Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
133 
 
qaçqın və  məcburi köçkün var və onların müəyyən hissəsi hələ  də çadır 
düşərgələrində yaşayır. Biz bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə 
çatdırmaqda səylərimizi davam etdiririk. 
Heydər  Əliyev Fondu özünün beynəlxalq fəaliyyətini genişləndirir. Son 
illər ərzində biz YUNESKO, Vaşinqton Elmlər Akademiyası, Latın Mədəniyyəti 
Akademiyası ilə birgə bir neçə beynəlxalq konfranslar təşkil etmişik. Bir çox 
ölkələrin, o cümlədən Birləşmiş  Ştatların tanınmış alimləri həmin tədbirlərdə 
iştirak etmişlər. Bizim çox faydalı müzakirələrimiz oldu. Ümid edirəm ki, biz 
birgə layihələri davam etdirəcəyik. Bir sözlə, fondumuz beynəlxalq təşkilatlar və 
fondlar ilə əməkdaşlıq etmək arzusundadır və buna hazırdır. 
Hörmətli dostlar, Azərbaycan olduqca zəngin mədəni irsə  və  ənənələrə 
malik olan qədim diyardır. Uzun əsrlər boyu ölkəmiz Qərblə  Şərq arasında 
körpü olmuşdur. Biz öz müxtəlifliyimizdən fərəhlənirik. Bu gün bizim çoxmilli 
və çoxdinli cəmiyyətimiz var və burada müsəlmanlar, xristianlar, yəhudilər və 
digər dinlərin nümayəndələri yan-yana, anlaşma  şəraitində bir ailədəki kimi 
yaşayırlar. Biz dözümlülük, ləyaqət, digər mədəniyyətlərə hörmət, ailəyə 
sadiqlik, uşaq və yaşlılara qayğı kimi dəyərlərimizi vacib hesab edirik. Bütün bu 
dəyərlər həmçinin Amerikanın da dəyərləridir. Ona görə  də hesab edirəm ki, 
Birləşmiş  Ştatlar ilə Azərbaycan arasında daha sıx  əməkdaşlıq bizim ümumi 
uğurumuz üçün olduqca vacibdir. Dialoq vasitəsilə biz bir çox işlər görə və bir-
birimizi daha yaxşı başa düşə bilərik və  nəhayət, uzun müddətli  əlaqələrimizi 
qura bilərik. 
Sonda, mən göstərilmiş qonaqpərvərliyə  və sizinlə görüşmək imkanının 
yaradılmasına görə ABŞ-Azərbaycan Ticarət Palatasına bir daha öz 
minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sizin hamınız, Azərbaycanın 
dostları Azərbaycan ilə Amerika Birləşmiş  Ştatları arasında münasibətlərin 
möhkəmləndirilməsində  səylərinizi davam etdirəcəksiniz. Bir daha sağ olun. 
Mən sizə və ailələrinizə ən xoş arzularımızı çatdırıram. 
Diqqətinizə görə minnətdaram. 
(Azərbaycanın birinci xanımının çıxışı diqqətlə dinlənildi və alqışlarla 
qarşılandı). 
 
* * * 
Ceyms BEYKER: Xanım Əliyeva, sağ olun. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
134 
 
İndi isə, mən məmnuniyyətlə birinci xanıma Palatanın "2006-cı ilin 
Xoşməramlı  səfiri" mükafatını  təqdim etmək istəyirəm. Biz bu mükafatı dövri 
olaraq veririk və ötən dəfə bu mükafat artıq təqdim edilmişdir. Mükafatın 
verilməsi Birləşmiş  Ştatlar ilə Azərbaycan arasında xoş  məramın təşviq 
olunmasına dəlalət edir. Təbii ki, birinci xanım mədəniyyət, təhsil, xeyriyyəçilik 
sahəsində  işlərinə görə bu mükafatla təltif olunur. Mən digər həmsədrlə birgə 
"Xoşməramlı  səfir" mükafatını xanım Əliyevaya məmnnuiyyətlə təqdim etmək 
istəyirəm. 
Mehriban  ƏLİYEVA: Bu cür yüksək mükafata görə minnətdaram. Mən 
Azərbaycanın zəngin mədəni irsi haqqında danışdım. Bu gün axşam bizim gənc 
və istedadlı azərbaycanlıların səhnədə çıxışlarını dinləmək imkanımız olacaqdır. 
Əminəm ki, siz bundan həzz alacaqsınız. Sağ olun. 
 
ABŞ KONQRESİNİN ÜZVLƏRİ AZƏRBAYCANIN 
BİRİNCİ XANIMI İLƏ GÖRÜŞLƏRİNƏ DAİR 
BƏYANAT VERMİŞLƏR 
 
ABŞ Konqresinin üzvləri Nümayəndələr Palatasında bəyanatla çıxış edərək 
Vaşinqtona işgüzar səfər edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə 
işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondununun prezidenti, YUNESKO-nun 
xoşməramlı səfiri Mehriban xanım Əliyevanı salamlamışlar. 
Konqresdə Azərbaycanla iş üzrə qrupun yeni həmsədri, Pensilvaniya 
ştatının təmsilçisi Bill Şuster öz adından və qrupun digər həmsədri, Texas 
ştatından konqresmen Solomon Ortis adından çıxış edərək Azərbaycanın birinci 
xanımına və onu müşayiət edən Milli Məclisin bir qrup üzvünə  səfərə görə 
təşəkkürünü bildirmişdir. Konqresmen Şuster ABŞ-ın mühüm strateji 
tərəfdaşlarından olan Azərbaycan Respublikasının parlament üzvlərini iki 
ölkənin qanunverici orqanı arasında işçi qrupunun fəaiiyyətini və əlaqələndirmə 
səylərini dəstəkləməyə çağırmışdır. 
Azərbaycan-ABŞ parlamentlərarası  əlaqələr üzrə  işçi qrupunun rəhbəri 
Mehriban  Əliyeva ilə Vaşinqtonda görüş keçirən digər Konqres üzvü Şeli 
Sekula Gibbs də Nümayəndələr Palatasında çıxış edərək Azərbaycanın birinci 
xanımını  və onu müşayiət edən Milli Məclis üzvlərini salamlamışdır. Xanım 
Gibbs vurğulamışdır   ki,   Nümayəndələr   Palatası   ABŞ-ia   Azərbaycanın   
strateji 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
135 
 
tərəfdaşlığını, qlobal terrorla mübarizədə birgə səyləri, Azərbaycanın Qərb üçün 
etibarlı enerji mənbəyi kimi mühüm rolunu tanıyır. O, əlavə etmişdir ki, iqtisadi 
artımı enerji layihələri sayəsində bu il 30 faizə çatacaq Azərbaycan sürətlə 
müasirləşir. Ölkə bu iqtisadi artımdan gələcəyinə sərmayə qoymaq üçün istifadə 
edir. Xanım Gibbs Azərbaycanı inkişafda olan demokratiya adlandıraraq ölkədə 
sosial, siyasi və iqtisadi imkanları genişləndirmək istiqamətində  iş aparıldığını 
demişdir. Onım sözlərinə görə, Azərbaycanın bu sahələrdəki təşəbbüsləri digər 
Qafqaz və Mərkəzi Asiya dövlətlərinə nümunə ola bilər. Konqres üzvü həmçinin 
Qafqazın  ən böyük qeyri-hökumət təşkilatı olan Heydər  Əliyev Fondunun 
Mehriban  Əliyevanın rəhbərliyi altında təhsil, səhiyyə, beynəlxalq  əlaqələr, 
mədəniyyət və digər humanitar sahələrdə  həyata keçirdiyi proqramları 
həmkarlarının diqqətinə çatdırmışdır.  İxtisasca həkim olan Şeli Sekula Gibbs 
vurğulamışdır ki, doktor Mehriban Əliyevanın həkimlik biliklərini xeyriyyə 
işlərində istifadə etməsi xüsusilə təqdirəlayiqdir. 
Çıxışının sonunda o, "həmkar həkim, parlament üzvü, həyat yoldaşı  və 
ana" olan Azərbaycanın birinci xanımını bir daha Vaşinqtonda salamlayaraq 
Azərbaycanda həyata keçirilən səhiyyə proqramlarını və qadınların cəmiyyətdə 
rolunu artıran təşəbbüsləri alqışlamışdır. 
 
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ XANIMI 
MEHRİBAN ƏLİYEVANIN ABŞ-A İŞGÜZAR 
SƏFƏRİ BAŞA ÇATMIŞDIR 
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ-a işgüzar səfəri 
çərçivəsində dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə 
müavini Karen Hyuz ilə görüşmüşdür. 
Mehriban xanım rəhbərlik etdiyi Heydər  Əliyev Fondu tərəfindən 
humanitar sahədə həyata keçirilən layihələr barədə danışdı, neftdən əldə edilən 
gəlirlər hesabına ölkəmizdə  təhsil, səhiyyə  və  mədəniyyət sahələrinin inkişaf 
etdirildiyini vurğuladı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsindən söhbət açaraq münaqişə  nəticəsində valideynlərindən məhrum 
olmuş  uşaqlara qayğı göstərilməsinin Heydər  Əliyev Fondunun daim diqqət 
mərkəzində olduğunu qeyd etdi. 
Karen Hyuz   Heydər   Əliyev   Fondu   tərəfindən   görülən   işləri   yüksək 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə