Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
52 
 
genişlənibdir. 
Rayon ağsaqqallarının təşəbbüsü ilə "Əzizbəyov rayonunun inkişafı fondu" 
yaradılıbdır. Artıq fəaliyyət göstərən fondun işində qəsəbələrin sakinləri çox fəal 
iştirak edirlər. Səlahiyyətli nümayəndə yerlərdə sakinlərlə mütəmadi görüşlər 
keçirir. Noyabrın 6-da, Milli Məclisə seçkilərin bir ilinin tamam olduğu gün 
deputat Mehriban Əliyeva  Əzizbəyov rayonunda seçicilərlə hesabat görüşünə 
gələndə sakinlərdən ən çox eşidilən söz bu oldu ki, siz seçkiqabağı görüşlərdə 
nəinki hər bir qəsəbənin problemlərinin həlli barədə xahişlərimizi yerinə 
yetirmisiniz, hətta çox olduğundan dilə  gətirib deyə bilmədiyimiz digər 
problemlərimizi də özünüz gəlib yerində görüb həllinə kömək göstərmisiniz. 
İndiyədək seçkiqabağı vədlərini deputat mandatı alan gün unudanları çox görsək 
də, əksini ilk dəfə sizin timsalınızda gördük. Camaatımız sizin simanızda özünə 
etibarlı arxa-dayaq tapıbdır. 
Türkiyədə  çıxan "Hürriyyət" qəzetinin 2005-ci il 13 noyabr nömrəsində 
Mehriban xanım haqqında verilmiş yazının başlığı belə idi: "Təmiz bir örnək - 
xalq onu çox sevir, onun gözəl və ağıllı qadın kimi çox müsbət imici var". 
Mehriban xanımın 2004-2006-cı illərdə istər valideyn himayəsindən 
məhrum  əlil uşaqlarla, tənha qocalarla, təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə 
görüşlərində, istərsə  də Heydər  Əliyev Fondunda, xarici səfərlərdə  təmasda 
olduğu siyasətçilərlə, elm, mədəniyyət xadimləri ilə ünsiyyətində diqqəti birinci 
cəlb edən onun təbiətindən, gendən gələn səmimiyyət, ziyalılıq, xeyirxahlıq, 
insanpərvərlik və nəciblikdir. 
Məhəmməd Peyğəmbərimizin fikridir: insanlar arasında  ən dəyərlisi 
insanlar üçün ən çox xeyirli iş görənlərdir. 
Azərbaycanın birinci xanımı belə insanlardandır. 
 
 
Hacı Nərimanoğlu, 
AzərTAC-m xüsusi müxbiri,  
Yazıçılar Birliyinin üzvü 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
53 
 
İNSANPƏRVƏLİK HEYDƏR ƏLİYEV FONDUNUN 
ƏSAS MƏRAMLARINDAN BİRİDİR 
 
Vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində müalicə 
olunan məhkumlardan 25 nəfəri mayın 8-də Milli Məclisin qəbul etdiyi 
"Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin xatirəsinə  həsr 
olunmuş amnistiya haqqında" qərarın icrası ilə  əlaqədar azadlığa buraxıldılar. 
Mayın 10-da müəssisədə keçirilən mərasimdə  cəzalarının çəkilməmiş 
hissəsindən azad olunan məhkumlara müstəqil həyatda uğurlar arzulandı. 
Tədbirdə  çıxış edən  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Rejim 
şöbəsinin müdiri Azər Seyidov Azərbaycan hakimiyyətinin humanizm 
dəyərlərinə böyük önəm verdiyini diqqətə çatdırdı. O bildirdi ki, ulu öndərin 
təşəbbüsü ilə 7 amnistiya aktı qəbul olunmuşdur. Bu amnistiya və əfv fərmanları 
ilə minlərlə insan azadlığa buraxılmış, cəzaları yüngülləşdirilmiş, neçə-neçə 
ailəyə sevinc bəxş edilmişdir. 
Təqdirəlayiq haldır ki, ümummilli lider Heydər  Əliyevin humanizm 
ideyaları bu gün də ölkəmizdə  uğurla davam etdirilməkdədir. Bəşəri ideyalara 
sadiqlik nümayiş etdirən dövlətimizin başçısı  cənab  İlham  Əliyev müxtəlif 
əlamətdar günlərdə  əfv fərmanları imzalamışdır. Sonuncu amnistiya qərarı isə 
Heydər  Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım 
Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən bu günlərdə  qəbul edilib. 
Mehriban xanım Əliyeva ümummilli lider Heydər Əliyevin humanist siyasətinə 
sədaqət nümayiş etdirərək, onun xatirəsinə ehtiramın ifadəsi olaraq amnistiyanın 
elan edilməsi barədə təşəbbüs irəli sürüb. 
Çıxışlarda o da vurğulandı ki, azadlığa çıxan məhkumlar müalicələrini 
qeydiyyatda olduqları  ərazidəki müalicə müəssisələrində davam etdirmək 
hüququna malikdirlər. Tədbirin sonunda məhkumlara azadlığa buraxılmaları 
barədə arayışlar təqdim olundu. Həmçinin azadlığa buraxılanlara evlərinə rahat 
gedib çatmaları üçün müəyyən miqdarda pul da verildi. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
54 
 
Onlardan bəziləri ilə söhbət etdik. Ömürlərinin bir neçə ilini həbsxana 
həyatı ilə bağladıqları üçün peşmançılıq hissi keçirən bu insanlar həyatda 
yenidən qurub-yaratmaq arzusunda olduqlarını gizlətmirlər. 
Məhəmməd Bağırov: 
- Həbsxanada uzun illər qalmasam da,  ömrümün bir hissəsinin burada 
keçməsi məni narahat edir. Amma bu da həyatın bizə verdiyi dərsdir. Çalışacam 
ki, mənə  bəxş edilən bu azadlığı lazımınca qiymətləndirim və normal həyata 
qovuşmaqla ömrümün bir neçə ilinin burada keçməsini tamamilə unudum. 
Bizim həbsxanadan azad olunmağımız göstərir ki, həqiqətən də  həyatda insani 
dəyərlər var. Heydər Əliyev 1993-cü ildə prezident seçildikdən sonra dəfələrlə 
amnistiya və əfv qərarları verib. İndi isə bu dahi insanın adını daşıyan Fondun 
təşəbbüsü ilə biz azadlığa çıxırıq. Demək, ulu öndər həyatda olmasa da, onun 
ideyaları yaşayır. 
İlqar Əsədov: 
- Həbsxanada olan hər bir məhbusun ən böyük arzusu azadlığa çıxmaqdır. 
Mənə edilən bu yaxşılığın əvəzini ömrümün sonuna qədər unutmayacam və 
hər addımımda bunun əvəzini dövlətimizə verməyə çalışacam. 
Mən müalicə müəssisəsinin  əməkdaşlarına da minnətdaram. Burada 
olduğumuz müddətdə onlardan həqiqətən gözəl münasibət görmüşük. Bütün 
problemlərimiz vaxtında həll olunub, ehtiyaclarımız ödənilib. Normal müalicə 
olunmağımıza vaxtlı-vaxtında diqqət yetiriblər. Çox sağ olsunlar. 
Mehdi Əhmədov: 
- Bu gün mənim ömrümün ən xoş günlərindən biridir.  Çünki ailəmin, 
əzizlərimin yanına qayıdıram. Mənə bu xohbəxtliyi bəxş etmiş Mehriban xanım 
Əliyevaya, onun ailəsinə dünyada ən xoş nemət olan cansağlığı arzu edirəm. 
Xeyırxah əməlləri ilə insanlara xoşbəxtlik bəxş edən Heydər Əliyev Fondu 
bizim də ailələrimizi sevindirdi. Buradakı bütün məhbuslara tezliklə azadlığa 
çıxmağı, öz ailələrinin yanına qayıtmağı arzulayıram. 
Abbas Zöhrabov: 
- Ulu  öndərimiz Heydər  Əliyevin  əsasını qoyduğu humanizm ideyaları bu 
gün uğurla davam etdirilməkdədir. Biz azadlığa qovuşmaqla bunun şahidi olduq. 
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya qərarının 
mənə  də  şamil olunması ailəmizə  bəxş edilən  ən böyük hədiyyədir. Ailə 
üzvlərimin 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə