Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   47   48   49   50   51   52   53   54   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
159 
 
olunur. Gözdən  əlil insanlar artıq bu texnologiyadan evlərinə  də alıb fərdi 
qaydada istifadə etmək arzusundadırlar. Burada onlarla işləməyi öyrədən 
bacarıqlı mütəxəssislər vardır. Fondun köməyi ilə xaricdən mütəxəssislər dəvət 
olunmuş, məşğələlər keçirilmişdir, bizim mütəxəssislər də Almaniyada 
olmuşlar. Respublika Korlar Cəmiyyəti ilə də birgə işlər aparılır. 
Fondun icraçı direktoru Anar Ələkbərov  əlavə etdi ki, layihədə  nəzərdə 
tutulmasa da, Mehriban xanımın təşəbbüsü ilə ötən il bizim nümayəndələr bu 
avadanlığı alıb gətirmək üçün Almaniyanın Frankfurt şəhərində keçirilən 
beynəlxalq sərgidə olarkən alman mütəxəssislər ölkəmizdə belə layihənin həyata 
keçirildiyini eşidəndə təəccüblənmişdilər. Bildirmişdilər ki, belə layihə MDB-də 
birinci olaraq sizin respublikanızda həyata keçirilir, hətta Avropanın bir çox 
qabaqcıl dövlətlərində  də onun reallaşmasına girişməyə  cəsarət etmirlər. BMT 
İnkişaf Proqramının ölkəmizdəki missiyasının rəhbərliyi də yaxın vaxtlarda bu 
məktəbdəki elektron kitabxana ilə tanış olmaq istədiklərini bildirdilər. 
Görmə qabiliyyəti olmayan, yaxud zəif görən hər bir uşağa dəstək vermək, 
onların həyatının çətinliyini azaltmağı fondun prioritet fəaliyyət sahəsi hesab 
etdiyini bildirən Mehriban xanım layihənin birinci mərhələsi çərçivəsində həyata 
keçirilən tədbirləri müsbət dəyərləndirdi, bundan sonra görüləcək işlərə dair 
tövsiyələrini verdi, layihənin perspektivləri barədə fikirlərini açıqladı. 
Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, BMT İnkişaf Proqramının 
da belə bir layihəyə  dəstək verməsi həm ölkəmizdə gedən uğurlu islahatlara 
inamın, həm də fondun indiyədək qarşıya qoyduğu məqsədlərə çatmaq üçün 
iradə nümayiş etdirməsinin nəticəsidir. 
 
AzərTAC 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
160 
 
 
HEYDƏR ƏLİYEV FONDUNDA "MUĞAM" JURNALİNIN İLK 
NÖMRƏSİNİN VƏ "MUĞAM-ANTOLOGİYA" LAYİHƏSİ 
ÇƏRÇİVƏSİNDƏ ÇAP OLUNMUŞ NƏŞRLƏRİN 
TƏQDİMATI KEÇİRİLMİŞDİR 
 
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin 
Dostları Fondunun prezidenti Mehriban Əliyevanın çıxışı 
 
İyulun 2-də Heydər Əliyev Fondunda Azərbaycan Mədəniyyətinin Dostları 
Fondunun təsis etdiyi "Muğam" jurnalının ilk nömrəsinin və "Muğam-
antologiya" layihəsi çərçivəsində çap olunmuş  Səfıyəddin Urməvinin (1217-
1294) "Şərəfıyyə risaləsı" və "Kitabül-ədvar", habelə Fətullah Şirvaninin (1417-
1486) "Musiqi məcəlləsi" əsərlərinin təqdimat mərasimi keçirilmişdir. 
"Muğam" jurnalının baş redaktoru Azərbaycan Mədəniyyətinin Dostları 
Fondunun (AMDF) prezidenti Mehriban xanım  Əliyevadır. AMDF nəzdindəki 
"Muğam mərkəzi"ndə  tərtib edilmiş  və  "Şərq-Qərb" mətbəəsində Azərbaycan, 
ingilis və rus dillərində çap olunmuş jurnalın birinci nömrəsinin oxuculara 
ünvanlanmış ön sözdə Mehriban xanım  Əliyeva nəşrin konsepsiyası haqqında 
məlumat verir. 
Oxucular Heydər  Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin 
Dostları Fondunun muğamla bağlı keçirdiyi müxtəlif tədbirlərdən, YUNESKO-
nun Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması  mərasimindən, 
ümummilli liderimiz Heydər  Əliyevin görkəmli musiqiçilərlə görüşündə 
çəkılmiş fotoşəkillərin də verildiyi jurnalda Cəmilə  Həsənovanm görkəmli 
bəstəkar Fikrət Əmirovun simfonik muğamları haqqında məqaləsi, Azərbaycan 
Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, xalq artisti, professor Firəngiz Əlizadə, 
qədim xalq çalğı alətləri ansamblmın bədii rəhbəri Məcnun Kərimovla 
müsahibələrlə, xalq artisti Alim Qasımov, zəmanəmizin görkəmli violonçel 
ustalarından biri Yo-Yo-Ma haqqında məqalələrlə tanış ola biləcəklər. Bundan 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
161 
 
əlavə, klassik muğamların məzmunu və strukturuna da ayrıca məqalənin yer 
aldığı jurnalın "Tarixin səhifələri" bölməsində müxtəlif illərə  təsadüf edən və 
muğamla bağlı olan hadisələr haqqında xülasə verilir, "Qədim dövrlərdən xəbər 
verən musiqi" məqaləsində Şərq vokal məktəbindən bəhs olunur. Jurnalda milli 
musiqi alətlərimiz tar və qaval, xalq şairi Bəxtiyar Vahabzadənin "Muğam" 
poemasından parçalar da verilmişdir. 
Səfiyəddin Urməvinin "Kitabül-ədvar" və  "Şərəfiyyə risaləsi", Fətullah 
Şirvaninin "Musiqi məcəlləsi" kitabları haqqında da qısa xülasələrin verildiyi 
jurnalın ilk nömrəsinin son səhifələrində "Biz muğam haqqında nə bilirik və 
onım gələcəyi varmı?"- sorğusuna müxtəlif peşə sahiblərinin cavabları da dərc 
olunmuşdur. 
Nəşrin baş redaktoru Mehriban xanım Əliyeva mərasimdə çıxış etmişdir. 
- Hörmətli xanımlar və cənablar! 
Əziz qonaqlar! 
Mən sizi Heydər  Əliyev Fondunda salamlayıram, sizi bu gün burada 
görməyə çox şadam. İlk növbədə, mən bizim hamımızı Azərbaycanın iki böyük 
qələbəsi münasibətilə təbrik etmək istərdim. 
Bildiyiniz kimi, bədii gimnastika üzrə 23-cü Avropa çempionatı 
paytaxtımızda çox uğurla keçmişdir və bizim idmançılarımız bu yarışlarda çox 
yüksək nailiyyətlər  əldə ediblər. Yığma komandamız bürünc medal qazanıb, 
gimnastımız Aliyə Qarayeva isə qızıl medala layiq görülərək, Avropa çempionu 
olmuşdur. 
Əlbəttə bu, Azərbaycan idmanının çox böyük qələbəsidir. Bu gün bizim 
ölkəmiz bədii gimnastika üzrə dünyanın beş aparıcı dövləti arasındadır və bu 
münasibətlə mən sizi ürəkdən təbrik edirəm. 
Eyni zamanda, Azərbaycanın mədəni həyatında da çox əlamətdar bir hadisə 
baş veribdir. Bildiyiniz kimi, Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-
nun Dünya Mədəni  İrs siyahısına salınmışdır. Bu qərar YUNESKO-nun 
ümumdünya  İrs Komissiyasının Yeni Zelandiyada keçirilən 31-ci sessiyasında 
qəbul olunub və hesab edirəm ki, bu da bizim çox böyük qələbəmizdir. Çünki 
bu, o deməkdir ki, Qobustan təkcə Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə