Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
83 
 
 materiallar  və Brayl şriftli kitablardan istifadə imkanları  təmin olunacaqdır. 
Bakının Nərimanov rayonundakı kor və  zəifgörən uşaqlar üçün resrublika 
internat məktəbi layihənin yeri kimi müəyyənləşdirilmişdir. Hazırda burada 
yenidənqurma işləri aparılır və  əlil insanlar layihənin geniş imkanlarından 
faydalana biləcəklər. 
Fond səhiyyə sahəsində də uğurlu və əhəmiyyətli layihələr həyata keçirir. 
Bu baxımdan, "Diabetli uşaqlara  ən yüksək qayğı" və "Talassemiyasız həyat 
naminə" layihələri xüsusi vurğulanmalıdır. Fondun, Azərbaycan Diabet 
Cəmiyyətinin və Danimarkanın "Novo Nordisk" şirkətinin təşkilatçılığı ilə 
gerçəkləşdirilən bu layihələrlə birgə qaçqın-köçkün uşaqları, uşaq evləri və 
internat məktəblərinin  şagirdləri üçün "Gülüstan" sarayında yeni il şənlikləri 
keçirilmişdir. Habelə "Talassemiyasız həyat naminə" layihəsi uğurla icra 
edilmiş, bu layihə  çərçivəsində ixtisaslaşdırılmış  mərkəz və qan bankı 
yaradılmışdır. Belə  xəstələrin sayı, onların vəziyyəti  ətraflı  təhlil olunur, 
talassemiyanın müalicəsi və profilaktikası üçun milli proqramlar hazırlanır. 
Təkcə keçən il Heydər Əliyev Fondunun dəstəyilə 500-dən çox soydaşımıza bu 
xəstəliyə görə yardım göstərilməsi Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin 
nəticəsidir. 
2006-cı ildə Talassemiya Mərkəzinin inşasına başlanacaq və bu ağır 
xəstəliyə düçar olmuş  xəstələrin problemləri Azərbaycanda yaradılacaq 
Talassemiya Mərkəzi çərçivəsində Heydər  Əliyev Fondu tərəfindən həll 
ediləcəkdir. Mehriban xanım  Əliyeva deyir: "Tibb işçisi kimi çox gözəl başa 
düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb 
ictimai proseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli 
adətlər və  bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. 
Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz 
reallaşdırılması illərlə  çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda
gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları 
vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun 
öhdəsindən yolçu gələr". Bu yol xeyirxahlıq, mərhəmət və  nəcibliyə aparan 
müqəddəs bir yoldur. 
 
Sivilizasiyalararası dialoqun qədim məkanı 
 
Bu gün bütün dünyanın kosmik informasiya əsrinə  qədəm qoyması, 
informasiya texnologiyalarının inkişafı sahəsində  əldə olunan fantastik 
nailiyyətlərin az qala hər gün həyatımızda hansısa dəyişikliyə gətirib çıxarması 
özlüyündə no qədər mütərəqqi meyil sayılsa belə, bu inkişaf milli tarixi-mədəni 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
84 
 
irsə müəyyən təhlükə meyillərini də istisna etmir. Kütləvi mədəniyyət 
stereotiplərinin hakim olduğu indiki dövrdə milli ənənələrin qorunub 
saxlanılması, ona yüksək qayğı və diqqətin göstərilməsi son dərəcə vacibdir. Bu 
gün YUNESKO-nun çoxsaylı  vəzifələrindən biri də  məhz insanın mənəvi 
dünyasının, milli kimliyinin qorunması məsələsidir. Planetimizdə məskunlaşmış 
xalqlardan hər birinin milli "Mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs 
incilərinin mühafızəsi də  ən aktual vəzifəyə çevrilmişdir. Azərbaycanın birinci 
xanımı çoxlarının hətta diqqət belə yetirmədiyi bu həssas məqamı özünəməxsus 
fəhm və  nəcibliklə ön plana çəkir, insanları dünyanın inkişaf axarını düzgün 
qiymətləndirməyə çağırır: "Bu gün biz müasir texnika və qloballaşma  əsrində 
yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, 
əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx 
ünsiyyət qurmasına  şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar 
arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-
qonşunu eşitmir, qardaş-qardaşa kömək  əlini uzatmır. Bu gün dünyanın 
qarşılaşdığı  ən ağrılı problemlərdən biri mənəvi idealların ucuşlaşması, onların 
saxta ideallarla əvəz edilməsidir" - deyən Heydər Əliyev Fondunun Prezidenti, 
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xalqımızın yüksək 
əxlaqi-mənəvi dəyərlərinin hər bir ailədə qorunmasının tərəfdarı kimi çıxış edir. 
YUNESKO-nun xoşməramlı  səfiri kimi fərqli mədəniyyətləri bir araya 
gətirmək missiyasını öz üzərinə götürmüş Mehriban xanım  Əliyevanın bu 
sahədə  fəaliyyəti hələ 10 il əvvələ gedib çıxır. O, hələ 1995-ci ildən 
"Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun rəhbəri kimi ağır 
böhranın girdabına sürüklənmiş milli mədəniyyətimizə yiyə durmuş, ona böyük 
qayğı  və diqqət göstərmişdir. 1995-ci ildən üzü bəri musiqi təhsili və  gələcək 
nəslin maarifləndirilməsi işi bu fondun daim diqqət mərkəzində olmuş, ardıcıl 
şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin 
qorunması  işinə töhfə vermişdir. Həmin dövrdən başlayaraq Azərbaycanda 
musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə 
və  gəncin,  ələlxüsus, imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili 
almasına əlverişli imkan yaradılmışdır. 
Mehriban   xanım   Əliyevanın   2004-cü   ilin   sentyabrında   YUNESKO-
nun "Xoşməramlı   səfiri"   seçilməsi   ilə   fondun   milli   irsin   mühafizəsi,   
elm   və 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
85 
 
 mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. 
Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı  və  bəstəkarların 
yubileylərinin keçirilməsi, habelə "Kitabi-Dədə Qorqud" dastanının 1300 
illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs 
siyahısı"na  İçərişəhərin  Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, 
bu siyahıya Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil olması üçün ilkin 
sənədlərin hazırlanması bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana 
bilər. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli 
sərvəti sayılan muğam həmin mötəbər təşkilatın vasitəsilə bəşəriyyətin şifahi və 
qeyri-maddi irsinin şah  əsərləri sırasına daxil edilmişdir. Mehriban xanım 
Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti 
onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz 
göstəricisidir. "Qarabağ xanəndələri" adlı nəfis albomun buraxılması da fondun 
ötənilki uğurları  sırasında özünəməxsus yer tutur. Əslində, bütün Azərbaycana 
məxsus müğamlarımızın toplandığı alboma ad kimi niyə  məhz "Qarabağ 
xanəndələri" ideoniminin seçilməsinin arxasında dayanan incə siyasi məqamı 
sezməmək mümkün deyildir. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ 
xanəndələri" adının seçilməsi ilə bütün dünyaya Qarabağın  əzəli və  əbədi 
Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir 
sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Mehriban Əliyevanın rəhbərliyi 
altında "Qarabağ" kitabının çapa hazırlanması Azərbaycanın, Qarabağın tarixi 
keçmişinin öyrənilməsi və  təbliği baxımından son dərəcə böyük əhəmiyyət 
daşıyır. Mehriban xanım  Əliyevanın rəhbərliyi ilə dahi Azərbaycan bəstəkarı 
Üzeyir Hacıbəyovun bütün əsərlərinin yenidən çap olunması ilə yanaşı, onların 
SD və DVD-də buraxılması layihəsinin həyata keçirilməsi, "Qarabağ 
xanəndələri" albomunun ardınca yeni muğam layihələri üzərində işlərin davam 
etdirilməsi, Azərbaycan, ümumilikdə ümumtürk musiqi sənətinin əhəmiyyətinə 
görə muğamdan  əsla geri qalmayan başqa bir qolu, aşıq sənətinə  də diqqətin 
artırılması, bu sənətin ÜUNESKO-nun qeyri-maddi irs siyahısına salınması 
yönündə ortaya qoyulan səylər də YUNESKO ilə  əməkdaşlıq çevrəsində 
görülən işlərin bir hissəsi kimi nəzərdən keçirilə bilər. 2005-ci il avqustun 24-də 
isə YUNESKO-nun baş katibinin iştirakı ilə Bakıda Beynəlxalq Muğam 
Mərkəzinin təməli qoyulmuşdur. Qısa müddətdən sonra bu mənəviyyat 
məbədinin qapıları bütün muğamsevərlərin üzünə açılacaqdır. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə