Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
89
ŞƏRƏFLİ MİSSİYA
Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi,
mədəni həyatında qazandığı aparıcı mövqe
Azərbaycan qadınlarının fəallığının bariz təsdiqidir
Prezident İlham Əliyevin fəaliyyətinin başlıca qayəsi və amalı hər bir
Azərbaycan vətəndaşının xoşbəxt yaşaması, torpaqlarımızın işğaldan azad
edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafinı, Azərbaycanını dünya dövlətləri
arasında özünə layiqli yer tutmasını və qüdrətlənməsini təmin etməkdir. Ötən
illərdə ölkəmizdə görülən genişmiqyaslı işlər, vətəndaşlarının sosial rifahının
daha da yaxşılaşmasına, cəmiyyətimizin demokratikləşməsinə xidmət edən
çoxşaxəli islahatlar Prezident İlham Əliyevin xalqa verdiyi vədlərin əməli işə
çevrildiyinin sübutudur.
Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən
birincisi vətəndaşlıq mövqeyindən, ümummilli mənafelərdən çıxış edərək
Azərbaycanın yüksəlişi üçün çalışan Prezidentin siyasi kursuna dəstək vermək,
bu işdə əlindən gələni əsirgəməməkdir. Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın əsl vətəndaş mövqeyindən çıxış edərək ölkəmizdə gedən inkişaf
proseslərinə verdiyi töhfələr, milli mədəni irsimizin qorunması və təbliği,
təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması
istiqamətində misilsiz fəaliyyəti hər bir vətəndaş üçün nümunə sayıla bilər.
Mehriban xanım Əliyeva özünün həyat məramını, ömrünün mənasını insanlara,
xüsusilə yoxsulluq içində yaşayan, qayğı və diqqətə daha çox ehtiyacı olanlara
yardım etməkdə, onları sevindirməkdə görür. Mehriban xanım Əliyevanın
ictimai fəaliyyəti çox genişdir, Azərbaycan diyarının hər yerini əhatə edir.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun
xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri,
Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan-İrs" jurnalının
Baş redaktoru kimi çoxşaxəli fəaliyyət dairəsi olan Mehriban xanım Əliyeva bu
yaxınlarda İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO)
xoşməramlı səfiri adına da layiq görülmüşdür.
Mehriban xanım Əliyeva ölkəmizdə təhsilin, mədəniyyətin,
səhiyyənin
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
90
inkişafina xidmət edən bir sıra mühüm layihələrin müəllifi və təşkilatçısıdır.
"Yeniləşən Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara ən yüksək qayğı",
"Talassemiyasız həyat naminə" kimi vacib layihələrin icrası istiqamətində
həyata keçirilən tədbirlər cəmiyyətdə razılıqla qarşılanmışdır. Son iki il ərzində
Heydər Əlıyev Fondunun xətti ilə ölkəmizin ən ucqar kəndlərində hər cür
müasir avadanlıqla təchiz edilmiş 180 məktəb binası tikilib istifadəyə verilmiş,
neçə-neçə orta məktəb əsaslı təmir olunmuşdur. Milli musiqimizin,
muğamlarımızın təbliğində Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Fondun
təşəbbüsü ilə "Qarabağ xanəndələri" adlı disk buraxılmış, "Qarabağ həqiqətləri"
adlı kitab nəşr edilmişdir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının
ən mənzərəli yerlərindən olan Milli parkın ərazisində Beynəlxalq Muğam
Mərkəzi inşa olunmaqdadır.
Azərbaycan idmanının inkişafı da daim Mehriban xanım Əliyevanı
düşündürən məsələlərdəndir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti
kimi Mehriban xanım bu idman növünün ölkəmizdə inkişafı üçün mühüm işlər
görmüş və bütün bunların da nəticəsi olaraq Azərbaycan gimnastları son illərdə
beynəlxalq turnirlərdən ən ali mükafatlarla vətənə dönmüşlər. Gimnastika üzrə
beynəlxalq yarışların Azərbaycanda keçirilməsi də ilk növbədə Mehriban xanım
Əliyevanın bu sahədə fəaliyyətinin uğurlu nəticəsidir.
Mehriban xanım Əliyeva həm də bir deputat kimi seçicilərinin böyük
rəğbətini qazanmışdır. Onun təşəbbüsü ilə Mərdəkan, Binə, Şüvəlan, Türkan,
Zirə və digər Bakıətrafı qəsəbələrdə geniş tikinti-abadlıq işləri həyata keçirilmiş,
bir sıra yerlərə içməli su xətləri çəkilmiş, elektrik enerjisi şəbəkəsi yenidən
qurulmuşdur. Deputat seçkiləri ərəfəsində verdiyi vədlərə əməl edən Mehriban
xanımı vaxtaşırı məktəblərdə, uşaq bağçalarında, sadə adamların əhatəsində
görmək olar. Hər gün Heydər Əliyev Fonduna yüzlərlə məktub və teleqram
daxil olur, Mehriban xanım Əliyeva ilə görüşməyə can atanların, ona təşəkkür
etməyə tələsənlərin sayı yüzlərlə, minlərlədir. Bu, hər insana qismət olan səadət
deyil. Bu xoşbəxtliyi Mehriban xanımın özü qazanıb, onun halal haqqıdır. Belə
bir səmimiyyət ilk əvvəl Mehriban xanımın milli təəssübkeşliyindən, xeyirxah
niyyətindən və digər ali insani keyfiyyətlərindən irəli gəlir.
23 noyabr 2006-cı ildə Mehriban xanım Əliyeva ona İSESCO-nun
xoşməramlı səfiri adı verilməsinə həsr edilmiş mərasimdə demişdir: "Biz öz
fəaliyyətimizdə milli mədəni irsimizin qorunmasına çox diqqətlə yanaşırq. Eyni
zamanda, Heydər
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
91
Əliyev Fondu dünyanın bir sıra elmi mərkəzləri ilə çox sıx əməkdaşlıq edir. Biz
bir il ərzində fondumuzda bir neçə beynəlxalq konfrans keçirmişik. Bütün bu
tədbirlərə dünya şöhrətli alimləri dəvət edirik və ölkəmizdə olan reallıqları,
həqiqətləri onlara çatdırmağa çalışırıq. Bu da, öz növbəsində, dünyada
Azərbaycanın həqiqi imicinin formalaşmasında böyük rol oynayır".
Mehriban xanım Əliyeva həm də əsl vətənpərvər bir insan kimi tanınır.
Belə ki, Heydər Əliyev Fondunun fəaliyyətində Ermənistanın Azərbaycana
təcavüzü, torpaqlarımızın işğalı, milli-mədəni abidələrimizin dağıdılması və ya
erməniləşdirilməsi, azərbaycanlıların soyqırımı, erməni terror təşkilatlarının
azərbaycanlılara qarşı cinayətkar əməlləri barədə əsl həqiqətlərin dünya
ictimaiyyətinin diqqətinə çatdırılması mühüm yer tutur. Bununla bağlı həyata
keçirilən layihələrin müəllifi Mehriban xanım Əliyevadır. Fondun ötən il nəşr
etdirdiyi "Qarabağ həqiqətləri" bukletlər toplusu Azərbaycan həqiqətlərinin
dünyaya yayılması baxımından Mehriban xanım Əliyevanın fəaliyyətində ən
uğurlu layihələrdən biridir. Bu il dünyanın bir çox ölkələrində Xocalı soyqırımı
ilə bağlı keçirilən anma mərasimlərində Heydər Əliyev Fondunun göndərdiyi
materiallardan geniş istifadə olunmuş, fondun təşəbbüsü ilə çəkilən sənədli fılm
nümayiş etdirilmişdir.
Mehriban xanım Əliyevanın icimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi
xalqının, millətinin rifahı üçün çalışmaq, bu işdə Azərbaycan Prezidenti cənab
İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. İşgüzarlığı, insanlara doğma və
mehriban münasibəti göstərir ki, Mehriban xanım Əliyeva Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və deputat kimi üzərinə
düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bunu Mehriban xanım
Əliyevanın ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi,
mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının
yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və bu
ideyaların həyata keçirilməsinə verdiyi dəstək, ulu öndərin zəngin irsindən
bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı layihələrin reallaşmasına etdiyi
kömək təsdiq edir.
Rüstəm Mikayılov,
36 saylı Xətai dördüncü dairə
seçki komissiyasının sədri,
2 saylı Tibb-Sanitar hissəsinin baş həkimi
Dostları ilə paylaş: |