Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə35/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
108 
 
həmin məktəbin gələcək görünüşünü görürük. Tikintinin müddəti 12 ay olacaq, 
2008-ci ilin mart ayında məktəbi açmağı planlaşdırırıq. 
Ümid edirəm ki, həmin layihə  uşaqlara lazımi təhsil almaq imkanını 
yaradacaq və "Hamı üçün təhsil" proqramının həyata keçirilməsində növbəti 
uğurlu addım olacaqdır. 
Yekun olaraq, mən məşhur musiqiçi, həmkarımız Mstislav Rostropoviçi 80 
illiyi münasibətilə bütün xoşməramlı  səfirlər adından təbrik etmək istəyirəm. 
Mstislav Rostropoviç Azərbaycanın  ən yüksək mükafatı - "Heydər  Əliyev" 
ordeni ilə təltif olunmuşdur. 
Əfsuslar ki, o, bugünkü görüşdə  iştirak edə bilmir. Mən ona möhkəm 
cansağlığı və uzun ömür arzulayıram. 
Diqqətinizə görə minnətdaram. 
Mən Sizin hamınıza uğurlu və məhsuldar il arzulayıram. 
 
*   *   * 
 
Azərbaycanın   birinci   xanımı,   Heydər   Əliyev   Fondunun  prezidenti, 
YUNESKO-nun və  İSESCO-nun xoşməramlı    səfiri,  Milli Məclisin deputatı 
Mehriban  Əliyeva aprelin 2-də Fransa Senatının sədri Kristian Ponsöle ilə 
görüşmüşdür. 
Senatın binası önündə Mehriban xanımı qarşılayan cənab Kristian Ponsöle 
Parisdə onunla yenidən görüşməsindən böyük məmnunluq duyduğunu 
vurğulamışdır. 
Sonra Senatın sədri ilə Mehriban Əliyevanın görüşü olmuşdur. Cənab 
Kristian Ponsöle Senatın dəvətini qəbul etdiyi üçün Mehriban xanıma 
minnətdarlıq etmiş, Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin son 
dövrdə daha da inkişaf etməsindən razı qaldığını bildirmişdir. O, Prezident 
İlham Əliyevin bu ilin yanvarında Fransaya dövlət səfərini xatırladaraq demişdir 
ki, hazırda iki ölkə arasında siyasi, iqtisadi və  mədəni sahələrdə  əlaqələr çox 
sürətlə inkişaf etməkdədir. 
Kristian Ponsöle Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin tezliklə sülh yolu ilə  həllində maraqlı olduğunu xüsusi 
vurğulamışdır. 
Mehriban Əliyeva dövlətimizin başçısının ən xoş arzularını Senatın sədrinə 
çatdırmış, Azərbaycan Prezidentinin iki ölkə arasında olan münasibətlərin 
yüksələn 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
109 
 
xətlə inkişafından məmnunluğunu söyləmişdir. 
Daha sonra Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı  səfiri kimi 
fəaliyyətindən danışmış, son vaxtlar Azərbaycanın YUNESKO ilə əməkdaşlığa 
xüsusi diqqət yetirdiyini, müxtəlif layihələrin həyata keçirilməsində qurumla 
yaxşı əlaqələr yaradıldığını xatırlatmış, bu əməkdaşlığın daha da dərinləşməsi və 
inkişaf etdirilməsi üçün bütün səylərin davam etdiriləcəyini bildirmişdir. 
Azərbaycanın birinci xanımı  cənab Ponsöleni ölkəmizə  səfərə  dəvət 
etmişdir. Senatın sədri dəvəti məmnunluqla qəbul etmiş  və yaxın vaxtlarda 
ölkəmizə gələcəyini demişdir. 
Senatın Fransa-Qafqaz qrupunun sədri Ambruaz Düpon görüşdə  iştirak 
etmişdir. 
Görüşdən sonra Kristian Ponsöle Mehriban xanım  Əliyevanı Senatın 
binasının  tarixi, ayrı-ayrı salonları, keçmiş tarixdən xəbər verən  əşyalarla, 
parkla tanış etmiş, dünyanın müxtəlif ölkələrindən gətirilərək parkda əkilmiş gül 
və bəzək kolları, nadir ağac növləri barədə məlumat vermişdir. 
Senatın binası ilə tanışlıqdan sonra Kristian Ponsöle Mehriban Əliyeva ilə 
xatirə  şəkli çəkdirmiş, Azərbaycanın birinci xanımının  şərəfinə ziyafət 
vermişdir. 
 
İORDANİYA KRALİÇASI RANİYƏ ƏL-ABDULLAH İLƏ GÖRÜŞ 
 
Aprelin 3-də Azərbaycanın birinci xanımı, Heydər  Əliyev Fondunun 
prezidenti, YUNESKO-nun və  İSESCO-nun xoşməramlı  səfiri, Milli Məclisin 
deputatı Mehriban Əliyeva  İordaniya kraliçası, YUNESKO-nun xoşməramlı 
səfiri Raniyə əl-Abdullah ilə görüşmüşdür. 
YUNESKO-nun iqamətgahında keçirilən görüşdə xanım Raniyə  əl-
Abdullah rəhbərlik etdiyi İordan çayı Fondunun xeriyyə tədbirlərindən, valideyn 
qayğısından məhrum olmuş  uşaqlara himayədarlıq edilməsi, onların hərtərəfli 
təhsil alması və digər sahələrdə gördüyü işlər barədə məlumat vermişdir. 
Mehriban  Əliyeva Heydər  Əliyev Fondunun tarixindən, Azərbaycanda 
maddi və qeyri-maddi mədəni irsin qorunması, kimsəsiz uşaqlara göstərilən 
qayğı, təhsil sahəsində YUNESKO ilə birlikdə  həyata keçirilən layihələr 
haqqında danışmışdır. 
Sonra Mehriban xanım  İordaniya mahnı  və  rəqslərinin təqdim edildiyi 
"İordaniya inciləri gecəsi" adlı konsert proqramına tamaşa etmişdir. 
Mehriban xanım YUNESKO-nun baş direktoru Koişiro Matsuura və digər 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
110 
 
xoşməramlı  səfirlərlə birlikdə xatirə  şəkli çəkdirmiş, baş direktorun və 
xoşməramlı səfir Şeyx Həsən İ.Şikerin xoşməramlı səfirlərin şərəfinə verdikləri 
ziyafətdə iştirak etmişdir. 
 
AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA 
FRANSA MİLLİ ASSAMBLEYASININ SƏDRİ PATRİK OLYE İLƏ 
GÖRÜŞMÜŞDÜR 
 
Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO-nun və  İSESCO-
nun  xoşməramlı   səfiri,   Milli  Məclisin  deputatı  Mehriban  Əliyeva Fransaya 
səfəri çərçivəsində aprelin 4-də Milli Assambleyanın sədri Patrik Olye ilə 
görüşmüşdür. 
Patrik Olye Mehriban xanımı Milli Assambleyanın binası önündə 
səmimiyyətlə qarşılamışdır. 
Milli Assambleyanın sədri və Azərbaycanın birinci xanımı iki ölkənin 
bayraqları qarşısında xatirə şəkli çəkdirmişlər. 
Mehriban  Əliyeva ilə görüşdən məmnunluq duyduğunu bildirən Patrik 
Olye Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında Fransaya dövlət 
səfəri zamanı Milli Assambleyadakı görüşünü xatırlatmışdır. 
Söhbət zamanı ölkələrimiz arasındakı münasibətlərə dair fıkir mübadiləsi 
aparılmışdır. 
Mehriban  Əliyeva ölkələrimiz arasında mədəni sahədə  əməkdaşlığın daha 
da inkişaf etdirilməsinin zəruriliyini xüsusi vurğulamış və Azərbaycanda Fransa, 
Fransada isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini təklif etmişdir. 
Milli Assambleyanın sədri Azərbaycanın birinci xanımının bu fıkrini böyük 
razılıq hissi ilə qarşılamış  və bu məsələnin seçkilərdən sonra nəzərdən 
keçiriləcəyini vurğulamışdır. O demişdir ki, nəinki mədəniyyət sahəsində, eyni 
zamanda, iqtisadi sahədə  də  əməkdaşlığın inkişaf etdirilməsi üçün addımlar 
atılacaqdır. Milli Assambleyanın  İqtisadi  əlaqələr komitəsi üzvlərinin 
Azərbaycana səfəri təşkil ediləcəkdir. Palatanın sədri bildirmişdir ki, bu səfər 
ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəkdir. 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə  də 
toxunulmuşdur. Milli Assambleyanın sədri ölkəsinin Azərbaycanın  ərazi 
bütövlüyünü dəstəklədiyini bir daha vurğulamış, Minsk qrupunun 
həmsədrlərindən 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə