Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə47/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
145 
 
YUNESKO-nun və  İSESKO-nun xoşməramlı  səfiri adı verilmişdir. Heydər 
Əliyev Fondu YUNESKO ilə birlikdə Azərbaycanda təhsilin inkişafı ilə bağlı 
müxtəlif layihələr həyata keçirmişdir. Məhz Mehriban xanımın təşəbbüsü ilə 
mədəniyyət və incəsənətimizin bəzi nümunələri YUNESKO-nun mədəni və 
qeyri-maddi irs siyahılarına daxil edilmişdir. M.Əliyeva mədəniyyətlər və 
dinlərarası dialoqa da öz töhfəsini vermişdir. 
Ziyafətdə ölkəmizin  əsrarəngiz təbiətini, tarixi abidələrini, görməli 
yerlərini, dənizdəki neft mədənlərini  əks etdirən sənədli fılm göstərilmiş
incəsənət ustalarımızın ifasında Azərbaycan və dünya bəstəkarlarının musiqisi 
səslənmişdir. 
 
LİTVA PREZİDENTİ VALDAS ADAMKUS İLƏ GÖRÜŞ 
 
Aprelin 3-də, YUNESKO-nun illik hesabat yığıncağından sonra Heydər 
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESCO-nun xoşməramlı 
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva xoşməramlı  səfir, Litvanın 
prezidenti Valdas Adamkusla görüşmüşdür. Söhbət zamanı Mehriban xanım 
Əliyeva son illər  ərzində Azərbaycanda mədəniyyət sahəsində görülmüş 
işlərdən, Heydər Əliyev Fondunun bu yöndə fəaliyyətindən danışmışdır. 
Azərbaycana etdiyi səfərini xatırladan Valdas Adamkus onun salamlarını 
Prezident  İlham  Əliyevə çatdırmağı xahiş etmiş, bu səfərdən yüksək təəssürat 
aldığını xüsusi vurğulamışdır. ölkələrimiz arasında mədəni  əlaqələrin inkişaf 
etdirilməsinin zəruriliyini bildirən dövlət başçısı Prezident İlham  Əliyevi və 
Mehriban xanımı Litvaya səfərə dəvət etmişdir. 
Mehriban xanım  Əliyeva bu dəvəti Azərbaycan Prezidentinin diqqətinə 
çatdıracağını bildirmişdir. 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO 
VƏ İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLƏT 
VƏKİLİ MEHRİBAN ƏLİYEVA 
DÜNYA SƏHİYYƏ TƏŞKİLATININ BAŞ DİREKTORU 
MARQARET ÇANLA GÖRÜŞMÜŞDÜR 
 
Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağında iştirak 
etmək üçün Cenevrədə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
146 
 
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 17-də Dünya Səhiyyə 
Təşkilatının baş direktoru xanım Marqaret Çanla görüşmüşdür. 
Görüş zamanı Mehriban xanım  Əliyeva Dünya Səhiyyə  Təşkilatı ilə 
Azərbaycan arasında  əməkdaşlığı yüksək qiymətləndirmiş, bir çox layihələrin 
həyata keçirilməsində DST-nin köməyini xüsusi vurğulamış, quş qripi ilə 
mübarizədə  və digər proqramların həyata keçirilməsində  sıx  əməkdaşlıq 
yarandığını bildirmişdir. 
Azərbaycana səfərini xatırlayan Marqaret Çan ölkəmizdə səhiyyə sahəsində 
görülən işləri yüksək qiymətləndirmiş, bundan sonra da Dünya Səhiyyə Təşkilatı 
ilə Azərbaycan arasında  əməkdaşlığın davam edəcəyini söyləmişdir. Baş 
direktor Mehriban xanım  Əliyevanın təhsil və  mədəniyyət sahələri ilə yanaşı 
səhiyyə sahəsində də xidmətlərini yüksək qiymətləndirmişdir. 
Mehriban  Əliyeva DST-nin baş direktoru Marqaret Çanı ölkəmizə  səfərə 
dəvət etmişdir. Dəvət məmnunluqla qəbul olunmuşdur. 
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev görüşdə iştirak etmişdir. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
147 
 
 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN 
VƏ İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ,  
MİLLİ MƏCLİSİN DEPUTATI 
MEHRİBAN ƏLİYEVANİN QƏTƏRƏ SƏFƏRİ 
 
Azərbaycanın birinci xanımı, Heydər  Əliyev Fondunun prezidenti, 
YUNESKO-nun və  İSESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin deputatı 
Mehriban  Əliyeva YUNESKO-nun və  Qətər Elm, Təhsil və  İcmanm  İnkişafı 
Fondunun təşkil etdikləri "Ərəb dövlətlərində savadlılıq: tərəfdaşlığın qurulması 
və yeni yanaşmaların təşviqi" mövzusunda regional konfransda iştirak etmək 
üçün Qətərin birinci xanımı, YUNESKO-nun ibtidai və ali təhsil üzrə xüsusi 
elçisı Şeyxa Muza Bint Nasir əl-Missnedin dəvəti ilə martm 12-13-də bu ölkədə 
scfərdə olmuşdur. 
Martm 12-də  işə başlayan konfransın açılışında Qətər Dövlətinin  əmiri 
Şeyx Həməd bin Xəlifə Al Tani də iştirak edirdi. 
Qətər Fondununun təhsil üzrə vitse-prezidenti doktor Abdulla Əli Al Tani 
konfransı açaraq, bu regional tədbirin ölkəsində keçirilməsindən məmnunluğunu 
söylədi. Beynəlxalq aləmdə elm və təhsilə himayəçilik sahəsində kifayət qədər 
nüfuza malik şəxslərin iştirakının bu konfransın böyük əhəmiyyətindən xəbər 
verdiyini bildirdi. 
Qətərin birinci xanımı  Şeyxa Muza dəvəti qəbul edərək, Dohaya gəlmiş 
bütün qonaqlara təşəkkür etdi və dedi ki, bu konfrans savadsızlıq probleminin 
həlli yollarının birgə araşdırmaq, habelə təcrübə mübadiləsi aparmaq üçün gözəl 
fürsət olacaqdır. Təhsil sahəsində uğurlar qazanmış ölkələrin nümayəndələrinin 
bu mühüm məsələyə öz töhfələrini verəcəklərinə  əminəm və buna görə  də 
onların hər birinə əvvəlcədən minnətdarlığımı bildirirəm. 
Sonra Oman Sultanlığının YUNESKO-dakı daimi nümayəndəsi Musa bin 
Cəfər bin HƏSƏN YUNESKO-nun baş direktoru Koişiro Matsuura çıxış etdilər. 
Konfransın aparıcısı ABDULLA ƏLİ AL TANİ Azərbaycanın birinci 
xanımı Mehriban Əliyevam iştirakçılara təqdim edərək dedi: 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
148 
 
- Bizim üçün həm də çox sevindirici haldır ki, bugünkü görüşümüzdə 
region ölkələrinin birinci xammları  iştirak edirlər. Bu xanımların hər biri 
savadsızlığın aradan  qaldmlmasına  öz  töhfəsini  verir.  İndi  məmnuniyyətlə  
sizə  Azərbaycan Respublikası Prezidentinin xanımı, Azərbaycan parlamentinin 
deputatı, YUNESKO-nun və  İSESKO-nun xoşməramlı  səfiri Mehriban xanım 
Əliyevanı təqdim edirəm. 
Mehriban xanım  Əliyeva ixtisasca göz həkimidir. O, ana, uşaq və ailənin 
himayə olunması      sahəsindəki   xidmətlərinə      görə   BMT-nin   yüksək   
mükafatına   layiq görülmüşdür. BMT-nin savadsızlığın aradan qaldırılması 
problemlərinə həsr olunmuş növbəti konfransına Azərbaycan dövləti ev sahibliyi 
edəcəkdir. Ona görə  də  mənə çox xoşdur ki, Mehriban xanım konfransm 
estafetini Dohadan Bakıya aparacaqdır. 
Buyurun, xanım, söz sizindir. 
 
AZƏRBAYCANIN BİRİNCİ XANIMI 
MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI 
 
- Ülyahəzrətləri! 
Zati-aliləri! 
Xanımlar və cənablar! 
İlk növbədə, mən Dohada regional konfransın təşkil edilməsində birgə 
təşəbbüslərinə görə  Qətərin birinci xanımı, Ülyahəzrət  Şeyxa Muzanı  və 
YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuranı  təbrik edir, bu cür 
vacib forumda iştirak etmək üçün dəvətə görə minnətdarlığımı bildirirəm. 
Bu konfrans təhsil məsələlərinə  həsr olunmuşdur. Amma, əlbəttə ki, o bu 
gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərlə birbaşa bağlıdır. 
Təhsil almaq imkanı və savadlılıq səviyyəsi baxımından xalqlar və ölkələr 
arasında mövcud olan böyük qeyri-tarazlıq cari həssas problemlərin  əsas 
səbəbidir.  İqtisadi artım təhsil, elm və  mədəniyyətin inkişafı ilə müşayiət 
olunduğu, eləcə  də əhalinin tərəqqinin  ən son nailiyyətlərindən istifadə imkanı 
təmin edildiyi ölkələrlə yanaşı, biz elə ölkələri də görürük ki, orada insanlar 
ibtidai təhsil ala bilmirlər. 
Statistika göstərir ki, 100 milyon oğlan və qız məktəbə getmək imkanından 
məhrumdur, dünyada yaşlı əhalinin təqribən 800 milyonu oxuya və yaza bilmir. 
Bu baxımdan, mən YUNESKO-nun qlobal savadlılığın dəstəklənməsinə 
yönəlmiş  fəaliyyətini, o cümlədən bu təşkilatın bütün ölkələr və xalqlar üçün 
açıq və bərabər təhsil almaq 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə