Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
98 
 
Bütün bunlar Heydər  Əliyev Fondunun təhsilin inkişafı sahəsində  həyata 
keçirdiyi tədbirlərin yalnız bir hissəsidir. Fond tərəfindən milli bayramlar
əlamətdar günlərdə  təşkil edilən xeyriyyə  tədbirləri, uşaqlar arasında keçirilən 
müxtəlif müsabiqələr, təhsil müəssisələrinə göstərilən gündəlik qayğı bütün 
təhsil ictimaiyyətinin yaxşı yadındadır. 
Bütün təhsil işçilərinin arzusunu ifadə edərək, Heydər  Əliyev Fonduna, 
fondun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin deputatı 
Mehriban xanım  Əliyevaya dərin minnətdarlığımı bildirir, şərəfli fəaliyyətində 
yeni-yeni uğurlar diləyirəm. 
MEHRİBAN  ƏLİYEVA: Çox sağ olun, Misir müəllim, çox ətraflı 
məlumat verdiniz. Fondun fəaliyyəti barədə çox gözəl sözlər dediniz, təşəkkür 
edirəm. 
Biz "Yeniləşən Azərbaycana yeni məktəb" proqramını  həyata keçirərkən 
həm birinci və inanıram ki, həm də ikinci mərhələdə dövlət qurumları ilə  sıx, 
çox səmərəli  əməkdaşlıq qurmuşuq. Hər iki mərhələdə biz məktəblərin 
layihələrinin hazırlanması zamanı bir sıra dövlət layihə institutları ilə birlikdə 
çalışmışıq. İndi bu barədə daha geniş məlumat üçün Baş nazirin müavini cənab 
Abid Şərifova söz verilir. Buyurun. 
 
BAŞ NAZİRİN MÜAVİNİ ABİD ŞƏRİFOVUN ÇIXIŞI 
 
- Hörmətli Mehriban xanım! 
Hörmətli xanımlar, cənablar! 
Əgər yadınızdadırsa, burada oturanların  əksəriyyəti 2005-ci il iyunun 
əvvəlində toplantıda iştirak etmişdi. O zaman Mehriban xanım tərəfindən, Fond 
tərəfindən deyərdim ki, birinci dəfə olaraq, dövlət  əhəmiyyətli, Azerbaycanın 
bütün bölgələri üçün çox əhəmiyyətli bir layihə burada müzakirəyə çıxarılmışdı. 
Sözün doğrusu, o vaxt bəlkə  də bu masa arxasında oturanların  əksəriyyəti bu 
layihənin gerçəkləşəcəyinə inanmırdı. 
Əgər yadınızdadırsa, o zaman mən də məlumat verdim, ancaq özümdə də 
şübhə var idi. Ancaq tam səmimi deyirəm, Mehriban xanımın istər 
layihələşdirmə  mərhələsində, istər tikinti mərhələsində  işlərin gedişi ilə 
maraqlanması, bilavasitə  həmin obyektlərə getməsi, bir sözlə, inadkarlığı 
sayəsində haradasa, 4-5 ay ərzində 132 məktəb tikildi. Burada qeyd olunduğu 
kimi məktəblərin də tam əksəriyyəti dağlıq yerlərdə tikilir, bu, işləri daha da 
 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
99 
 
çətinləşdirirdi. Amma buna baxmayaraq, ilin axırına qədər bu məktəblərin 
hamısı hazır oldu. 
Azərbaycanın bölgələrində olan adamlar bilir ki, əksər məktəblərdə, hətta 
rayon mərkəzlərindəki məktəblərdə istilik sistemi yoxdur. 
Mehriban xanım, o zaman siz inadkarlıqla hamıya - layihəçilərə, 
inşaatçılara tapşırdınız ki, bütün məktəblərdə istilik sistemi olmalıdır. Sonra, 
Azərbaycanda uzun müddət ərzində tikilən məktəblərin tam əksəriyyətinin damı 
şiferlə örtülübdür. Şifer heç bir standarta uyğun gəlməyən istər Avropada, istər 
başqa qitələrdə ümumiyyətlə, qadağan olunmuş bir tikinti materialıdır. Biz 
Mehriban xanımdan göstəriş aldıq ki, o materialın işlədilməsi qəti qadağandır. 
Yalnız metal və keramika - yəni ekoloji baxımdan zərərsiz material 
işlədilməlidir. Mən deyərdim, birinci dəfədir ki, Azərbaycanda 132 məktəbin 
dam örtüyü də, konstruktiv elementləri də bütün müasir tələblərə uyğundur. 
Düzdür, - Mehriban xanım, bunu siz mənə demisiniz, - bəzi çatışmazlıqlar olub, 
bunu bilirik. Çalışmışıq və çalışacağıq ki, bunları da aradan qaldıraq. Onu deyim 
ki, məktəblərin tam əksəriyyəti mərkəzləşdirilmiş qaydada yox, sobalar 
vasitəsilə qızdırılır. Ancaq bu dəfə Mehriban xanım tərəfindən belə bir məsləhət 
verildi ki, bütün məktəblərdə istilik sistemi olmalıdır, yəni siniflərdə soba 
qoyulması qəti qadağandır. İstər dağ kəndi, istər aran kəndi olsım, fərqi yoxdur, 
bütün məktəblərdə mərkəzləşdirilmiş istilik sistemi olmalıdır. 
Mehriban xanım burada dedi - idman salonu məsələsi. Biz hələlik keçmiş 
normativlərlə  işləyən adamlarıq, 240 yerlikdən aşağı  məktəblərdə belə  şeylər 
nəzərdə tutulmurdu. Amma biz bu normativləri bir kənara qoyduq. Həmin 
məktəblərin tam əksəriyyətində idman salonları  və digər lazımi  əlavə otaqlar 
nəzərdə tutulmuşdur. 
Bir məsələni də diqqətinizə çatdırmaq istərdim. 40 ildən çox inşaatda 
işləyən, sovet vaxtında onlarca məktəbin tikintisində  iştirak edən adam kimi 
deyirəm ki, ən böyük problem avadanlıq təchizatı ilə  əlaqədar idi. O vaxtlar 
Baltikyanı ölkələrdən gətirilən partalar hələ  ən yaxşı avadanlıq sayılırdı, lakin 
onlar da elə bir şey deyildi. Ancaq xüsusi olaraq Fond tərəfindən alınan 
avadanlıq, deyərdim ki, ən müasir standartlara uyğundur. 
Mehriban xanım, mən sizə bu barədə  məlumat vermişdim, yenə demək 
istəyirəm. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
100 
 
On illərlə qeyri-münasib şəraitdə  dərs deyən müəllimlər, habelə şagirdlər, 
sakinlər də inanmırdılar ki, belə  qısa bir müddətdə  kəndlərində bu cür gözəl 
məktəblər olacaqdır. Amma o proqram həyata keçirildikcə mən bu insanların, o 
cümlədən uşaqların sevincinin şahidi olmuşam. Mehriban xanım, hansısa 
məktəbin tikintisi ilə əlaqədar rayonlara gedəndə hamı sizə minnətdarlıq edirdi. 
Özünüz dəfələrlə bunun şahidisiniz, çünki istər tikinti vaxtı, istərsə  də sonra 
məktəblərin çoxunda olmusunuz və bu insanlarda sizə qarşı olan məhəbbəti 
görmüsünüz.  İndi də mütəxəssislər layihə  işlərinə başlamaq üçün sizin 
tapşırığınızla rayonlara gedəndə bunun şahidi olurlar. 
Siz dediniz ki, bu mərhələdə 100-dən artıq məktəbin tikilməsi nəzərdə 
tutulur və sentyabrın 1-dək işlər başa çatmalıdır.  İstər inşaatçılar, istər 
layihəçilər, istərsə  də bizə kömək edən adamlar - hamımız çalışacağıq ki, 
məktəb binaları  əvvəlkindən daha keyfiyyətli təhvil verilsin. Əvvəlkilərlə 
müqayisədə layihələrdə yeniliklər də  nəzərdə tutulmuşdur. Mehriban xanım, 
layihələri burada stenddə düzmüşük. Bunlar Azərbaycan Dövlət Layihə 
İnstitutunda işlənmişdir. Lazım olarsa, institutun direktoru Yaşar Mirzəzadə qısa 
məlumat verər. Ancaq onu deyə bilərəm ki, sizin tapşırığınıza əsasən, layihələrin 
hamısı aprelin sonuna qədər Təhsil Nazirliyinə veriləcəkdir. 
Misir müəllim dedi, uzun müddət inşaatda işləyən adam kimi mən də təkrar 
edirəm ki, bir ildə Azərbaycanda 132 məktəbin tikilməsi möcüzəyə bənzəyən bir 
işdir.  İnşaatçı yox, bir valideyn, bir vətəndaş kimi istərdim sizə öz dərin 
təşəkkürümü, minnətdarlığımı bildirim. Əmin ola bilərsiniz, hər bir azərbaycanlı 
əlindən gələni edəcək ki, sizin təşəbbüsünüz olan bu proqram vaxtında və 
keyfiyyətlə həyata keçirilsin. 
Diqqətinizə görə çox sağ olun! 
 
"AZƏRDÖVLƏTBAŞLAYİHƏ" İNSTİTUTUNUN DİREKTORU 
YAŞAR MİRZƏZADƏNİN ÇIXIŞI 
 
- Hörmətli Mehriban xanım! Hörmətli xanımlar və cənablar! 
Böyük qürur və fəxr hissi ilə bu şərəfli işin - məktəb binalarınm tikilməsinə 
dair layihələrin respublikanın aparıcı institutlarma tapşırıldığı üçün hörmətli 
Mehriban xanıma  əvvəlcədən bütün kollektivlər adından öz minnətdarlığımı 
bildirmək istəyirəm. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə