Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   47   48   49   50   51   52   53   54   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
156 
 
fotoşəkillər,  dəhlizləri və  sinif otaqlarını  bəzəyən gül-çiçək dibçəkləri,  göz 
oxşayan səliqə-sahman diqqəti cəlb edir. 
Mehriban xanım məktəbin bayramsayağı  bəzədilmiş salonunda uşaqların 
Novruz bayramı münasibətilə hazırladığı musiqili-əyləncəli kompozisiyaya 
tamaşa etdi, onların sevincinə qoşularaq uşaqlarla birlikdə  rəqs etdi. Uşaqların 
məharətlə ifa etdiyi yumoristik səhnələr, oynaq, şux rəqslər hörmətli qonağa, 
valideynlərə xoş ovqat bəxş etdi. 
Mehriban  Əliyeva məktəbin kompyuter otağına da baxdı. Burada uşaqlar 
kompyuterlərdə sərbəst işləyirdilər. Onlar Mehriban xanımın suallarını, verdiyi 
tapşırıqları bacarıqla yerinə yetirdilər. 
Uşaqların əmək təlimi dərsində  əldə etdiyi uğurlar emalatxanada nümayiş 
etdirilən əl işlərində özünü göstərirdi. 
Yardımçı  məktəbin yeməkxanasında açılmış bayram süfrəsi də  uşaqların 
ürəyincə oldu. Şəkərbura, paxlava, meyvə-tərəvəz, şərbətlər düzülmüş bol süfrə 
arxasında uşaqlarla birlikdə  əyləşən Mehriban xanımdan qızı Arzu və Leylanı 
soruşdular, ötən dəfə onlarla birlikdə rəqs etdiklərini, birgə şəkil çəkdirdiklərini 
xatırlatdılar, hətta onların harada və hansı uşaqlarla yanaşı oturduqlarını da yada 
saldılar. Mehriban xanım uşaqların bu diqqət və yaddaşından mütəəssir oldu, 
növbəti görüşlərində mütləq onları da gətirəcəyini bildirdi. Buraya toplaşan 
valideynlər bu qayğıkeşliyinə görə Mehriban xanıma minnətdarlıq etdilər, onun 
artıq bu uşaqların sevimlisinə çevrildiyini vurğuladılar. 
Valideyn Nisə Abbasova Fondun Prezidentinə müraciətlə dedi ki, qızı 
Sevda hər dəfə Sizi televizorda görəndə "Mehriban xala, Mehriban xala" 
deyərək hamını Sizə baxmağa, söhbətinizi dinləməyə çağırır, onu öpdüyünüzü 
yada salır. 
Mehriban xanım Heydər  Əliyev Fondunun əqli və  fıziki cəhətdən zəif 
inkişaf etmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllinə
onların valideynlərinin, doğma və  əzizlərinin mənəvi ağrılarına  şərik olmağı 
özünün borcu hesab etdiyini, bunun üçün mümkün olan tədbirləri görməyə 
çalışdığını bildirdi. 
Mehriban xanım uşaqlarla birlikdə xatirə şəkilləri çəkdirdi. 
Əziz qonağı  səmimiyyətlə yola salan uşaqların  əhval-ruhiyyəsindən bu 
görüşün də onların qəlbində şirin xatirəyə çevriləcəyi hiss olunurdu. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
157 
 
Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat 
məktəbinin qarşısında Mehriban xanıma gül-çiçək dəstəsi təqdim edən uşaqlar 
bu məktəbin  əsaslı  şəkildə  təmirinə, yenidən qurulmasına, təzə avadanlıqla 
təmin olunmasına göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirdilər, indi 
burada onların rahatlığı üçün hər cür şərait yaradıldığını söylədilər. 
"Heydər  Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuşdur", "Xüsusi 
qayğıya ehtiyacı olan uşaqlar tək deyil" sözləri yazılmış lövhələrin də asıldığı 
foyedə bu təhsil ocağının bərpadan  əvvəlki acınacaqlı görkəmini və hazırkı 
vəziyyətini  əks etdirən stend, ulu öndər Heydər  Əliyevin uşaqlara diqqət və 
qayğısından bəhs edən, habelə Fondun prezidenti Mehriban xanımın bu təhsil 
ocağında keçirdiyi görüşlərə dair fotoguşələr yaradılmışdır. 
Direktor məlumat verdi ki, 61 ildir fəaliyyət göstərən məktəbdə hazırda 300 
uşaq təlim-tərbiyə alır. Onların yarısı tamamilə görmür, 27-si 1-ci qrup əlildir. 
Burada 100 müəllim və  tərbiyəçi çalışır, onların da əksəriyyətinin görmə 
qabiliyyəti zəifdir. 
Mehriban xanımın bu məktəbə ilk gəlişindən sonra Heydər  Əliyev 
Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı 
proqramı" çərçivəsində 2005-ci ilin sonunda məktəbin əsaslı təmiri və yenidən 
qurulmasına başlanmışdır.  İşlər qısa vaxtda keyfiyyətlə başa çatdırılmış, daimi 
istilik sistemi quraşdırılmış, yeməkxana, idman kompleksi də tikilmişdir. 
Uşaqların bədii-estetik zövqlərinin formalaşması, asudə vaxtlarının təşkili üçün 
nümunəvi  şərait var. Məktəbin həyətində geniş abadlıq işləri görülmüş, 
yaşıllıqlar salınmış, istirahət guşələri yaradılmışdır. Uşaqlar açıq havada 
gəzməyi, burada istirahət etməyi, idman oyunları ilə məşğul olmağı çox sevirlər. 
Məktəb təzə avadanlıqla tam komplektləşdirilmiş, uşaqların müayinə, 
müalicəsinə kömək məqsədilə müasir avadanlıqla təchiz olunmuş tibb 
kabinetləri təşkil edilmişdir. 
12 illik təhsil proqramından sonra attestat alan məzunlar test imtahanları ilə 
ali məktəblərə daxil ola bilirlər. Ötən il 14 nəfər məzundan 4-ü ali, 2-si isə orta 
ixtisas məktəblərinə daxil olmuşdur. Məzunlar arasından xeyli istedadlı adamlar 
çıxmışdır. Onlardan biri də bəstəkar İsrail Kərimov idi. 
Sinif, yataq otaqları, fənn kabinetləri ilə ətraflı tanış olan Mehriban xanım 
proqram və dərsliklərlə təminat, kadrların ixtisas hazırlığı ilə maraqlandı. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
158 
 
Uşaqlar Azərbaycanın birinci xanımını Novruz bayramı münasibətilə 
xüsusi olaraq bəzədilmiş yeməkxanada təşkil edilmiş  şənliyə  dəvət etdilər. 
Süfrədə müxtəlif yeməklər, səməni, bol şirniyyat, meyvə-tərəvəz vardı. 
Məktəbin  şagirdi  Əsgər  Əliyevin ifa etdiyi şən, oynaq mahnı  və Kosa, Keçəl, 
Bahar qızın göstərdiyi səhnəciklər, şən, şux zarafatlar, rəqslər uşaqlarda hədsiz 
sevinc doğurdu. Mehriban xanım uşaqlarla birlikdə süfrə arxasında bayram 
plovundan daddı, yumurta döyüşdürdü, buraya tez-tez gələcəyini bildirdi. 
Şagirdlərdən Zeynəb Nəcəfova, Ləman Abdullayeva, Leyla Mərdanlı, 
Hüseyn  Əliyev Fondun prezidenti Mehriban xanım  Əliyevanın məktəblilərin 
sevimlisi olduğunu bildirərək ona, Azərbaycan Prezidenti İlham Əliyevə və ailə 
üzvlərinə ən xoş Novruz arzularını çatdırdılar. 
Mehriban  Əliyeva Fondun BMT-nin İnkişaf Proqramı ilə birgə  həyata 
keçirilən "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-
kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi 
çərçivəsində bu məktəbdə görülmüş işlərlə də tanış oldu. 
Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslərin sayı 
təxminən 40 min nəfərdir. Fond onlara informasiya toplamaq və məşğulluğunu 
artırmaq üçün əlavə imkanlar yaratmaq mexanizmi kimi, İKT-dən istifadənin 
təşkilini zəruri saymış, BMT-nin İnkişaf Proqramı ilə birgə Milli Strategiya 
hazırlamışdır. 
Məktəbin kompyuter mütəxəssisləri bildirdilər ki, geniş zal elektron 
kitabxana üçün uyğunlaşdırılmış, Almaniya istehsalı olan 2 kompyuter dəsti 
alınıb quraşdırılmışdır. Bu kompyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti 
zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır. Uşaqlar üçün Model 
İKT sinifləri yaradılmış, proqram təminatı lokallaşdırılmış, internetə  çıxışın 
təmin olunması  və  tədris-təlim proqramlarının hazırlanması, audio studiya və 
kitabxananın fəaliyyəti təmin edilmişdir. 
Texnologiyanın işləmə mexanizmi əyani  şəkildə göstərildi. Bildirildi ki, 
Brayl  əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı 
kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür. 
Musiqiyə qulaq asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik 
materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS göndərmək, o cümlədən 
mobil telefonlara da mesaj göndərmək olur. Burada dərsliklər əldə edilib çap 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə