Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə40/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
124 
 
salamlayıram. Bu axşam bizə qoşulmağınıza görə minnətdarıq. 
Nəhayət, mən bu tədbirə  gələn hər bir şəxsə ABŞ-Azərbaycan Ticarət 
Palatası adından minnətdarlığımızı bildirirəm. Biz bu mərasimin təşkil 
olunmasında sizinlə birgə işləməkdən çox məmnunuq və bununla fəxr edirik. Bu 
cür gözəl binada sizi görməkdən çox şadıq. Gəldiyinizə görə bir daha çox sağ 
olun. 
Biz Palatada artıq on ildir ki, fəaliyyət göstəririk. Mənim fıkrimcə, bu 
təşkilat ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin ticarət sahəsinin təşkil 
edilməsində  səmərəli olmuşdur. Uzun illər  ərzində neft sektorunda çalışan 
şirkətlər və biznes fəaliyyəti aparan digər dairələr bizim məsləhətimizdən 
istifadə etmişlər. Bu yaxınlarda Azərbaycan iqtisadiyyatının digər sahələrinə 
maraq göstərən yeni şirkətlər bizim Palatamıza üzv olmuşdur. Bu ilin aprel 
ayında ölkəmizə  səfər etmiş Prezident Əliyev Azərbaycan iqtisadiyyatının 
şaxələndirilməsində prinsipal mövqedə olduğunu bəyan etmişdir. Hesab edirəm 
ki, o, bu istiqamətdə çox dəstəkləyici və  uğurlu təşəbbüslə  çıxış etmişdir. Biz 
cari ilin oktyabr ayında Azərbaycana ikinci ticarət missiyamızı təşkil etmişdik. 
Həmin missiya bizim informasiya texnologiyaları və kommunikasiya sahəsində 
fəaliyyət göstərən  şirkətlərimizdən ibarət olmuşdur. Biz üzvlərimizə xidmət 
göstəririk, münasibətlərin ikitərəfli qaydada inkişafı üzərində çox çalışırıq və 
Azərbaycan  şirkətlərinin fəaliyyətinin artmasını görməkdən də xüsusilə 
məmnunuq. Biz öz mandatımızı yerinə yetirməkdə davam edirik. 
Mən bir daha birinci xanımı salamlayır və ABŞ-Azərbaycan Ticarət 
Palatasına göstərdiyi dəstəyə görə  həyat yoldaşınıza minnətdarlığımızı 
çatdırmağı xahiş edirik. 
Mən bu axşam sponsorlarımıza da minnətdarlığımı bildirmək istəyirəm. 
Sponsonlar aşağıdakı  şirkətlərdir: AtaHoldinq, Azərbaycan Beynəlxalq Bankı, 
bp, Şevron, Azercell, "J and İ", KonokoFilips, Grand Hotel Europe və CİSCO. 
Bu tədbirin keçirilməsində  əməyi olmuş  hər bir şəxsə minnətdarlığımı 
bildirirəm. 
İndi isə hamınızdan ayağa qalxmağı xahiş edirəm. Mən Azərbaycanın 
birinci xanımının  şərəfınə badə qaldırmaq istəyirəm. Hörmətli xanım, bizimlə 
bir yerdə olduğunuza görə bir daha minnətdarıq. Ölkələrimiz arasında yaxşı 
anlaşmanın və mədəni əlaqələrin, ümumiyyətlə, ikitərəfli münasibətlərin təşviq 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
125 
 
olunmasmında sizə  təşəkkürümüzü bildiririk. Badələrimizi sizin sağlığınıza 
qaldırırıq. 
Bu axşam, mən böyük məmnuniyyətlə  əsas natiqlərdən birini təqdim 
etməkdən məmnunam. Senator Riçard Luqar ABŞ Senatının  ən qocaman 
üzvlərindən biridir. O, ilk dəfə 1976-cı ildə seçilmişdir. Senator Luqar əvvəllər 
Senatın kənd təsərrüfatı komitəsinə  sədrlik etmişdir, son dörd il ərzində isə 
beynəlxalq əlaqələr komitəsinin sədridir. 
1991-ci ildə senator Luqar Senatın digər üzvü Sem Nan ilə keçmiş Sovet 
İttifaqı ölkələrində nüvə başlıqlarının və kütləvi qırğın silahlarının ləğv edilməsi 
ilə bağlı Nan-Luqar proqramını yaratmışdır.  İndiyədək həmin proqram 
çərçivəsində  ən azı 6800 nüvə başlığı  ləğv olunmuşdur. 2005-ci ilin avqust 
ayında senator Luqar senator Obama ilə Azərbaycana səfər etmiş və Nan-Luqar 
proqramını müzakirə etmişlər. Həmin vaxt, o, demokratiya və qanunun aliliyini 
təşviq etmək məqsədi ilə Prezident Əliyevlə görüşmüşdür. ABŞ-ın Azərbaycana 
təyin olunmuş yeni səfiri xanım Ann Dersin təsdiqlənməsi ilə bağlı dinləmələr 
zamanı senator Luqar ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsini 
vurğulamış  və Azərbaycan hökumətinin terrorçuluğa qarşı mübarizəyə 
sadiqliyini alqışlamışdır. O, ölkədə iqtisadi inkişafın təşviq olunmasında zəruri 
hesab edilən etibarlı infrastrukturun, - xüsusən də  kənd təsərrüfatı sahəsində, -
yaradılmasının vacibliyini bildirmişdir. 
Mən  əvvəldə dedim ki, senator Luqar kənd təsərrüfatı komitəsinə  sədrlik 
etmişdir. Zənnimcə, burada əyləşənlərin bir çoxuna məlumdur, senator Luqar 
dörd senatordan biridir ki, "Azadlığın Dəstəklənməsi Aktı"na 907-ci düzəlişin 
qəbul edilməsinə qarşı  çıxmışdır. Bu yaxınlarda senator Luqar altıncı  dəfə 
Senata seçilmişdir. Beləliklə, biz gələn altı il ərzində onun ölkəyə xidmətinin 
davamını görəcəyik. Senator Luqar, buyurun. 
 
ABŞ SENATININ XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİNİN SƏDRİ 
RİÇARD LUQARIN ÇIXIŞI 
 
- Azərbaycanın hörmətli birinci xanımı!  
Hörmətli nümayəndə heyəti və millət vəkilləri!  
ABŞ Konqresinin üzvləri!  
Xanımlar və cənablar! 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
126 
 
Bu gün dostluq, irəliləyiş  və ideallarımızın  əldə olunmasını qeyd etmək, 
eləcə  də Azərbaycan və Birləşmiş  Ştatların vətəndaşlarının yaşadığı böyük 
nailiyyətlərlə dolu həyat haqqında birgə düşünmək məqsədi ilə sözün əsil 
mənasında, çox önəmli bir fürsətdir. 
Mən Azərbaycan vətəndaşlarının qonaqpərvərliyinə, keçmiş Prezidentin və 
hazırkı Prezidentin mənim ünvanıma söylədikləri sözlərə  hər zaman 
minnətdarlıqla yanaşmışam. 1990-cı illərin ortalarında Azərbaycana etdiyim ilk 
səfərlər on il sonra baş verəcək inkişafla bağlı məndə gələcəyə ümid yaratmışdı. 
Lakin bu ümid uzaq görünən perspektivdə idi. Burada Ceyms Beykerin dediyi 
kimi, mən və senator Obama 2005-ci ildə Azərbaycanda "Britiş Petroleum" 
şirkətinin platformasında dayanaraq Bakı buxtasının gözəlliyini seyr etmək 
imkanı  əldə etdik və  səkkiz yüz mil məsafə keçən boru kəməri ilə neftin uzaq 
bazarlara çıxarıldığını gördük. Bu səfər Azərbaycanın nəinki gözəçarpan 
inkişafını müşahidə etmək, həm də ölkəmizin və bütün dünyanın enerji 
təhlükəsizliyi haqqında konstruktiv şəkildə düşünmək imkanını yaratdı. 8 
milyonluq  əhalisi olan və  gələn illər  ərzində daha böyük inkişafa nail olacaq, 
eləcə  də bir çox vətəndaşlarının rifahı naminə böyük işlər görəcək ölkənin 
gələcək taleyi haqqında fıkir mübadiləsi aparmaq bizim üçün önəmli idi. 
Mən bütün bunları ona görə xatırladıram ki, bizim Prezident Əliyevlə 
keçirdiyimiz ilk görüşümüz zamanı o, vacib bəyanatla çıxış etdi. O, bizim 
gələcəkdə neftdən  əldə olunacaq yeni gəlirlərin və  təbii qazın satışından 
qazanılacaq vəsaitlərin hansı  şəkildə istifadə olunacağı ilə bağlı suallarımızı 
cavablandırdı. Prezident Əliyev Norveç modelini misal gətirdi. Azərbaycanın 
zəngin təbii yataqlarından  əldə olunan gəlirlərin düşünülmüş formada, belə bir 
xüsusi məkanda dünyaya göz açacaq nəsillərin gələcəyi üçün sərf edilməsinə 
sadiqlik vurğulandı. Mən bu sözləri çox ciddi qəbul etdim. O, bunları məndən də 
ciddi şəkildə vurğuladı. 2005-ci ilin sentyabr ayında keçirdiyimiz görüş zamanı 
Prezident geniş və böyük planları barədə olduqca düşünülmüş formada danışdı. 
Biz ölkənin səhiyyə xidmətləri, uşaqlara təhsilin təmin edilməsi, infrastrukturun 
qurulması, malların daşınması  və insanların ölkə daxilində  hərəkəti üçün 
yolların çəkilməsi kimi əsas xidmət sahələri haqqında söhbət etdik. Biz 
vətəndaşların ölkənin həyatında iştirakı barədə danışdıq. Təhsil imkanlarını  da 
müzakirə  etdik.  Azərbaycan tələbələrinin Birləşmiş  Ştatlara, 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə