Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə16/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
49 
 
fəaliyyəti" kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci 
ildə, qanlı soyqırımın 15 illiyində fondun təşəbbüsü ilə Avropanın 15 dövlətində 
keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici 
ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya 
vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, dəlil-
sübutlu foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə 
avropalıya Qarabağ  həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı 
həyata keçırdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında  əsl həqiqətləri 
çatdırmışdır. 
Mehriban xanım  Əliyevanın "Ön söz"ü ilə yenicə  işıq üzü görmüş 
"Müharibə  və tarixi-mədəniyyət abidələrimiz" kitabında Ermənistan tərəfindən 
işğal olunmuş Azərbaycan  ərazilərində - Xankəndi, Xocalı,  Şuşa, Laçın, 
Kəlbəcər, Ağdam, Qubadlı, Füzuli və digər rayonlarda düşmən tapdağı altında 
qalıb dağıdılmış tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar verilir. 
Xarici nəşrlərin tərcüməsi. Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla 
biləcək bir sıra xarici nəşrlər dilimizə tərcümə edilərək çap olunmuşdur. Murad 
Adcının "Türklər və dünya: munis tariximiz", ABŞ-ın Mərkəzi Asiya-Qafqaz 
İnstitutu - İpək Yolu Araşdırmalar Proqramının rəhbərləri Frederik Starr və 
Svante Kornellin "Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft 
pəncərəsi", "Azərbaycan təbiəti", Linda Li Rattonun "Yuxuların çin olduğu 
yerdə" kitabları bu qəbildəndir. Sonuncu nəşrdən məqsəd fiziki cəhətdən qüsurlu 
uşaqların cəmiyyətdə  bərabərhüquqlu üzv kimi qəbul olunmasına kömək 
etməkdir. 
Ekologiya. 2007-ci ilin Novruz bayramı  ərəfəsində fond paytaxt Bakı 
ətrafindakı Qala qəsəbəsində istifadəsiz 8 hektar sahədə 9 min həmişəyaşıl 
tingin  əkilməsi ilə "Hərəmiz bir ağac  əkək!" layihəsinə start verilmişdir. Qısa 
zamanda respublikanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar, ayrı-ayrı 
kollektivlər bu çağırışa qoşularaq yaşıllaşdırma kampaniyasına başlamışlar. 
Ətraf mühitin sağlamlaşdırılmasına, təmiz hava, təmiz ekologiyaya töhfə olan 
layihə  çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə yeni ağac 
əkilmiş, təzə parklar, bağlar, yaşıl xiyabanlar salınmışdır. Təşəbbüsün hər il 
mövsümi olaraq davam etdirilməsi nəzərdə tutulur. 
Mehriban xanım təsisçisi olduğu "Azərbaycan İRS" jurnalının 3 dildə 
nəşri ilə  də Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi və  təbliğində, 
xüsusən   Rusiya   və      digər      MDB      ölkələrinin   rusdilli   əhalisinə   
Azərbaycan 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
50 
 
həqiqətlərinin çatdırılmasında təqdirəlayiq iş görür. 
Bakıda 47 ölkəni təmsil edən gimnast qızların iştirakı ilə bədii gimnastika 
üzrə 27-ci dünya çempionatının keçirilməsi də təkcə idman növü deyil, həm də 
gözəllik, zəriflik, yüksək sənət rəmzi olan bu idmanın ölkəmizdə populyarlıq 
qazanması da Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban 
xanımın xidmətidir. 
Mehriban xanım dəfələrlə siyasətdən uzaq olduğunu bildirsə  də, Milli 
Məclisin deputatı kimi fəaliyyətində  əsl professionallıq, siyasi yetkinlik 
nümunəsi göstərir. Azərbaycan-ABŞ parlamentlərarası  əlaqələr üzrə  işçi 
qrupunun rəhbəri kimi ötən il dekabrın 4-dən 7-dək ABŞ-a işgüzar səfəri birinci 
xanımı, ilk növbədə məhz bu keyfiyyətləri ilə tanıtdı. Bu səfər olduqca maraqlı 
məqamlarla yadda qalmış, dünyanın super dövləti ilə ölkəmiz arasında dostluq 
münasibətlərinin genişlənməsində, Azərbaycan həqiqətlərinin təqdimatında 
əhəmiyyətli rol oynamışdır. 
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Ağ evdə ABŞ-ın birinci 
xanımı Loura Buş, məşhur siyasi xadim Zbiqnev Bjezinski, senator Key Beyli 
Hatçinson və Konqresin üzvü Şila Sikula Qibs, dövlət katibinin ictimai 
diplomatiya və ictimai məsələlər üzrə müavini Karen Hyuz, dövlət katibinin 
demokratiya və qlobal məsələlər üzrə müavini Paula Dobryanski ilə  səmimi 
görüşləri, Heydər Əliyev Fondu və senator Hatçinsonun həmsədri olduğu "Vital 
Voice" qeyri-hökumət humanitar təşkilatı arasında  əməkdaşlığa dair 
memorandumun imzalanması, Azərbaycanın ABŞ-dakı səfirliyində Amerikanın 
müxtəlif  ştatlarında təhsil alan azərbaycanlı  tələbələrlə görüşü yaddaqalan 
olmuşdur. ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə 
Vaşinqtonun möhtəşəm "Endryu Melon" Auditoriumunda Mehriban Əliyevanın 
şərəfinə verilmiş ziyafətdə Ağ evin və Dövlət Departamentinin yüksək vəzifəli 
rəsmilərinin, konqresmenlərin, görkəmli siyasi və ictimai xadimlərin, xarici 
ölkələrin ABŞ-da akkreditə olunmuş səfirlərinin - 300-dən artıq insanın iştirakı, 
ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, dünyada çox böyük nüfuz sahibi 
olan Ceyms Beykerin, ABŞ Senatının  ən qocaman üzvlərindən biri, Xarici 
Əlaqəiər Komitəsinin sədri, senator Riçard Luqarm geniş nitqlə  çıxış etmələri 
Azərbaycan Prezidentinin xanımının beynəlxalq aləmdə nüfuzuna, şəxsi 
mövqeyinə, ictimai fəaliyyətinə verilən yüksək qiymətin konkret  ifadəsi  oldu.   
Mehriban  xanımın  sivilizasiyalararası  dialoq,  Şərq-Qərb 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
51 
 
 münasibətləri və digər qlobal məsələlər barədə fikirləri diqqətlə dinlənildi, 
maraqla qarşılandı. Bütün görüşlərdə, nitqlərdə Mehriban xanımın ölkəmizdə
eləcə də YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi beynəlxalq aləmdə 
fəaliyyəti yüksək dəyərləndirilmiş, bu fəaliyyətin Azərbaycanın gələcək inkişafı 
üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, birinci xanıma ABŞ-
Azərbaycan Ticarət Palatasının "2006-cı ilin xoşməramlı  səfiri" mükafatı da 
təqdim edilmişdir. 
Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən hazırlanmış  və 
parlamentdə qəbul edilmiş amnistiya haqqında qərar layihəsi də cəmiyyətdə çox 
böyük  əks-səda doğurmuşdur.  İlk dəfədir ki, Milli Məclisin deputatı belə 
humanist təşəbbüslə çıxış edərək parlamentə amnistiya haqqında qərar layihəsi 
təqdim etmişdir. Bu layihənin  əhatə dairəsi genişdir və  təxminən 9000 nəfərə 
şamil olunur. 1500 nəfər azadlığa, ailəsinə, övladlarına, doğma və  əzizlərinə 
qovuşmuşdur. Deputat Mehriban Əliyevanın hazırladığı bu sənədi beynəlxalq 
qurumlar da razılıqla qarşılamışdır. 
Birinci xanımın Milli Məclisin deputatı kimi ölkə daxilində  fəaliyyətinin 
miqyasını təsəvvür etmək üçün deputat seçildiyi Əzizbəyov rayonunun bir neçə 
qəsəbəsində görülmüş işlərə nəzər salmaq kifayətdir. 
Təhsil müəssisələri: 820 yerlik 5 internat məktəbi yenidən qurulmuş, 150 
yerlik yay düşərgəsi inşa edilmiş, 6138 şagird yerlik 8 ümumtəhsil məktəbi, 230 
yerlik 3 uşaq bağçası yenidən qurulmuş, zəngin maddi-texniki bazalı təlim-tədris 
mərkəzi yaradılmışdır. 
Səhiyyə müəssisələri: müasir tələblərə cavab verən və lazımi avadanlıqla 
təchiz edilən 25 çarpayılıq xəstəxana, poliklinika, təcili yardım stansiyası  və 
aptek yenidən qurulmuşdur. 
Mədəniyyət müəssisələri və dini abidələr: 860 yerlik 2 mədəniyyət evi ilə 
yanaşı, kitabxana inşa edilmiş, abidə  və barelyef, 3 məscid və ziyarətgah 
yenidən qurulmuşdur. 
İnfrastruktur: 3 qəsəbənin giriş qapısı inşa olunmuş, 3 qəsəbəyə 45 kilometr 
uzunluğunda su xətti çəkilmiş, 63 kilometr uzunluğunda qəsəbələrarası  və 
qəsəbədaxili yollar yenidən qurulmuş, 27 avtcbus dayanacağı, 110 kilovoltluq 
yardımçı stansiya istifadəyə verilmiş, 512 işıq dirəyi quraşdmlmış, 2 qəsəbə 
parkı yenidən qurulmuşdur. 
Bunlar ötən ilin noyabrına qədər görülən işlərdir. İndi bu siyahı daha da 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə