Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
149 
 
imkanının təmin edilməsi ilə bağlı planlarını xüsusi vurğulamaq istəyirəm. 
"Hamı üçün təhsil" dünya konfransı və sonradan keçirilmiş regional görüşlər və 
konfranslar bizi narahat edən bir çox problemlərin tədricən aradan 
qaldırılmasının mümkünlüyünə ən bariz nümunələrdir. 
Nəinki Orta Şərqin, o cümlədən bütün dünyanın ən dinamik şəkildə inkişaf 
edən ölkəsi olan Qətərdə bu cür konfransın keçirilməsi təbiidir. Bu gün Qətər 
iqtisadi tərəqqinin təhsil və elmin inkişafı ilə müşayiət olunmasının  ən gözəl 
modelidir. Qısa müddət ərzində Qətərin təhsil infrastrukturu bütün səviyyələrdə 
inkişaf etmişdir. Onlarca yeni məktəb açılmışdır. 
Dünyada tanınmış  ımiversitetlərin tədqiqat işləri apardığı  və  tələbələrə 
təhsil verdiyi "Təhsil  şəhərçiyi"nin yaradılması olduqca uğurlu və vaxtında 
həyata keçirilmiş layihədir. 
Bütün bu islahatların aparılması nəticəsində indi Qətər ərəb aləminin xüsusi 
elmi və mədəni mərkəzinə çevrilməkdədir. 
Hörmətli dostlar! 
Böyük məmnunluqla demək istəyirəm ki, təhsil problemlərinə  həsr 
olunmuş növbəti regional konfrans 2008-ci ilin yazında Azərbaycanda 
keçiriləcəkdir. 
Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. 
ÜDM-in artımı 2005-ci ildə 26 faiz, 2006-cı ildə isə 34 faiz olmuşdur. Bu il də 
biz həmin səviyyəni müəyyən dərəcədə saxlayacağıq. 
Bir neçə il ərzində biz təhsil sistemimizdə islahatlar aparmışıq. Məqsədimiz 
dünya standartlarına cavab verən və müasir texnologiyalara əsaslanan çağdaş 
təhsil sistemi yaratmaqdan ibarətdir. 
XX  əsrdə Azərbaycan üç dəfə öz əlifbasını  dəyişmək məcburiyyəti 
qarşısında qalmışdır. Buna baxmayaraq, ölkəmizdə savadsızlığın səviyyəsi çox 
aşağıdır. Əhalinin 98 faizi yaza və oxuya bilir. Azərbaycanın Konstitusiyası hər 
bir vətəndaşın icbari 11 illik təhsil almaq hüququna təminat verir. 
Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi ilə bağlı Dövlət 
Proqramı uğurla həyata keçirilmişdir. Bir çox yeni məktəblər tikilir, tam həcmdə 
avadanlıq və kompyuterlərlə təchiz olunur. Bütün məktəblər müasirleşdirilir və 
bərpa olunur. Son 3 il ərzində bütün ölkədə 700-dən çox yeni məktəb binası inşa 
edilmişdir. 
Bütün bunlar neft gəlirlərinin iqtisadiyyatm qeyri-neft sektorunda istifadə 
edilməsi üzrə Dövlət Proqrammın hissələridir və mən hesab edirəm ki, təhsilə 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
150 
 
qoyulan sərmayə gələcəyə və gənc nəsillərimizə xidmət edən sərmayədir. 
Azərbaycanın  ən böyük problemi ərazimizin 20 faizinin on beş ildən 
çoxdur ki, Ermənistan tərəfindən işğal edilməsidir. Bunun nəticəsində 1 milyon 
azərbaycanlı qaçqın və  məcburi köçkün vəziyyətinə düşmüşdür. Onların 
müəyyən hissəsi qaçqın düşərgələrində  məskunlaşıbdır. Biz bu reallığı 
beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışmq. Bu çətinliklərə 
baxmayaraq, hökumət qaçqın və  məcburi köçkünlər üçün yaxşı  təhsilin təmin 
edilməsinə çox çalışır. 
Mən, həmçinin Heydər  Əliyev Fondu haqqında bir neçə söz demək 
istəyirəm. Bu fond 2004-cü ilin may ayında yaradılmışdır və onun məqsədi 
təhsil, mədəniyyət, sağlamlıq, elm və ətraf mühit sahələrində müxtəlif layihələri 
dəstəkləməkdən ibarətdir. 
Yaradıldığı gündən etibarən Heydər  Əliyev Fondu mədəni irsin təşviq 
olunması  və ölkəmizdə  təhsilin inkişafı üçün bir çox işlər görmüşdür. 
"Yeniləşən Azərbaycana yeni məktəb" adlı proqramımız çərçivəsində 200-dən 
çox məktəb binası tikilmiş  və tam təchiz olunmuşdur. Onların bir neçəsi  ən 
ucqar kəndlərdə inşa edilmişdir. Biz uşaq evlərində yaşayan balaların təhsilinə 
xüsusi diqqət yetiririk. Onların yaşadığı binalar müasirləşdirilmiş, kompyuter və 
kitabxanalarla təchiz olunmuşdur. BMT-nin İnkişaf Proqramı ilə  həyata 
keçirdiyimiz birgə layihə  çərçivəsində Bakıda görmə qabiliyyəti zəif olan 
uşaqlar üçün audio kitabxana ilə  təchiz olunmuş xüsusi təhsil mərkəzi 
tikilmişdir. 
Fondumuzun beynəlxalq təşkilatlarla, xüsusən də YUNESKO və İSESKO 
ilə olduqca sıx  əlaqələri var. Bu baxımdan, hesab edirəm ki, YUNESKO-nun 
Təhsil Məsələləri üzrə Regional Mərkəzi Azərbaycanda təsis edilə bilər və bu 
qurumda "Hamı üçün təhsil" proqramı üzrə  işçi qrup görüşlər keçirə  və bu 
sahədəki irəliləyişi müzakirə edə bilər. 
Yekun olaraq, bildirmək istəyirəm ki, Böyük İpək yolunun mərkəzində 
yerləşən Azərbaycan qədim zamanlardan Şərq ilə  Qərb arasında körpü 
olmuşdur. İndi isə biz yenidən, təhsil və mədəniyyət körpüsü rolunu oynamağa 
hazırıq. 
Mən bu cür mühüm tədbirə  və olduqca səmimi qonaqpərvərliyə görə 
konfransın təşkilatçılarına - YUNESKO-ya və  Qətər Elm, Təhsil və  İcmanın 
İnkişafı Fonduna bir daha öz minnətdarlığımı bildirir, Sizə uğurlar və səmərəli iş 
arzulayıram. 
 
*** 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
151 
 
Sonra çıxış edən Suriya Prezidentinin xanımı Əsma  əl-Əsəd vurğuladı ki, 
Qurani-Kərimdə göstərildiyi kimi, hər bir uğur "Oxu" kəlməsi ilə bağlıdır. Livan 
Prezidentinin xanımı Andre Ləhud qloballaşma  şəraitində savadsızlığın aradan 
qaldırılmasına daha çox ehtiyac duyulduğunu bildirdi. 
Konfransda ABŞ Prezidentinin xanımı Lora Buşun videoçıxışı göstərildi, 
YUNESKO-nun Qətərdəld nümayəndəsi, sudanlı yazıçı  Əs-Səid Saleh çıxış 
etdi. 
Daha sonra savadsızlıqdan bəhs edən film nümayiş etdirildi. 
Konfransın birinci gününün axırında Qətərin birinci xanımı Şeyxa Muzanın 
adından iştirakçıların  şərəfinə ziyafət verildi. Azərbaycanın birinci xanımı 
Mehriban Əliyeva ziyafətdə iştirak etdi. 
Martın 13-də öz işini davam etdirən konfransda, əsasən,  ərəb ölkələrinin 
ucqar kənd yerlərində savadsızlığın ləğvi məsələləri müzakirə olundu. Bu yöndə 
hazırlanmış layihələr və  həyata keçirilən proqramlar ətrafında fikir mübadiləsi 
aparıldı. 
Həmin gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və  Qətərin 
birinci xanımı  Şeyxa Muzanın görüşü oldu. Təhsil problemləri barədə söhbət 
gedən görüşdə Mehriban xanım Qətərin birinci xanımını ölkəmizə səfərə dəvət 
etdi. Dəvət məmnunluqla qarşılandı. 
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmin gün Suriya 
Prezidentinin xanımı Əsma əl-Əsəd və Livanın birinci xanımı Andre Ləhud ilə 
görüşlərində  də qarşılıqlı maraq doğuran məsələlər barədə  fıkir mübadiləsi 
edildi. 
Görüşlər zamanı Mehriban Əliyeva İSESKO-nun üzvü olan bütün ölkələrin 
birinci xanımlarının Bakıda forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu 
təşəbbüs razılıqla qarşılandı və qəbul olundu. 
Martın 13-də Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koişiro 
Matsuuranın adından konfrans iştirakçılarının  şərəfinə verilən ziyafətdə  iştirak 
etdi. 
Azərbaycanın birinci xanımı  Qətər  Əmiri xanımının müşayiəti ilə  həmin 
gün Qətər Fondunun Dohadakı "Təhsil  şəhərciyi" ilə  də tanış oldu. Mehriban 
xanıma şəhərcik haqqında ətraflı məlumat verildi, burada təhsil alan uşaqların əl 
işləri və yaradıcılıq nümunələri təqdim edildi. 
Martın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Qətərə 
səfəri başa çatdı. Daha hava limanında Qətərin birinci xanımı  Şeyxa Muza ilə 
söhbət edən Mehriban Əliyeva uğurlu və maraqlı keçən səfərə görə 
minnətdarlığını bildirdi. 
Şeyxa Muza yüksək qonağı böyük hörmət və ehtiramla yola saldı. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə