Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
104
Əziz dostlar!
Mən sonda inşaatçılara, layihə institutunun əməkdaşlarına, dövlət
qurumlarına, qeyri-hökumət təşkilatlarına, iş adamlarına bir daha öz
təşəkkürümü bildirmək istəyirəm ki, onlar çox böyük kömək göstərdilər, bizim
birgə səyimizlə bu layihə həyata keçirildi. "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsinin birinci mərhələsi Heydər Əliyev Fondunun cəmiyyətdə
mövqeyini nümayiş etdirdi, ən əsası odur ki, böyük inam yaratdı. İradə olan,
istək olan yerdə çox problemlər öz həllini tapır, çox işlər görülür. Ona görə mən
inanıram ki, ikinci mərhələ də çox uğurla başa çatacaqdır. Bu istiqamətdə biz
işlərimizi davam etdirəcək və gələcəkdə daha böyük uğurlar qazanacağıq.
Çox sağ olun!
* * *
Sonra monitorda ötən il inşa edilən məktəblərin köhnə və yeni binaları,
habelə bu il inşasına başlanacaq təhsil obyektlərinin hazırkı vəziyyəti nümayiş
etdirildi, yeni layihələrə baxış oldu.
"Dəyirmi masa" iştirakçıları fondun mədəniyyət, təhsil layihələri, kitablar,
dərslik və məktəb ləvazimatlarından ibarət sərgi ilə də tanış oldular.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
105
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ,
YUNESKONUN VƏ İSESCONUN
XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI
MEHRİBAN ƏLİYEVANIN FRANSAYA SƏFƏRİ
Aprelin 3-də, Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin ənənəvi illik
yığıncağı keçirilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva yığıncaqda iştirak etmişdir.
Yığıncağı YUNESKO-nun baş direktoru Koişiro Matsuura açmışdır. Sonra
sədrlik edən İordaniya şahzadəsi xanım FİRYAL Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanı iştirakçılara təqdim edərək dedi:
- Mən olduqca fəal xoşməramlı səfir və çox hörmətli birinci xanımı təqdim
etməkdən böyük məmnunluq duyuram. O, öz ölkəsində və bütün dünyada bir
çox xeyriyyə işlərinin həyata keçirilməsi məqsədilə yorulmaz fəaliyyət
göstərir.
Birinci xanım olduqca qısa müddət ərzində böyük nailiyyətlər əldə
etmişdir. İndi isə mən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı şərəf
hissi ilə təqdim edirəm.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın çıxışı
- Hörmətli cənab baş direktor!
Hörmətli xoşməramlı səfirlər!
Xanımlar və cənablar!
İlk növbədə, mən YUNESKO-nun iqamətgahmda illik ənənəvi yığıncaqda
bütün həmkarları salamlamaq, bu tədbiri təşkil etdiyinə görə baş direktor cənab
Koişiro Matsuuraya minnətdarlığımı bildirmək istəyirəm.
Eyni zamanda, Qətərdə keçirilmiş "Tərəfdaşlığın qurulması və yeni
yanaşmaların tətbiqi" mövzusunda uğurlu regional konfrans münasibətilə cənab
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
106
Koişiro Matsuuranı təbrik edirəm. "Hamı üçün təhsil" proqramı çərçivəsində
yekun regionai konfrans 2008-ci ildə Azərbaycanda keçiriləcəkdir. Bu fürsətdən
istifadə edərək mən sizi həmin konfransda iştirak etməyə dəvət edirəm. Əminəm
ki, Bakı konfransı "Hamı üçün təhsil" proqramının həyata keçirilməsinə doğru
atılmış əlavə uğurlu addım olacaqdır.
Ötən ilin yaddaqalan tədbirlərindən biri "Qeyri-maddi mədəni irsin
qorunması haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş
Assambleyasının birinci iclası oldu. Məmnunluqla sizə məlumat vermək
istəyirəm ki, Azərbaycan həmin Konvensiyanı bu ilin martında ratifikasiya
etmişdir. Qeyri-maddi mədəni irs mədəniyyətin ifadə olunmasının. ən qədim
foraıalanndan biridir. Təbii ki, qeyri-maddi mədəni irsin saxlanılması və
qorunması qarşımızda duran əsas məsələlərdəndir.
Ötən il Heydər Əliyev Fondunun fəaliyyətində çox məhsuldar il olmuşdur.
Bu günə qədər bir sıra layihələr artıq başa çatdırılmışdır. Onlardan biri, məsələn,
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi uğurla həyata keçirilir. Heydər
Əliyev Fondu təhsil, elm, mədəniyyət, səhiyyə və ətraf mühitin qorunması
sahələrində öz işini davam etdirmişdir.
Mən bir neçə layihə haqqında əlavə məlumat vermək istəyirəm.
Heydər Əliyev Fondu, Vaşinqton Elmlər Akademiyası və YUNESKO
"Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq" adlı ilk beynəlxalq konfrans təşkil
etmişdir. Tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma
Ümumdünya Yaddaş Qeydiyyatına salınmışdır. Həmin Qeydiyyatda ümumən
120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o
cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Konfransın işində bir çox
ölkələrin tanınmış alimləri iştirak etmişdir və Fondumuz həmin mühüm
proqrama dəstəyini davam etdirəcəkdir.
Heydər Əliyev Fondu memarlıq abidələrinin bərpasında fəal surətdə iştirak
edir. Ötən il ərzində biz Cavad xanın türbəsi, Pir Həsən, Mövsüm Səlim və
Həzrəti Zeynəb məscidləri kimi bir sıra tarixi və dini abidələri bərpa etmişik.
Biz həmçinin ölkəmizin hüdudlarından kənarda yerləşən ümumbəşəri
mədəni abidələrin bərpasında iştirak edirik.
Bildiyiniz kimi, Versal sarayı 1979-cu ildən etibarən Dünya İrsi siyahısına
salınmışdır. Sarayın parkında yerləşən bir neçə qədim abidə zamanın və iqlim
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
107
şəraitinin təsiri nəticəsində zədələnmişdir. Təqribən 15 abidə təcili surətdə bərpa
olunmalıdır. Fondumuz parkda iki abidənin bərpası məqsədi ilə 2006-cı il
avqustun 10-da müqavilə imzalamışdır. Bərpa işləri 2007-ci il iyulun 15-də başa
çatdırılacaqdır.
Ötən il ərzində Heydər Əliyev Fondu Azərbaycan muğamı kimi
təkrarolunmaz fenomenə böyük dəstək vermişdir. Bu fürsətdən istifadə edərək
mən bir sıra muğam layihələrini dəstəklədiyinə görə YUNESKO-ya öz
minnətdarlığımı bildirir, onların uğurla həyata keçirilməsi haqqında məlumat
vennək istəyirəm.
Beynəlxalq Muğam Mərkəzinin tikintisi davam edir. Baş direktor cənab
Koişiro Matsuura həmin Mərkəzin təməlinin qoyulması mərasimində iştirak
etmişdir. Ümidvaram ki, o, 2008-ci ilin yayında Muğam Mərkəzinin açılış
mərasimində də iştirak edəcəkdir.
Hazırda, Siz slaydda Mərkəzin çox müasir memarlıq üslubunda işlənilmiş
layihəsini görürsünüz, lakin eyni zamanda, binanın özü bizim milli musiqi
alətlərinə bənzəyir.
Biz muğam gecələrini keçirməkdə davam edirik. İndi isə, siz həmin
konsertlərdən şəkilləri seyr edirsiniz. Biz eyni zamanda, muğam haqqında orta
əsrlər traktatlarını çap etmişik. Bu gün, biz sizə muğama həsr olunmuş jurnalı
nümayiş etdiririk. Həmin jurnal bu istiqamətdə YUNESKO-nun dəstəyi ilə
Heydər Əliyev Fondu tərəfindən görülmüş işlərdən bəhs edir.
Yekunda mən Pakistanda qızlar məktəbinin tikintisi layihəsi haqqında bir
neçə söz demək istəyirəm. Bu şəkillərdə siz dəhşətli zəlzələnin nəticələrini və
ölən; yaralanan insanlar barədə məlumatı görürsünüz. Təkcə zədələnmiş
məktəblərin sayı minlərlədir. Dağıntılar nəticəsində uşaqlar ya çöldə, yaxud da
çadırlarda dərs keçməyə məcburdurlar. Lakin bu ağır şəraitə baxmayaraq, onlar
təhsil almağı çox istəyirlər.
Məhz bu səbəbdən, Heydər Əliyev Fondu Pakistanda yeni məktəbin
tikintisi layihəsinə başlamışdır. Siz burada yenə də viran qalmış məktəbin
fotolarını seyr edirsiniz. Bir sözlə, yeni məktəb yüksək standartlara cavab
verəcək və bütün lazımi avadanlıqla təchiz olunacaqdır. Məktəbin ümumi sahəsi
2000 kvadratmetr olacaqdır. 500-dən çox şagird müasir sinif otaqlarından, iki
laboratoriyadan, kitabxana, salon və idman meydançasından istifadə edəcəkdir.
Bu şəkillərdə biz
Dostları ilə paylaş: |