Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə33/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
101 
 
 Respublikamızın rayon və kəndlərinə ezam olunaraq topoqrafık və geoloji 
axtarış  işlərinə başlayarkən kənd  əhalisi - (müəllimlər,  şagirdlər gəlişimizin 
məqsədini, yəni Heydər  Əliyev Fondu hesabına yeni məktəb binasının 
tikiləcəyini biləndə sevinclərini, minnətdarlıqlarını sizə çatdırmağı bizdən xahiş 
edirdilər. On illərlə  məktəblər tikilmirdi, 2005-ci ildə isə 132 məktəb 3-4 ay 
ərzində inşa olımdu. Biz layihəçilərin də  fıkrincə, bu, tarixi bir hadisə idi. 
Kəndlərin, qəsəbələrin sakinləri də bu işlərdə təmənnasız işləyir, ürəklə kömək 
edirdilər. 
Hazırda layihələndirdiyimiz məktəblərin respublikamızm rayonlarında və 
Bakınm ətraf qəsəbələrində tikilməsi nəzərdə tutulmuşdur. Rayon və kəndlərdə 
100, 200 və 240 şagirdlik birtipli məktəblərin tikilməsi, Bakıətrafı  qəsəbələrdə 
isə 100, 180, 200, 240, 500 və daha artıq şagirdlik əlavə korpusların və idman 
salonlarının tikilməsi tapşırılmışdır.  Əlavə korpusların tikiləcəyi məktəblərin 
əsaslı təmiri və istilik təchizatı da nəzərdə tutulmuşdur. 
Keçən il kənd məktəbləri odun sobaları ilə  qızdırılırdısa, bu il məktəbləri 
daşkömür və ya odunla işləyən qazanxanalar istiliklə təmin edəcəkdir. 
Şagirdlərin sayı 240 və çox olan məktəblərdə idman salonları da 
layihələndirilmişdir. 
Məktəb binalarının tikintisində  işlənilən inşaat materialları  əsasən yerli 
materiallardan ibarətdir. Belə ki, əsas yükdaşıyan divarlar əhəngdaşıdan, 
arakəsmələr kərpicdən, örtüklər monolit dəmir-betondan, çardaq tipli dam 
örtüyü metal kirəmitdən, döşəmələr taxtadan, pəncərələr metal plastikdən, 
qapılar isə  ağac materiallarmdan olacaqdır. Məktəblərin plan həllində  bəzi 
dəyişikliklər aparılmışdır. Layihələndirmə artıq başa çatmaq üzrədir. Ekologiya, 
yanğından mühafızə məsələləri və s. müvafiq qurumlarla razılaşdırılaraq Dövlət 
Baş Ekspertiza İdarəsinin rəyindən sonra yaxın günlərdə Sifarişçiyə  təqdim 
ediləcəkdir. 
Hörmətli Mehriban xanım, bir daha sizə öz minnətdarlığımızı bildirir, 
respublikamızın inkişafı üçün gələcək layihələrinizdə bizim də  iştirak 
etməyimizi arzulayaraq, sizə uğurlar diləyirik. 
MEHRİBAN  ƏLİYEVA: Çox sağ olun! Mən qeyd etdim ki, biz bu 
layihənin birinci mərhələsini həyata keçirərkən böyük təcrübə qazandıq. Abid 
müəllim, siz düz dediniz, artıq istifadəyə verilən məktəblərə baxanda görürük 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
102 
 
ki, bir sıra qüsurlar var. Bu da təbiidir, çünki çox irimiqyaslı bir layihədir və 
olduqca qısa müddətdə  həyata keçirildi. Məqsəd belə qoyulmuşdu ki, çox qısa 
bir zamanda tikinti başa çatsın. Çünki o məktəblərdəki şəraiti buradakı tədbirdə 
hamımız görmüşdük. Mən hesab edirəm ki, o cür şəraitdə  nəinki təhsil almaq, 
orada heç 5-10 dəqiqə qalmaq da çətin idi. Ona görə də tikintidə bəzi qüsurlar 
oldu. İkinci mərhələdə onlar təhlil edilir, öyrənilir. Siz dediniz, təbii ki, bugünkü 
müasir dünyada artıq o normativlər işləyə bilmir. Ona görə  də biz müasir 
tələblərə cavab verən məktəblər inşa edəcəyik.  İkinci mərhələdə istilik sistemi 
artıq mərkəzləşmiş olacaq, başqa səhvlər də aradan qaldırılacaqdır. Bir də qeyd 
edirəm ki, belə layihənin həyata keçirilməsi yalnız birgə səylərimizin nəticəsidir. 
Yerli insanlar da nə qədər həvəslə, canıyananlıqla inşaatçılara kömək edirdilər. 
Sahibkarlar,  şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus - hamının 
birgə səyləri nəticəsində belə bir layihəni qısa zamanda reallaşdırmaq mümkün 
oldu. 
Sonra YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Hana Singerə söz 
verildi. 
 
YUNİSEF-in AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİ HANA 
SİNGERİN ÇIXIŞI 
 
- Çox sağ olun Mehriban xanım! 
Mən çox fərəh hissi ilə görürəm ki, üzərinizə götürdüyünüz öhdəliklər 
hökumətin ən yüksək rütbəli şəxsləri tərəfindən bu cür qavranılır, ölkə rəhbərliyi 
buna xüsusi diqqət yetirir. Bilirəm ki, gələcək illər  ərzində get-gedə  iş 
artacaqdır. Çox şadam ki, Azərbaycanda yeni məktəblərin tikintisi üçün can 
yandırırsınız, buna böyük ehtiyac var. Nəzərə almalıyıq ki, böyük çətinliklər var, 
iş  çətindir, mürəkkəbdir. Ancaq eyni zamanda, avadanlıqla təchizata xüsusi 
diqqət yetirilməlidir. Səhiyyə Nazirliyi də  nəzər yetirməlidir ki, orada hər  şey 
beynəlxalq standartlara uyğundur, yoxsa yox. 
Burada söhbət uşaqlardan gedir. Xüsusi diqqət yetirilməlidir ki, həm tədris 
edənlər, həm də  təhsil alanlar arasında interaktiv bir əlaqə olsun. Tədris 
sisteminə daha çox adi insanlar cəlb olunmalı və eyni zamanda, müəllimlər üçün 
də treninqlər təşkil edilməlidir. Əgər biz uğurlardan danışırıqsa, təhsilin yüksək 
səviyyədə  həyata keçirilməsini arzulayırıqsa, onun standartlarına xüsusi nəzər 
yetirməliyik. Mən səmimi qəlbdən hamınıza bildirirəm ki, bu gün Azərbaycanda 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
103 
 
çox vacib bir layihənin artıq ikinci mərhələsinə başlanır. Mehriban xanım, sizə 
təbriklərimi yetirirəm, təhsil işçilərini təbrik edirəm. 
MEHRİBAN ƏLİYEVA: Çox sağ olun! Siz qeyd etdiyiniz problemlər çox 
aktualdır və həm Fondda, həm də dövlət strukturlarında onlar barədə hər zaman 
düşünürük. Tikinti işləri ilə yanaşı, təhsilin səviyyəsi təhsil sisteminin 
yeniləşməsi çox aktual problemdir. Siz bilirsiniz, proqram qəbul edilib ki, 
məktəblər kompyuterləşdirilməlidir. Biz yüksək texnologiyaları  məktəblərə 
gətirməyə çalışırıq.  Əlbəttə, bu baxımdan müəllimlərin treninqi çox mühüm 
məsələdir və dövlət tərəfindən də bununla bağlı bir sıra layihələr hazırlanır. 
Fond da bu istiqamətdə işlər aparır. 
 
GÜRCÜSTANIN AZƏRBAYCANDAKI SƏFİRİ ZURAB 
QUMBERİDZENİN ÇIXIŞI 
 
- Hörmətli Mehriban xanım! 
Xanımlar və cənablar! 
Bir il bundan əvvəlki görüşdə iştirak edərkən mənə də çətin görünürdü ki, 
təhsil sahəsində belə irimiqyaslı layihə qısa müddətdə necə həyata keçirilə bilər. 
Biz çox şadıq və görürük ki, düşündüyümüzdən də artıq iş görmək olarmış. Mən 
çox  şadam ki, belə  şərəfli bir layihə sizin rəhbərlik etdiyiniz fond tərəfindən 
uğurla həyata keçirilir, ikinci mərhələyə daha nikbinliklə başlayırsınız. Sizə və 
bu layiqli işlərdə sizə köməkçi olanların hamısına öz həmkarlarım adından 
təşəkkür edirəm. Sizin rəhbərlik etdiyiniz Heydər  Əliyev Fondunun 
Azərbaycanın inkişafı naminə gördüyü işlərdəki uğurlarına sevinirik. Biz fondla 
əməkdaşlığa, sizin elan etdiyiniz xeyirxah məramlı hər bir çağırışa səs verməyə, 
onu dəstəkləməyə hər zaman hazırıq. 
MEHRİBAN ƏLİYEVA: Çox sağ olun! Fond hər zaman əməkdaşlığa hazır 
olan bir təşkilatdır. Biz bəyan etmişik ki, dövlət qurumu və ya qeyri-dövlət 
qurumu, yaxud diplomatik korpus tərəfindən olsun - biz hər cür əməkdaşlığa 
hazırıq. Hazırda Heydər Əliyev Fondu tərəfindən proqram hazırlayırıq ki, ölkə 
xaricində - Rusiyada, Gürcüstanda yaşayan azərbaycanlı  şagirdlər üçün də ilk 
mərhələdə belə  məktəblər tikilsin. Bu da böyük, geniş bir proqramın ilk 
mərhələsidir. Gələcək görüşlərdə  yəqin ki, bu haqda ətraflı danışacağıq. 
Təkliflərinizə görə təşəkkür edirik. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə