Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə19/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
58 
 
 
qa məsələdir. Həm bu, həm də digər nöqteyi-nəzərin öz tərəfdarları  və 
əleyhdarları var. Tələbələrə gəldikdə isə, düşünürəm ki, burada hər şey aydındır. 
Müəyyən xətt var, baza bilikləri olmalıdır, tələbələr imtahanları uğurla vermək 
üçün hansısa kitaba əsaslanmalıdırlar. Müəllimlərə gəldikdə isə, burada vəziyyət 
bir qədər mürəkkəbdir. Humanitar sahənin mütəxəssisləri çox yaxşı bilirlər ki, 
biz XX yüzilliyin böyük hissəsini bada vermişik - ilk növbədə, xaricdə yaranan 
elmi məktəblərlə, XX əsrin dəyərləri sayılan böyük əsərlərlə tanış olmaq 
imkammız yox idi. Müəllim heyətinin  əksəriyyəti onlarla 1990-cı illərin 
əvvəllərində tanış olmağa başlamışdır. Mənim sahəmə  gəldikdə isə, bıırada 
tezliklə üzə çıxan kifayət qədər ciddi problemlər var. Məsələn, məlum olmuşdur 
ki, siyasi nəzəriyyədən, siyasi elmlərdən dərs deyən müəllimlərin yalnız 0,2 faizi 
xarici dilləri hansısa mətni orijinaldan oxuya biləcək səviyyədə bilir. Mən hələ 
təhlildən danışmıram. Bu, 1990-cı illərin məlumatıdır. Başqa sözlə, müəllim 
heyəti qarşısında humanitar sahədə  nəhəng dünya təcrübəsini qısa müddətdə 
mənimsəmək kimi çox ciddi problem dururdu. Nə qədər kədərli olsa da, onların 
əksəriyyəti ozü öyrənənlər idi. Axı, hamı yaşa dolmuş, formalaşmış insanlardır 
və onlar tələbələrlə birlikdə parta arxasında  əyləşərək, bu böyük ədəbiyyat 
axınını  mənimsəməyə başlamalı idilər. Bu zaman fəal surətdə  tərcümələrlə 
məşğul olmağa başlayan Rusiyanın nəşriyyat korpusu böyük kömək göstərdi. 
Biz yaxşı başa düşürük ki, bu tərcümələr, onların tirajları azdır, bu kitablara 
ehtiyacı olan adamlara çatmır. İndi yeni nəsil dərsliklər problemi yaranır. Onlar 
bir tərəfdən, sovet tədris-təhsil sistemində olan nailiyyətlərini itirməməli, digər 
tərəfdən isə, bizim tanış ola bilmədiyimiz  ən yeni kəşflərlə tamamlanmalıdır. 
Düşünürəm ki, bu işdə "Puşkinskaya biblioteka" kimi fondların  əhəmiyyəti 
olduqca böyükdür. Dərslik naşirləri qarşısında çox ciddi problem durur - 
ənənələri, mövcud bilik və bacarığı qoruyub saxlamaq şərti ilə, müasir, habelə 
xarici ictimai-siyasi təfəkkürün bizə təklif etdiklərinə tənqidi yanaşmaq. Məncə, 
burada təqdim olunan dərsliklərin bir hissəsi bu ciddi fikir ayrılığını, ciddi 
dilemmnanı həll etmək cəhdidir. Bunun nə dərəcədə uğurla həyata keçiriləcəyini 
isə bu kitablarla işləyənlər deyə biləcəklər. Demək istəyirəm ki, belə kitablar 
çox olmalıdır, onlar müəllimlərin masasının üstündə olmalıdır. Belə kitablar çox 
olduqca, biz müqayisəli təhlil aparır və ümumi məqsədimiz olan yeni, bizdən 
daha savadlı nəsil yetişdirmək kimi nəticə əldə edirik. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
59 
 
Mərasimi giriş nitqi ilə fondun prezidenti, 
YUNESKO-nun xoşməramlı səfiri, 
Milli Məclisin deputatı Mehriban ƏLİYEVA açaraq demişdir: 
 
- Mən bizim növbəti tədbirimizdə sizin hər birinizi görməkdən çox şadam. 
Bu gün biz sizi gözəl bir kitab sərgisinə dəvət etmişik. Amma adi sərgidən fərqli 
olaraq bizim sərgimizdəki bütün bu kitablar Heydər  Əliyev Fondu tərəfindən 
ölkəmizin ali məktəblərinə hədiyyə kimi təqdim ediləcəkdir. 
Bildiyiniz kimi Heydər  Əliyev Fondu təhsil sahəsində ardıcıl olaraq 
irimiqyaslı layihələr həyata keçirir. Bütün ölkədə böyük rəğbətlə qarşılanan 
"Yeniləşən Azərbaycana yeni məktəb" proqramının artıq ikinci mərhələsi 
başlayıbdır. Ötən il bu proqram çərçivəsində Heydər  Əliyev Fondunun 
təşəbbüsü ilə ölkəmizdə 100, 200 və 240 yerlik 132 məktəb tikilib istifadəyə 
verilibdir. Bu il artıq 50-yə yaxın məktəbin inşasına başlanılmışdır. Yeni tədris 
ilinin başlanmasına qədər bu məktəblərin hamısı  ən müasir avadanlıqla təchiz 
olunub qapılarını şagirdlərin üzünə açacaqdır. 
Digər bir layihə - internat məktəblərinin inkişafı proqramı 2003-cü ildə 268 
nömrəli məktəbin təmiri ilə başlanıbdır. O zamandan indiyə qədər ölkəmizdə 23 
internat məktəbində  əsaslı  təmir aparılmışdır.  İndi biz deyə bilərik ki, belə 
xüsıısi internat məktəblərində maddi-texniki baza ilə bağlı problemlərin 
əksəriyyəti aradan qaldırılmışdır. 
Bugünkü tədbirimizi də  təhsil sahəsində böyük bir proqramın başlanğıcı 
kimi qiymətləndirmək olar. Sərgimizdə 4 mindən artıq kitab nümayiş olunur
onların  əksəriyyəti dərsliklərdir. Bu kitabları bir neçə qrupa bölmək olar. 
Kitabların bir qrupu rusca nəşr olunmuş riyaziyyat, fizika, kimya, biologiya, 
fəlsəfə, hüquq, tarix və psixologiya, sosiologiya və xarici dillərə aid olan 
dərsliklərdir. 
İkinci bir qrup xarici dillərdən rus dilinə tərcümə edilən kitablardır. Bunlar 
müasir xarici üslubda nəşr olunmuşdur. 
Kitabların böyük bir qismi tibb elmlərinə aiddir. Burada həm fəaliyyət 
göstərən həkimlərə, həm də Tibb Universitetinin tələbələrinə ünvanlanan nəşrlər 
vardır. 
Nəhayət, uşaqlara aid olan və xüsusi məktəblər üçün dərsliklərdir. 
Bütün bu kitablar bu gün ölkəmizin  14 təhsil ocağının kitabxanalarına 
 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
60 
 
bağışlanacaqdır. 
Hesab edirəm ki, bu, bizim proqramımızın yalnız bir mərhələsidir. Hazırda 
Azərbaycanda ali təhsil məktəblərinin təhsil proqramında istifadə olunan 
dərsliklərin təhlili göstərir ki, onların  əksəriyyəti sovet dövründə çap edilib və 
əlbəttə ki, çoxu köhnəlib və müasir tələblərə cavab vermir. Əgər biz bu gün 
təhsildə islahatlar haqqında danışırıqsa, öz tələbələrimizin ən qabaqcıl ölkələrin 
təhsil sisteminə inteqrasiya olunmalarını istəyirik. Ona görə  də Heydər  Əliyev 
Fondu təklif edir ki, təqdim olunan kitabların bizim təhsil proqramına 
uyğunluğu ali məktəblərdə araşdırılsın, təhlillər aparılsın, onlar Azərbaycan 
dilinə tərcümə edilərək çap olunsun. 
Aydındır ki, elə kitablar var, onlar milli zəmində hazırlanmalıdır və bu, ilk 
növbədə, humanitar, ictimai elmlər sahəsinə aiddir. Azərbaycan dili, ədəbiyyatı 
tarixinə dair kitablar əlbəttə ki, yalnız Azərbaycanda yazılmalı  və çap 
olunmalıdır. 
Eyni zamanda hesab edirəm ki, digər elmlərə aid olan fızika, kimya və 
biologiyaya aid dərsliklərin Azərbaycan dilinə  tərcümə olımub kütləvi tirajla 
nəşr edilmesi bu gün ali məktəblərdə təhsil alan tələbələrimizə böyük dəstək ola 
bilər. 
Bu məsələnin həllində Heydər  Əliyev Fondu respublikamızın bütün ali 
məktəblərinin müəllimləri, alimləri ilə  əməkdaşlığa, həm kitabların 
tərcüməsində, həm də çapında böyük dəstək göstərməyə hazırdır. Heydər Əliyev 
Fondu xüsusi məktəblərə aid olan dərslikləri, fiziki və əqli cəhətdən problemləri 
olan uşaqlar üçün dərsliklərin tərcüməsi və çapını öz öhdəsinə götürür və 
inanıram ki, yaxın gələcəkdə ölkəmizdə olan bütün xüsusi internat məktəbləri ən 
müasir dərsliklərlə təmin ediləcəkdir. 
Sonda mən vurğulamaq istərdim ki, bu gün nümayiş olunan kitablar hamısı 
Rusiya təhsil sisteminə aiddir, amma yaxın gələcəkdə, bu ilin sonuna kimi 
Heydər  Əliyev Fondu ingilis, alman, fransız dilində  nəşr olunan dərsliklərin 
sərgisini keçirəcək və sonra bunlar yenə də bizim alimlərimizin, ekspertlərimizin 
ixtiyarına veriləcəkdir. 
Sonda mən kitablar təqdim olunan ali məktəblərin siyahısı ilə sizi tanış 
etmək istərdim: Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, 
Azərbaycan   Texniki   Universiteti,   Azərbaycan   Dövlət   İqtisad   
Universiteti, 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə