Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
130 
 
Azərbaycan Milli Olimpiya Komitəsi  İcraiyyə Komitəsinin üzvü 
seçilmişdir. O, öz xeyriyyə  işlərinə görə  "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq 
fondunun Yaqut Xaç ordenini almış ilk qadındır. Eyni zamanda, 2004-cü ildə 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişdir. Millət vəkili, 
YUNESKO-nım xoşməramlı  səfiri, Milli Məclisdə Azərbaycan-ABŞ 
parlamentlərarası  əlaqələr üzrə  işçi qrupunun rəhbəri, bir çox xeyriyyə  və 
mədəniyyət təşkilatlarının sədri kimi onun, demək olar ki, heç boş vaxtı qalmır. 
Lakin bütün bu işlərdən  əlavə, onun ən vacib işi 1983-cü ildən etibarən 
başlamışdır. Həmin vaxtdan o, öz həyat yoldaşı, indiki Prezident Əliyev ilə ailə 
qurmuşdur.  İndi isə  mən məmnuniyyət hissi ilə Azərbaycanın birinci xanımı 
Mehriban Əliyevanı təqdim edirəm. 
 
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ XANIMI 
MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI 
- Hörmətli xanımlar və cənablar! 
Hörmətli dostlar! 
Mən Sizin hamınızı bu axşam görməkdən  şadam. Birləşmiş  Ştatlarda 
yenidən olmağımdan çox məmnunam. Birləşmiş Ştatlarda olduğum zaman mənə 
olduqca xoş qonaqpərvərlik göstərilmişdir və mən həmin qonaqpərvərliyə görə 
bütün dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm. 
Mən bu tədbiri təşkil etdiyinə görə ABŞ-Azərbaycan Ticarət Palatasına 
xüsusi təşəkkürümü ifadə etmək istəyirəm. 1995-ci ildə yarandığı vaxtdan 
etibarən Ticarət Palatası ölkələrimiz arasında tərəfdaşlığın inkişafına yardım 
etmiş  və Azərbaycanın Birləşmiş  Ştatlarda daha yaxşı tanınmasını  təşviq 
etmişdir. 
Uzun illər  ərzində Palata bir çox tədbirlərə sponsorluq etmiş  və saysız-
hesabsız sərgilərin, konfransların və humanitar layihələrin təşəbbüskarı 
olmuşdur. Onun Harvard Universitetində  Xəzər Araşdırmaları proqramı kimi 
təhsil layihələri gənc Azərbaycan peşəkarları  və  tələbələri üçün yeni üfüqlər 
açmışdır. Bütün bu uğurlu işlər barədə  məlumatım var və Palatanın 
nailiyyətlərini alqışlayıram. 
Hörmətli dostlar, dövlətlərimiz arasında bu cür güclü əlaqələrin qurulması 
təqdirəlayiq haldır. Birləşmiş  Ştatlar Azərbaycanın müstəqilliyini tanıyan ilk 
ölkələrdən biri olmuşdur. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan ilə 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
131 
 
Birləşmiş  Ştatlar arasındakı münasibətlər müxtəlif sahələrdə  uğurla inkişaf 
etmişdir. Amerika Birləşmiş  Ştatları enerji layihələrimizdə bizim böyük 
tərəfdaşımızdır. Biz bir çox çətinliklərlə üzləşmişdik, lakin dünyada ən böyük 
enerji layihəsi hesab edilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsinə 
birgə nail olduq. 
Azərbaycan antiterror koalisiyasının üzvüdür və  əsgərlərimiz amerikalı 
həmkarları ilə çiyin-çiyinə sülhün bərqərar olması naminə  İraq,  Əfqanıstan və 
Kosovoda qulluq edirlər. Biz eyni zamanda siyasi islahatlar, demokratiyanın 
inkişafı  və insan hüquqların qorunması sahəsində  də Birləşmiş  Ştatlarla 
əməkdaşlıq edirik. ABŞ Konqresinin çox sayda nümayəndə heyəti ölkəmizə 
səfər etmişdir. Həmin səfərlər ikitərəfli münasibətlərimizin inkişafında mühüm 
rol oynamışdır. 
Böyük dövlət xadimi və Azərbaycanın səmimi dostu senator Luqarın bu 
yaxınlarda Bakıya səfəri  əlaqələrimizin genişləndirilməsində atılmış mühüm 
addım oldu. 
Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri 
kimi hesab edirəm ki, əlaqələrimizin daha da sıxlaşdırılması böyük əhəmiyyət 
kəsb edir və əminəm ki, mənim parlament üzvləri ilə birgə Vaşinqtona səfərim 
həmin məqsədə xidmət edəcəkdir. 
Bu gün Azərbaycan öz inkişafının mühüm mərhələsindədir. 
İqtisadiyyatımız sürətlə artır. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı 2005-ci 
ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi qiymətləndirilmişdir və 
biz 2006-cı ildə də bu göstəricinin qorunub saxlanılmasına çalışacağıq. 
Ölkəmizin müxtəlif regionları inkişaf etməkdədir. Son üç il ərzində 500 
min yeni iş yeri açılmışdır. Mən Prezidentlə birgə ölkənin bir çox yerlərinə səfər 
edirəm və bütün bu dəyişiklikləri görməkdən çox məmnunam və  fərəh hissi 
keçirirəm. Yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, idman mərkəzləri inşa 
edilməkdədir. Yeni sənaye və  kənd təsərrüfatı müəssisələri açılmaqdadır. Yeni 
yollar çəkilir. 
Bu gün biz gənclərimizin təhsilinə xüsusi diqqət yetiririk. Son üç il ərzində 
735 orta məktəb binası tikilmişdir. Ötən ay Azərbaycan Prezidenti gənc istedadlı 
azərbaycanlıların xaricdə  təhsil alması üçün tələbə  təqaüdlərinin artırılması ilə 
bağlı Dövlət proqramı haqqında fərman imzalamışdır. Bu, hökumətin neftdən 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
132 
 
əldə olunan gəlirlərin qeyri-neft sektoruna sərf edilməsi strategiyasının bir 
hissəsidir. Hesab edirəm ki, təhsilimizə, gələcəyimizə və yeni nəsillərə sərmayə 
qoymaq ən münasib sərmayə formasıdır. 
Ümid edirəm ki, tələbələrin böyük hissəsi təhsil üçün Amerikaya 
gələcəkdir. Təhsilin dəstəklənməsi Heydər Əliyev Fondunun fəaliyyətində əsas 
prioritetlərdən biridir. Heydər Əliyev Fondu mədəniyyət, səhiyyə, təhsil və elm 
sahələrində layihələri dəstəkləmək məqsədi ilə 2004-cü ilin may ayında 
yaradılmışdır. 
Son illər  ərzində Heydər  Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni 
məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Talassemiyasız 
həyat", "Diabetli uşaqlara ən yüksək qayğı", "Kor və görmə qabiliyyəti zəif olan 
insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin 
edilməsi" kimi layihələri həyata keçirmişdir. Təhsil sisteminin 
təkmilləşdirilməsi ilə bağlı proqramlarımız çərçivəsində 200-dən çox məktəb 
tikilmiş, lazımi avadanlıqla təchiz olunmuş  və kompüterləşdirilmişdir. Həmin 
məktəblərdən bir neçəsi ən ucqar kəndlərdə yerləşir. 
Fəaliyyətimizin xüsusi bir hissəsi uşaq evlərində yaşayan uşaqların 
qayğısına qalmaqdan ibarət olmuşdur. Onların yaşadığı yerlər müasirləşdirilmiş, 
kompüterlərlə  təchiz olunmuşdur və orada kitabxanalar yaradılmışdır. Biz 
ailəsiz qalmış  uşaqlara yardım göstərmək üçün YUNİSEF ilə birgə çalışırıq. 
Səhiyyə sahəsinə gəldikdə isə, Heydər Əliyev Fondu tibbi xidmətə ehtiyacı olan 
2500-dən çox insana kömək etmişdir. Diabet və qan xəstəliklərindən  əziyyət 
çəkən uşaqlara yardım göstərmək məqsədi ilə xüsusi proqram həyata keçirilir. 
Biz görmə problemləri olan şəxslər üçün xüsusi təhsil mərkəzinin tikilməsindən 
ötrü BMT-nin İnkişaf Proqramı ilə birgə layihəni həyata keçiririk. 
Fondumuz milli mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Bir 
çox tarixi və  mədəniyyət abidələri Fondun fəaliyyəti sayəsində  bərpa 
olunmuşdur. Bildiyiniz kimi, muğam Azərbaycanın qədim folklor musiqisidir və 
bu məqsədlə biz Fondun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə Bakıda 
Beynəlxalq Muğam Mərkəzi tikirik. Tarixi və  mədəniyyət abidələrinin 
qorunması ölkəmiz üçün bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 
faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət 
abidələri və dini abidələr işğalçı qüvvələr tərəfindən məhv edilmişdir. 
Ölkəmizdə bir milyon 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə