Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
139 
 
məlumat vermişdir. O, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçi anadan 
olmasının 80 illiyi ilə  əlaqədar bütün xoşməramlı  səfirlər adından təbrik 
etmişdir. 
Mehriban  Əliyevanın çıxışı Heydər  Əliyev Fondunun muğam və 
Pakistandakı  qızlar məktəbi ilə  əlaqədar hazırladığı layihələri  əks etdirən 
slaydlarla müşayiət olunurdu. 
Yığıncaq iştirakçıları Azərbaycanın birinci xanımının çıxışını sürəkli 
alqışlarla qarşılamışlar. 
YUNESKO-nun baş direktoru və xoşməramlı  səfirlər yığıncaqdan sonra 
xatirə şəkli çəkdirmişlər. 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO- 
NUN VƏ İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ,  
MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVA  
DÜNYA SƏHİYYƏ ASSAMBLEYASININ 
60-CI SESSİYASINDA ÇIXIŞ ETMİŞDİR 
 
Mayın 17-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) ali orqanının - 
Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağı keçirilmişdir. 
Yığıncaqda Azərbaycanın birinci xanımı, Heydər  Əliyev Fondunun prezidenti, 
YUNESKO-nun və  İSESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin deputatı 
Mehriban  Əliyevanın səhiyyə sahəsində xidmətlərinə görə  İhsan Doğramacı 
Ailə Sağlamlığı Fondunun mükafatına layiq görüldüyü bildirilmişdir. Mükafat 
təqdim olunduqdan sonra Mehriban ƏLİYEVA çıxış edərək demişdir: 
- Xanım sədr! 
Xanım baş direktor! 
Xanımlar və cənablar! 
İlk növbədə, mən bütün iştirakçıları salamlamaq, xeyirxah fəaliyyətinizdə 
sizə uğurlar arzulamaq istərdim. 
Dünya. Səhiyyə  Təşkilatı planetimizdə yaşayan bütün xalqlar üçün 
sağlamlığın mümkün qədər  ən yüksək səviyyəsinin təmin edilməsi naminə 
çalışan əsil universal təsisatdır. 
Burada olmaq və Dünya Səhiyyə Təşkilatının bu mükafatını almaq böyük 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
140 
 
şərəfdir. Məni bu cür yüksək mükafata layiq gördüklərinə görə DST-nin 
İcraiyyə  Şurasına və professor İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun 
seçim heyətinə minnətdarlığımı bildirmək istəyirəm. 
Əminəm ki, bu mükafat ölkəmdə ana, uşaq və ailə sağlamlığının 
yaxşılaşdırılması  məqsədilə göstərdiyim səyləri daha da gücləndirəcəkdir. Bu 
mükafat mənim üçün çox önəmlidir, çünki o, böyük hörmət və ehtiram 
bəslədiyim şəxsin, professor İhsan Doğramacının adını daşıyır. 
Dünya  şöhrətli pediatr və böyük xeyriyyəçi, professor İhsan Doğramacı 
bütün həyatını  uşaqların sağlamlığı  və ali təhsili kimi yüksək amallara həsr 
etmişdir. Dünya Səhiyyə Təşkilatının yaradıcılarından biri, onun nizamnaməsinə 
imza atmış, bu təşkilatın canlı tarixi sayılan belə böyük şəxsiyyət tərəfindən 
təltif edilmək mənim üçün böyük şərəfdir.  Əfsuslar olsun ki, professor 
Doğramacı bu tədbirdə  iştirak edə bilmədi. Mən öz adımızdan ona qarşıdan 
gələn bir çox illər ərzində möhkəm cansağlığı və səadət arzulayıram. 
Hazırda sürətlə inkişaf edən Azərbaycanda yaşayan hər bir şəxsin həyat 
tərzini və sağlamlığını köklü şəkildə yaxşılaşdırmaq üçün bir çox imkanlar var. 
Azərbaycanda səhiyyə sistəminin müasirləşdirilməsi haqqında dövlət proqramı 
uğurla həyata keçirilir. Təkcə son iki il ərzində ölkəmizdə onlarca müalicə-
diaqnostika mərkəzləri tikilmişdir. Onların hamısı ən müasir avadanlıqla təchiz 
olunur. Biz gənc həkimlərimizin təhsilinə xüsusi diqqət yetiririk. Məqsədimiz 
ölkədə  ən yüksək dünya standartlarına cavab verən səhiyyə sisteminin 
qurulmasıdır. Əminəm ki, hazırkı sürətlə biz yaxm gələcəkdə öz məqsədlərimizə 
nail olacağıq. 
Dünya Səhiyyə  Təşkilatı ilə Azərbaycan arasında  əməkdaşlıq çox 
səmərəlidir. Bu təşkilat Azərbaycanda tibbi təhsil, təhlükəsiz immunlaşdırma, 
ana və  uşaqların sağlamlığının qorunması kimi sahələrdə bir sıra layihələr 
həyata keçirir. İnanıram ki, əməkdaşlığımız gələcəkdə daha səmərəli olacaqdır. 
Məni təltif etdiklərinə görə, Dünya Səhiyyə  Təşkilatına və  İhsan 
Doğramacı Ailə Sağlamlığı Fonduna sonda bir daha minnətdarlığımı bildirir, bu 
mükafatı Azərbaycanda işləyən bütün həkimlərin və səhiyyə işçilərinin əməyinə 
verilən qiymət kimi qəbul edirəm. 
Mən sizə uğurlar, möhkəm cansağlığı və səadət arzulayıram. Sağ olun. 
(Mehriban Əliyevanın çıxışı alqışlarla qarşılanmışdır). 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
141 
 
AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA 
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ CENEVRƏDƏKİ 
BÖLMƏSİNİN BAŞ DİREKTORU SERGEY 
ORCONİKİDZE İLƏ GÖRÜŞMÜŞDÜR 
 
Azərbaycanın birinci xanımı, Heydər  Əliyev Fondunun prezidenti, 
YUNESKO və  İSESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin deputatı 
Mehriban  Əliyeva Cenevrəyə  səfəri çərçivəsində mayın 18-də Birləşmiş 
Millətlər Təşkilatının Cenevrədəki bölməsinin iqamətgahına gəlmişdir. 
Mehriban xanımı iqamətgahın önündə bölmənin protokol rəisi Sergey 
Şapoşnikov ehtiramla qarşılamışdır. 
Burada Mehriban Əliyeva və BMT-nin Cenevrədəki bölməsinin baş 
direktoru Sergey Orconikidzenin görüşü keçirilmişdir. Görüşdə BMT ilə 
Azərbaycan arasında sıx  əməkdaşlıq  əlaqələri barədə fikir mübadiləsi 
aparılmışdır. 
Baş direktor Mehriban xanım  Əliyevanı ana və  uşaqların, ailənin 
sağlamlığının qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə 
Dünya Səhiyyə Təşkilatı tərəfindən İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun 
mükafatına layiq görülməsi münasibətilə  təbrik etmiş, Azərbaycan Prezidenti 
İlham  Əliyev və xanımı ilə Cenevrədə görüşünü xatırlatmışdır. Azərbaycanla 
BMT arasında əməkdaşlıqdan danışan Sergey Orconikidze Azərbaycanın BMT 
sistemində artan rolunu vurğulamış, ölkəmizin bu təşkilatda layiqincə  təmsil 
olunduğunu bildirmişdir. O, BMT-nin Cenevrə bölməsinin iqamətgahında 
"Azərbaycan otağı"nın açılmasını mühüm hadisə, ikitərəfli  əməkdaşlığın bariz 
nümunəsi kimi səciyyələndirmişdir. 
Mehriban Əliyeva onun ünvanına söylədiyi xoş sözlərə görə baş direktora 
təşəkkür etmiş, dünyada, ölkələr və xalqlar arasında sülhün, əmin-amanlığın 
qorunub saxlanmasında BMT-nin səylərini yüksək qiymətləndirmişdir. 
Azərbaycanın birinci xanımı  rəhbərlik etdiyi Fondun təhsil və  mədəniyyətlə 
yanaşı, səhiyyənin inkişafı sahəsində gördüyü işlər barədə də  məlumat vermiş, 
ölkəmizdə müasir tipli yeni xəstəxana və tibb ocaqlarının tikildiyini bildirmişdir. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə