Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə54/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   47   48   49   50   51   52   53   54   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
168 
 
şəraitə görə hamının razılığını Mehriban xanıma çatdırdı. Eyni zamanda dedi ki
Xocalı  qırğını haqqında  əsl həqiqətin dünyaya yayılması üçün gördüyü işlərə 
görə xüsusi minnətdarlıq etməyi özümə borc bilirəm. 
Bayram süfrəsi arxasında hər kəs öz yerini tutduqdan sonra uşaq evində 
təlim-tərbiyə  işinin təşkilindən, uşaqların müxtəlif sahələrdə  əldə etdiyi 
uğurlardan bəhs edən film göstərildi. 
4 yaşlı Aytac isə əsl körpə məhəbbəti ilə Mehriban xanımın boynuna sarılıb 
ondan aralanmırdı. 
Bütün uşaqlar bir səslə Mehriban xanımı salamladılar. Sonra şənliyin 
aparıcıları Mehriban xanıma müraciətlə dedilər: 
"Əziz Mehriban xanım, bizimlə Novruz bayramı sevincini bölüşməyə xoş 
gəlmisiniz. Biz Sizi əziz bayramımız münasibətilə ürəkdən təbrik edirik. 
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı 
çərçivəsində görülən işlər xalqımızın minlərlə ailəsinə rahatlıq, sevinc bəxş 
etmiş, yaxşı təhsil imkanı yaratmışdır. 
Digər 28 belə  uşaq evi, internat məktəbi kimi, bizim müəssisə  də Sizin 
təşəbbüsünüzlə  həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı 
proqramı" çərçivəsində  təmir edilərək, təzə avadanlıqla tam təchiz olunmuş, 
rahatlığımız üçün hər cür şərait yaradılmışdır. Söz veririk ki, bizə göstərdiyiniz 
qayğıya cavab olaraq səylə oxuyacaq, Vətənimizə, xalqımıza gərəkli insanlar 
olacağıq. 
Sizə 
və hörmətli Prezidentimizə gördüyünüz böyük işlərdə 
müvəffəqiyyətlər arzulayırıq. Bu bayram günündə Sizə öz sevgi və 
məhəbbətimizi bildiririk". 
Mahnı  və  rəqslər bir-birini əvəz etdi, uşaqlar Novruz səhnəcikləri 
göstərdilər, yeyib-içib şənləndilər. 
Fondun prezidenti buradan ayrılarkən bir daha hamını bayram münasibətilə 
təbrik etdi, tərbiyəçilərdən onların  əməyinin  ən böyük savab iş olduğunu 
unutmamağı, uşaqlara öz balaları kimi baxmağı xahiş etdi. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
169 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ 
MEHRİBAN XANIM ƏLİYEVA ÖLKƏ 
VƏTƏNDAŞLARININ BÖYÜK RƏĞBƏT 
VƏ ETİMADINI QAZANMIŞDIR 
 
Umummilli liderimiz Heydər  Əliyevin zəngin dövlətçilik irsinin 
öyrənilməsi, gündəlik həyatımızda tətbiqi və  gələcək nəsillərə çatdırılması 
müasir dövrdə aktuallıq kəsb edir. Bu ali məqsədlərin gerçəkləşdirilməsi 
uğrunda inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra 
layihələri inamla gerçəkləşdirən Heydər Əliyev Fondu cəmiyyətdə xeyirxahlığın 
müqəddəs ünvanına çevrilmişdir. Ulu öndərimizin humanist ideyalarından ruh 
alan fond onun nəcib və müqəddəs  əməllərini yaşatmaq üçün ən müxtəlif 
sahələrdə sistemli tədbirlər həyata keçirir, hər bir vətəndaşın zəruri istək və 
arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək 
verir. Heydər  Əliyev Fondu ictimaiyyətin  ən müxtəlif təbəqələri ilə  əlaqələrini 
genişləndirməklə, ümummilli liderimizin ideyalarının praktik surətdə 
gerçəkləşməsinə, Azərbaycanın hərtərəfli inkişafı  və  vətəndaş  cəmiyyəti 
quruculuğu prosesinin sürətləndirilməsinə öz töhfəsini verməyə çalışır. 
Azərbaycanın birinci xanımı bu gün YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı  səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirərək bəşəriyyətin 
xilası uğrunda əzmlə çalışan nəcib insanlarla bir sırada dayanır. Bu missiya heç 
də son üçillik fəaliyyətlə məhdudlaşmır: Mehriban xanım Əliyeva hələ 1995-ci 
ildən -"Azərbaycan Mədəniyyətinin Dostları" xeyriyyə fondunun rəhbəri kimi 
ağır böhranla üzləşmiş milli mədəniyyətimizə böyük qayğı  və diqqət 
göstərmişdir. 1995-ci ildən üzü bəri musiqi təhsili və  gələcək nəslin 
maarifləndirilməsi işi bu fondun daim diqqət mərkəzində olmuş, ardıcıl şəkildə 
təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin  ənənələrinin 
qorunması  işinə töhfə vermişdir. Həmin dövrdən başlayaraq Azərbaycanda 
musiqi gimnaziyası və musiqi məktəbi 
  
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
170 
 
əsaslı  təmir edilmiş, minlərlə yeniyetmə  və  gəncin,  ələlxüsus imkansız 
ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına  əlverişli imkan 
yaradılmışdır. 
Heydər  Əliyev Fondu təhsildə müasir informasiya texnologiyalarının 
tətbiqi sahəsində  də böyük işlər görür. BMT İnkişaf Proqramı ilə imzalanmış 
saziş bu baxımdan böyük əhəmiyyətə malikdir. Bu sazişin nəticəsi olaraq 
Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanların informasiya və 
kommunikasiya texnologiyalarına çıxışını  təmin edən layihənin həyata 
keçirilməsinə başlanmışdır. Məlumat üçün bildirək ki, Azərbaycanda 320 min 
əlil insan yaşayır, onlardan 40 mini isə kor və görmə qabiliyyəti zəif olan 
şəxslərdir. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya 
kommunikasiyaları vasitələrilə bilik və  məlumat  əldə etmək imkanlarının 
genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların 
yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir. Bu saziş Heydər Əliyev Fondu 
ilə BMT-nin İnkişaf Proqramı arasında  əməkdaşlığın ilk uğurlu bəhrəsidir. Bu 
saziş  həmçinin BMT baş katibi Kofi Annanın təşəbbüsü ilə 2003-cü ilin 
dekabrında Cenevrədə dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən 
sammitdə informasiya-kommunikasiya texnologiyalarının hamı üçün təmin 
olunması barədə götürülmüş öhdəliyə  və Azərbaycan hökumətinin  İKT üzrə 
Milli Strategiyasına uyğun imzalanmışdır. Azərbaycanın 2005-ci ilin noyabr 
ayında Tunisdə keçirilən informasiya texnologiyaları konfransdakı  iştirakı da 
ölkə  rəhbərliyinin bu sahəyə marağının nə  qədər böyük olmasını bir sübut 
təsdiqləyir. 
Heydər  Əliyev Fondu YUNESKO çərçivəsində keçirilən medəni 
tədbirlərdə də fəal iştirak edir. Heydər Əliyev Fondunun bu beynəlxalq təşkilatla 
əməkdaşlığı sayəsində qısa müddət ərzində şifahi və musiqi ənənələrinin təbliği 
və qorunması sahəsində böyük işlər görülmüşdür. Mədəniyyət sahəsində 
YUNESKO-nun iki konvensiyası var. Onlardan biri məhz maddi-mədəni irslə 
bağlıdır. 2003-cü ildə  qəbul edilmiş konvensiya isə qeyri-maddi mədəni irsin 
qorunması ilə bağlıdır və 2006-cı ilin yayında qurumun Litvada keçiriləcək illik 
toplantısında Azərbaycanın mühüm abidəsi sayılan Qobustan YUNESKO-nun 
irs siyahısına daxil ediləcəkdir. Fondun təşəbbüsü ilə aşıq sənətinin YUNESKO-
nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsin şah əsərləri" siyahısına salınması 
təklifi irəli sürülmüşdür. 
Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında 2004-cü ilin avqust ayında 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə