Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
121 
 
fəaliyyətinin prioritet istiqaməti müəyyən etmişdir. "Yeniləşən Azərbaycana 
yeni məktəb" proqramı ölkəmizdə böyük rəğbətlə qarşılanır. Heydər  Əliyev 
Fondunun təşəbbüsü ilə 2005-ci ildə ölkəmizdə 132, 2006-cı ildə 60 yeni 
məktəb inşa olunub, təzə,  ən müasir avadanlıqla təmin edilərək istifadəyə 
verilmişdir.  İndi  ən ucqar kəndlərimizdə  də bizim uşaqlarımız təmiz, yeni, 
müasir, işıqlı məktəblərdə təhsil alır. 
Əzizbəyov rayonunda da bir çox məktəblər tikilir. Uşaq bağçaları  və 
internat evlərində əsaslı təmir işləri aparılır. Yollar abadlaşır, su xətləri çəkilir. 
Məndən  əvvəl çıxış edən  əməkdaşımız görülmüş  işlər barədə geniş  məlumat 
verdi. Mən yalnız sizin diqqətinizə bəzi rəqəmləri çatdırmaq istəyirəm. 
Təhsil müəssisələri: 820 yerlik 5 internat məktəbinin yenidən qurulması, 
150 yerlik yay düşərgəsinin inşası, 6138 şagird yerlik 8 ümumtəhsil məktəbinin, 
230 yerlik 3 uşaq bağçasmm yenidən qurulması, təlim-tədris mərkəzinin 
yaradılması; 
Səhiyyə müəssisələri: müasir avadanlıqla təchiz edilmiş 25 çarpayılıq 
xəstəxananın, poliklinikanın, təcili yardım stansiyasının və aptekin yenidən 
qurulması; 
Mədəniyyət müəssisələri və dini abidələr: 860 yerlik 2 mədəniyyət evinin 
yenidən qurulması, bir kitabxananın inşa edilməsi, bir abidənin və barelyefin, 3 
məscidin və ziyarətgahın yenidən qurulması; 
İnfrastruktur: 3 qəsəbənin giriş qapısının inşası, 3 qəsəbəyə 45 kilometr 
uzunluğunda su xəttinin çəkilməsi, 63 kilometr uzunluğunda qəsəbələrarası  və 
qəsəbədaxili avtomobil yollarının yenidən qurulması, 27 avtobus dayanacağının, 
110 kilovoltluq yardımçı stansiyanın istifadəyə verilməsi, 512 işıq dirəyinin 
quraşdırılması, 2 qəsəbə parkının yenidən qurulması. 
Bunları xatırlatmaqda məqsədim odur ki, bir il ərzində biz qarşımıza 
qoyduğumuz çox məqsədlərə nail olmuşuq, bu işlərin konkret nəticələrini 
görürük. 
Siz bilirsiniz ki, Əzibəyov rayonunun ağsaqqallarının təşəbbüsü ilə 
"Əzizbəyov rayonunun inkişafı fondu" yaradılıb və artıq fəaliyyət göstərir. Mən 
çox şadam ki, bu fondun gündəlik işində də qəsəbələrin sakinləri çox fəal iştirak 
edirlər. Fond yaradıldığı ilk gündən Heydər  Əliyev Fondu ilə  sıx  əməkdaşlıq 
edir. Bizim nümayəndələrimiz qəsəbə sakinləri ilə mütəmadi görüşlər keçirirlər. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
122 
 
Bir məsələni xüsusi vurğulamaq istərdim. Mənim mövqeyim ondan ibarətdir ki, 
irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat 
edən problemlərin araşdırılması çox vacibdir, bunların həlli üçün yollar tapmaq 
lazımdır. Ehtiyacı olan insanlara yardım göstərmək lazımdır. Mən həmişə 
çalışıram işimizi elə quraq ki, bu problemləri də daim çözə bilək. 
Əziz dostlar, əlbəttə, bu gün rayonumuzda hələ  həllini tapmayan 
problemlər də mövcuddur. Biz hamımız istəyirik ki, rayonumuzda bütün uşaq 
bağçaları, məktəblər  ən yüksək standartlara cavab versin. Yeni müalicə-
diaqnostika mərkəzləri, idman sarayları tikilsin, yeni iş yerləri açılsm, qaz 
problemi tamamilə həllini tapsm, təkcə mərkəzi yollar yox, qəsəbədaxili yollar 
da abadlaşsm. 
Məncə, bunların hamısına nail olmaq üçün, əsas iki amil lazımdır. 
Birincisi, siyasi sabitlik, ikincisi də iqtisadi inkişaf. Bu gün bizim ölkəmizdə 
bunların ikisi də var. Siz bilirsiniz ki, Azərbaycan regionda aparıcı dövlətdir. 
İqtisadi inkişafın göstəricilərinə baxsaq görərik ki, biz dünyada lider ölkəyik. 
Azərbaycanın hər bir rayonunda, hər bir regionunda inkişaf gedir, islahatlar 
aparılır, yeni məktəblər, xəstəxanalar açılır, yeni zavodlar, fabriklər tikilir, yeni 
iş yerləri açılır, respublikamızın  ən ucqar kəndlərinə yollar çəkilir. Mən 
inanıram ki, möhkəm iradə olanda, qarşıya qoyduğumuz hər bir məqsədə nail 
ola biləcəyik. 
Əziz dostlar, mənim fəaliyyətim haqqında dediyiniz ürək sözlərinə görə 
sizə çox böyük, dərin minnətdarlığımı bildirirəm. Biz formalaşmış, möhkəm 
güclü bir komandayıq, ona görə hər bir arzumuzu həyata keçirəcəyik. 
Cənab Prezidentin mənə bir tapşırığı var, onu sizə çatdırmaq istəyirəm. 
Cənab Prezident sizin hamınıza möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və 
işlərinizdə uğurlar arzulayır. Mən də bu arzulara qoşuluram. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
123 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ XANIMI 
MEHRİBAN ƏLİYEVANIN ABŞ-A İŞGÜZAR SƏFƏRİ 
 
Azərbaycan Respublikasının birinci xanımı, Azərbaycan-ABŞ 
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun 
prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri Mehriban xanım  Əliyeva 
dekabrın 4-dən 7-dək ABŞ-a işgüzar səfəri çərçivəsində bir sıra səmərəli 
görüşlər keçirmişdir. 
Dekabrın 6-da ABŞ-Azərbaycan Ticarət Palatası Vaşinqtonun möhtəşəm 
"Endryu Melon" auditoriumunda Azərbaycanın birinci xanımı Mehriban 
Əliyevanın  şərəfinə ziyafət vermişdir. Ziyafətdə 300-dən artıq qonaq, o 
cümlədən Ağ evin və Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri, ABŞ 
Konqresinin üzvləri, görkəmli siyasi və ictimai xadimlər, xarici ölkələrin ABŞ-
da akkreditə olunmuş  səfirləri iştirak etmişlər. Mərasimin aparıcısı, ABŞ-
Azərbaycan Ticarət Palatasının həmsədri, məşhur Beykerlər ailəsinin 
nümayəndəsi Ceyms BEYKER Mehriban xanımı  və onu müşayiət edən Milli 
Məclisin üzvlərini salamlayaraq dedi: 
- Mən bu axşam Azərbaycanın birinci xanımının bizimlə olmasından 
məmnunluğumuzu bildirirəm. ABŞ-Azərbaycan Ticarət Palatası sizin bizim 
tədbirdə  iştirak etməyinizdən xüsusi şərəf hissi duyur. Son on il ərzində  həyat 
yoldaşınızın bizə  dəstəyini daim hiss etmişik. O, bizim Müşavirlər  Şurasının 
üzvüdür. 
Mən eyni zamanda, bu axşam sizinlə burada olan nümayəndə heyətinin 
üzvlərini, o cümlədən sizi müşayiət edən Milli Məclis üzvlərini salamlamaq 
istəyirəm. Bu axşam sizin hamınızla görüşməyimizə çox şadıq. Vaşinqtona xoş 
gəlmisiniz. 
Mən bu axşam burada əyləşən qonaqları, o cümlədən bir neçə Konqres 
üzvünü salamlamaq istəyirəm.  İdarə heyətimizin ilk üzvlərindən biri, doktor 
Zbiqnev Bjezinski burada bizimlədir. Xanım Bjezinski də gəlibdir. Mən sizi də 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə