Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə49/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
152 
 
AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVA 
MİSİRİN BAŞ NAZİRİNİN XANIMI İLƏ GÖRÜŞMÜŞ, QAHİRƏDƏ 
MİSİR MUZEYİ İLƏ TANIŞ OLMUŞDUR 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin Misir Ərəb 
Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin birinci xanımı, Heydər 
Əliyev Fondunun prezidenti, YUNESKO və  İSESKO-nun xoşməramlı  səfiri, 
Milli Məclisin deputatı Mehriban Əliyeva Misirin Baş nazirinin xanımı Mona 
Nazifə ilə görüşmüşdür. 
Misirin neft nazirinin, informasiya-kommunikasiya texnologiyası nazirinin 
xanımlarının da iştirak etdikləri görüşdə müxtəlif sahələrdə  əlaqələr müzakirə 
olundu. Xanımlar xüsusilə humanitar sahədə  əməkdaşlıq üçün mövcud 
potensialdan səmərəli istifadə ilə bağlı fikir mübadiləsi apardılar. 
Həmin gün Misirin Baş nazirinin xanımı adından Mehriban Əliyevanın 
şərəfinə nahar verildi. 
 
* * * 
 
Mayın 7-də Azərbaycanın birinci xanımı Qahirədə  məşhur Misir Muzeyi 
ilə tanış oldu. Muzeyin əməkdaşları Mehriban Əliyevaya məlumat verdilər ki, 
burada Yer kürəsinin ən qədim dövlətçilik tarixinə malik olan ölkələrindən biri - 
Misirin qədim tarixinin müxtəlif dövrlərinə aid çoxlu sayda qədim  əşyalar, 
döyüş silahları  və  sənədlər toplanıbdır.  Əlverişli coğrafi mövqedə yerləşməsi 
Misirin dəfələrlə təcavüzlərə məruz qalmasına səbəb olmuşdur. Muzey istər bu 
hadisələri, istərsə  də misirlilərin təcavüzkarlara qarşı mübarizəsini  əks etdirən 
eksponatlarla da zəngindir. Tarixi abidələr və tikililər, ölkənin elm və təhsilinin 
qədimliyindən xəbər verən ekspozisiya da diqqəti cəlb edir. Bu muzeyi 
məşhurlaşdıran  əsas eksponatlar Misir fironlarının heykəlləri, onların taxtları, 
istifadə etdikləri əşyalar və sarkofaqlardakı mumiyalar və sairdir. 
Bildirildi ki, qədim misirlilərin inancına görə insanı sonsuzluğa qədər 
yaşatmaq üçün onun cəsədini saxlamaq lazımdır. Bunun üçün misirlilər ölmüş 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
153 
 
adamı mumiyalayır, daxili orqanlarını xüsusi qabda saxlayır, sifətinə isə maska 
taxırdılar. Arxeoloji qazıntılar zamanı tapılmış belə mumiyaların bir hissəsi bu 
muzeydə saxlanılır. 
Azərbaycanın birinci xanımı muzeyin fəxri qonaqlar kitabına təəssüratlarını 
yazdı. 
Tanışlıqdan sonra Mehriban xanım  Əliyevaya muzey barədə  məlumat 
kitabı hədiyyə olundu. 
 
AzərTAc 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
154 
 
 
AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA 
SABUNÇU VƏ ƏZİZBƏYOV RAYONLARİNDA BİR SIRA 
OBYEKTLƏRİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR 
 
Uşaqlara qayğı ölkəmizin gələcəyinə qayğıdır 
 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı  səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iyunun 14-də 
Sabunçu rayonunun Bilgəh qəsəbəsində fondun təşəbbüsü ilə tikilib yenicə 
istifadəyə verilmiş 231 nömrəli uşaq bağçasında olmuşdur. 
Uşaqlar Mehriban xanımı gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar. 
Kollektivin, valideynlərin müraciətlərinin araşdırılması  nəticəsində 
müəyyən edilmişdi ki, bağçanın yerləşdiyi bina tam yararsız vəziyyətdədir. 
Bunu nəzərə alaraq, Heydər  Əliyev Fondunun təşəbbüsü ilə burada 80 yerlik 
yeni uşaq bağçası inşa edildi. Müasir avadanlıqla təchiz olunan bağçanın 
yeməkxanası, camaşırxanası və yaşıllıqlar salınmış həyətyanı sahəsi də vardır. 2 
nömrəli uşaq evinin fonda çoxsaylı müraciətləri nəzərə alınaraq, uşaqların yay 
tətilini səmərəli təşkil etmək üçün hazırda bağça müvəqqəti olaraq onların 
istifadəsinə verilmişdir. İndi burada valideyn himayəsindən məhrum olmuş 3-14 
yaşlı 80-dək uşaq dincəlir. 
Mehriban xanım bağçanın  əvvəlki görkəmini  əks etdirən fotoşəkillərə 
baxdı, görülmüş  işlərlə yaxından tanış oldu. Qrup, yataq otaqları, tibb 
məntəqəsi, tərbiyəçilər kabineti və s. otaqlarm təzə avadanlıqla təchiz 
edilməsini, yaradılmış rahat şəraiti yüksək qiymətləndirdi. Foyedəki "Heydər 
Əliyev Fondu", "Uşaqların  əl işləri" foto və  rəsm sərgilərinin də zövqlə  tərtib 
edildiyi bildirildi. 
Uşaqlarla hal-əhval tutan Mehriban xanım onların yay istirahətinin necə 
keçməsi ilə maraqlandı. Hər gün avtobuslarla, müəllimlərin nəzarəti ilə Xəzərin 
sahilinə gəzintiyə getdiklərini həvəslə bildirən uşaqlar buranın təmiz havasının, 
sərinliyinin onlara xüsusi zövq verdiyini, yeməklərin keyfiyyətindən, 
çeşidlərindən məmnun qaldıqlarını söylədilər. Növbə ilə digər yoldaşlarının da 
buraya gəlib dincələcəklərini vurğuladılar, yaradılmış rahatlığa, onlara 
göstərdiyi diqqət və qayğıya görə Mehriban xanıma səmimi sözlərlə  təşəkkür 
etdilər. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
155 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ 
MEHRİBAN XANIM ƏLİYEVA ƏQLİ VƏ FİZİKİ CƏHƏTDƏN 
QÜSURLU UŞAQLARIN TƏHSİL ALDIĞI 
MƏKTƏBLƏRDƏ OLMUŞDUR 
 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 15-
də  Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı 
məktəbində olmuşdur. 
Uşaqlar Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. 
1905-ci ildə inşa edilmiş bu binada məktəb 1927-ci ildən fəaliyyət göstərir. 
Uzun illər təmir olunmayan bina yararsız vəziyyətə düşmüşdü. Mehriban xanım 
2003-cü ildə ilk dəfə buraya gələrkən vəziyyətlə yerində tanış olmuş, onun 
təşəbbüsü ilə məktəbin Heydər Əliyev Fondımım həyata keçirdiyi "Uşaq evləri 
və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində əsaslı şəkildə təmiri və 
yenidən qurulmasına başlanmışdır. 2005-ci ilin yanvarında işlər başa 
çatdırılmışdır. Burada ayrıca daimi istilik sistemi qurulmuş, yeməkxana, idman 
kompleksi də tikilmişdir. Məktəb təzə avadanlıqla tam komplektləşdirilmişdir, 
burada tibb otağı, loqopediya və s. kabinetlər vardır. 
Azərbaycanın birinci xanımının buraya ilk gəlişindən sonra məktəbin 
fəaliyyətində də əsl canlanma yaranmışdır. İndi burada əvvəlkindən 3 dəfə çox, 
əqli və  fıziki cəhətdən zəif inkişaf etmiş 130 uşaq təhsil alır. Bundan iki dəfə 
çox uşağa isə ailələrdə xüsusi tədris proqramı keçirilir. 15 sinif və 6 qrupda 
uşaqların təlim-tərbiyəsi ilə 140 müəllim və  tərbiyəçi məşğul olur. Uşaqlara 
gündə 2 dəfə yemək verilir. Valideynlər iş gününün sonunda onları evlərinə 
aparırlar. 
Məktəbin  əvvəlki və hazırkı  vəziyyətini  əks etdirən fotoguşə, ümummilli 
lider Heydər Əliyevin uşaqlarla unudulmaz görüşlərinə, fondun həyata keçirdiyi 
layihələrə, Mehriban xanımın bu məktəbdə keçirdiyi görüşlərə həsr olunmuş 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə