Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə52/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   47   48   49   50   51   52   53   54   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
162 
 
çox əhəmiyyətli, çox dəyərli tarixi və mədəni abidədir. Çox namizədlər arasında 
məhz bizim tarixi abidəmiz seçilib və bu münasibətlə də mən sizi ürəkdən təbrik 
edirəm. 
Əziz qonaqlar! 
Bu gün biz "Muğam" jurnalını sizin diqqətinizə təqdim edirik. Bu muğamın 
çoxəsrlik tarixində bütövlükdə muğama həsr olunmuş ilk jurnaldır və əlbəttə ki, 
bütün muğamsevərlər üçün böyük bir hədiyyədir. Jurnal 3 dildə - Azərbaycan, 
ingilis və rus dillərində çap olunubdur. Bu da jurnalın yayılma dairəsini xeyli 
genişləndirib və  mən  əminəm ki, o, təkcə ölkəmizdə yox, dünyanın bir neçə 
ölkəsində öz oxucusunu tapa biləcəkdir. 
Bildiyiniz kimi, Heydər  Əliyev Fondu muğama dəstək olan bir sıra 
layihələr həyata keçirir. Bunlar "Muğam-İrs", "Muğam dünyası", "Muğam 
ensiklopediyası", "Muğam-internet", "Muğam-dəstgah", "Muğam-antologiya" 
layihələridir. Bütün bu layihələr barəsində  ətraflı  məlumatı siz bu jurnalın 
səhifələrində tapa biləcəksiniz. 
Son illər ölkəmizdə muğama çox böyük maraq, çox böyük dəstək var. Çox 
sevindirici haldır ki, bizim gənclərimiz də muğam sənətini  əsrlərin sınağından 
keçmiş bir sərvət kimi dəyərləndirirlər. Biz gərək bu sərvəti həm qoruyaq, həm 
də gələcək nəsillərə çatdıraq. Bizim bu jurnal məhz bunun üçün təsis olunub və 
buna xidmət edəcəkdir. 
Eyni zamanda, bu gün sizin diqqətinizə üç yeni kitab təqdim olunur. 
Bunların nəşri Heydər Əliyev Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyası 
Əlyazmalar  İnstitutunun birgə  fəaliyyətinin nəticəsidir. Bu nəşrlər həm kitab, 
həm də disk şəklində hazırlanıb və muğamın tədqiqi ilə  məşğul olan 
musiqişünaslar üçün böyük bir töhfədir. Əlyazmalar İnstitutu ilə əməkdaşlığımız 
davam edir və mən inanıram ki, yaxm gələcəkdə yeni-yeni nəşrlər hazırlanacaq 
və oxuculara çatdırılacaqdır. 
Bu gün mən böyük sevinc hissi ilə demək istərdim ki, paytaxtımızda 
Beynəlxalq Muğam Mərkəzinin tikintisi davam edir. Siz yəqin ki, yaxşı 
xatırlayırsınız, biz bu layihəni birgə müzakirə edirdik. Memarlıq baxımından 
birgə layihə seçmişdik. Çox gözəl binadır, həm müasirdir, həm gözəldir, həm də 
bizim  ənənələrimizə uyğundur. Muğam Mərkəzi 2008-ci ilin əvvəllərində 
istifadəyə veriləcəkdir. Mən əminəm ki, bu mərkəz həm sənət evinə, həm 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
163 
 
muğam məktəbinə, həm muğam muzeyinə, həm də ki, bizim musiqimizə  həsr 
olunmuş bir abidəyə çevriləcəkdir. 
Bu gün buraya toplaşan bütün insanların taleyində muğam xüsusi bir yer 
tutur. Çoxlarınız muğam sənətinə, demək olar ki, bütün ömrünüzü həsr edirsiniz. 
Mən sizi belə bir jurnalın işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edirəm. 
İnanıram ki, bizim yeni jurnal həm muğama aid tədqiqatlara yeni təkan verəcək
həm də muğamı populyarlaşdıracaqdır. Bizimlə bu jurnalın hazırlanmasında və 
muğama həsr olunmuş digər layihələrdə  əməkdaşlıq edən, bizə  dəstək verən 
bütün insanlara dərin minnətdarlığımı bildirirəm. Mən sizə möhkəm cansağlığı, 
uğurlar və xoşbəxtlik arzulayıram. 
Çox sağ olun. 
 
*** 
 
Sənətşünaslıq doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının 
müxbir üzvü Zemfira SƏFƏROVA yeni jurnalı  və  nəşrləri Azərbaycan 
ictimaiyyəti üçün önəmli və  əlamətdar hadisə kimi səciyyələndirmişdir. O 
demişdir ki, xalqımızın musiqi irsinin ən qiymətli incisi olan muğama həsr 
edilmiş və orta əsrlərdə yazılmış üç risalənin və "Muğam" jurnalının təqdimatı 
musiqiçilər üçün böyük töhfədir. Bir xalqın musiqi mədəniyyətindən, musiqi 
irsindən yalnız o vaxt danışmaq olar ki, o xalq öz dəyərlərini qiymətləndirə və 
yaşada bilsin. Bu baxımdan qloballaşma dövründə musiqi dəyərlərimizin 
qorunması, gələcək nəsillərə çatdırılması çox vacibdir. 
Z.Səfərova vurğulamışdır ki, Azərbaycan muğamı hazırda özünün dirçəliş 
dövrünü yaşayır. Böyük muğam layihələri həyata keçirilir. Bu layihələr 
çərçivəsində bu gün təqdim olunan üç risalə orta əsr musiqi mədəniyyətimizin 
güzgüsüdür. Sənətşünas risalələr haqqında ətraflı məlumat vermiş, onların nəşri 
sahəsində böyük xidməti olan Mehriban xanım Əliyevaya təşəkkür etmişdir. 
Muğam ifaçısı, xalq artisti Alim QASIMOV jurnalın nəşri münasibətilə 
musiqisevərləri təbrik etmiş, muğamın Azərbaycanda, habelə dünyada təbliği 
baxımından nəşrin əhəmiyyətini vurğulamışdır. Başda Mehriban xanım olmaqla, 
jurnalın  ərsəyə  gəlməsində  zəhməti olan hər kəsə muğamsevərlər adından 
təşəkkür edən xanəndə qısa muğam parçası ifa etmişdir. 
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş 
KƏRİMİ demişdir ki, jurnalın və kitabların nəşri milli musiqimizin təbliğində, 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
164 
 
o cümlədən gənclərə dəqiq çatdırılmasında çox mühüm təşəbbüsdür. Mehriban 
xanımın muğamın tədqiqinin muğam ifaçılığından çox-çox geridə qalması 
fikrini xatırladan S.Kərimi Azərbaycan musiqişünaslarının xarici ölkələrin arxiv 
və muzeylərində saxlanılan  əsərlərinin tapılıb öyrənilməsinin vacibliyini 
vurğulamışdır. 
AMEA-nın Məhəmməd Füzuli adına  Əlyazmalar  İnstitutunun 
direktoru, filologiya elmləri doktoru Məmməd ADİLOV "Muğam-
antoiogiya" layihəsi çərçivəsində buraxılmış  əsərlərin Azərbaycan musiqi 
elminin tədqiqinə böyük töhfə verdiyini bildirmişdir. 
Jurnalın  ərsəyə  gəlməsindən çox sevindiyini söyləyən xalq artisti, 
professor Arif BABAYEV demişdir ki, hazırda Azərbaycanda muğam çox 
sürətlə inkişaf edir, yayılır. Bu işdə Mehriban xanımın əməyi böyükdür. 
A.Babayev "Qızıl ürək" beynəlxalq mükafatı alması münasibətilə Mehriban 
xanımı bir daha təbrik etmişdir. 
Azərbaycan Bəstəkarlar  İttifaqı  İdarə Heyətinin sədri, xalq artisti 
Firəngiz  ƏLİZADƏ muğamın təbliğinin ümumbəşəri  əhəmiyyətinə 
toxunmuşdur. O, Mehriban xanımın muğamın təbliğindəki xüsusi xidmətlərini 
vurğulamış, muğam ifaçılarına göstərilən diqqəti yüksək qiymətləndirmişdir. 
F.Əlizadə "Muğam" jurnalının nəşrə başlamasını muğamın təbliği işində yeni 
mərhələ kimi səciyyələndirmişdir. 
 
AzərTAC 
 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə