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.

1957- ci il

1957 – ci ildə S. M. Kirov adına ADU – nun tarix fakultəsini bitirmişdir.

1964 – cü il

1964 – cü ildə Ə. Azərb. GSP Nazirlər Sovetinin Dövlət Təhlükəsizliyi Kom sədrinin müavini işləmiş.

1967 – ci il

1967 – ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.ə. - ə gen.- m. Rütbəsi verilmişdir.

1969- cu il

1969 – cu ildə AKP MK – nın birinci katibi və MK – nın Büro üzvi seçilmişdir.

Ə s ə r l ə r i i l l ə r ü z r ə


İllər üzrə

Əsərləri

1970 – ci ildə

« Sovet Azərbaycanı 50»

1977 – ci ildə

«Lenin yolu ilə Oktyabr bayrağı altında»

1978 – ci ildə

«Möhkəm ideya hərtərəfli inkişaf etmiş kommunizm qurucuları tərbiyə etməli».

1997 – ci ildə

«Müstəqillik yollarında» (1 cild)

1997 – ci ildə

«Müstəqillik yollarında»( 2 cild )

1998 – ci ildə

«Müstəqillik yollarında» ( 3 cild )


Ümumilli liderimizin 93 sərgisinin tərtibatı


  1. Ümumilli liderimizin öz yaradıcılığından sitat

  2. Heydər Əliyev haqqında deyilmiş fikirlərdən bir sitat

  3. Günəşə qovuşmaq istəyirəm mən

  4. Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini tutmur. H. Əliyev

  5. Haqqında ədəbiyyat.


Tədbirlərin keçirilməsinə kömək məqsədilə tövsiyyə ədəbiyyat

siyahısı əlavə olunur.

Haqqında Ədəbiyyat


  1. Sevda Məmmədəliyeva, Teymur Əhmədov: Heydər Əliyev və Mədəniyyət. (3 cildə) 1 ci cild. B.: “ Nurlar” Nəşriyyət poleqrafiya mərkəzi. – 2008 . – 536 səh.

  2. Sevda Məmmədəliyeva, Teymur Əhmədov: Heydər Əliyev və Mədəniyyət. (3 cildə) 2 ci cild. B.: “ Nurlar” Nəşriyyət poleqrafiya mərkəzi. – 2008 . – 530 səh.

  3. Abuzər Xələfov. Heydər Əliyev və Azərbaycanda kitabxana işi: B.: Azərnəşr. – 2006. – 312 səh.

  4. Azərbaycan şairlərinin Ümumilli lider Heydər Əliyevə həsr olunmuş şeirləri. “ Günəşə qovuşmaq istəyirəm mən!”B.: - (Çinar-çap) 2008. – 55 səh.

Ədəbiyyat Siyahısı


  1. H. Əliyev: Müsəqillik yollarında (3 cildə) – 1 cild Azərnəşr”nəşriyyatı B.; 1997.-480 səh.

  2. H. Əliyev: Müsəqillik yollarında (3 cildə) – 2 cild.” Azərnəşr”nəşriyyatı B.; 1997.-490 səh.

  3. H. Əliyev: Müsəqillik yollarında (3 cildə) – 3 cild.” Azərnəşr”nəşriyyatı B.; 1997.-470 səh.

  4. Azərbaycan Sovet Ensiklopediyası. ( 4 cild) ASD. nəşriyyatı B. ; 1980. – 178-ci səh.

  5. Vaqif Bəhrəmli. Günəşə qovuşmaq istəyirəm mən!. “ Heydər Əliyev 85” ( Çinar çap) nəşriyyatı B. ; 2008. – 55 səh.

Tərtib edən:

Metodika və biblioqrafiya şöbəsinin müdiri: Rəna Hüseynova.
Komputer dizayneri:
Metodika və biblioqrafiya şöbəsinin metodisti: Aygün İbrahimova.

: front -> files -> libraries -> 661 -> documents
documents -> Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> Abdulla Şaiq 135 Körpələrin böyük məhəbbəti
documents -> Daşkəsən rayon mks metodika və biblioqrafiya şöbəsi 2016 Tərtibçidən
documents -> Ölməz bədii söz ustası
documents -> Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> Metodiki Vəsait Daşkəsən rayon mks metodika və biblioqrafiya şöbəsi
documents -> İslam Səfərli Zirvəsi 95
documents -> Firidun bəy Köçərli-155 (Metodiki Vəsait) Daşkəsən rayon mks metodika və biblioqrafiya şöbəsi
documents -> 155 (Metodiki Vəsait) Daşkəsən rayon mks metodika və biblioqrafiya şöbəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə