Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
136 
 
qiymətləndirdi və bunun Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət 
kəsb etdiyini vurğuladı. O, Azərbaycanın dini azadlığa hörmət edilməsi 
baxımından nümunəvi ölkə olduğunu bildirdi və 2007-ci ildə  İslam Konfransı 
Təşkilatı  tərəfindən Bakıda "Dözümlülüyün təbliğ olunmasında kütləvi 
informasiya vasitələrinin rolu" mövzusunda keçiriləcək konfrans ilə maraqlandı. 
Bu konfransın Azərbaycanda keçirilməsinin ölkəmiz üçün mühüm olduğunu 
qeyd edən Mehriban xanım Karen Hyuzu bu tədbirə dəvət etdi. 
Mehriban  Əliyeva ABŞ dövlət katibinin demokratiya və qlobal məsələlər 
üzrə müavini Paula Dobryanski ilə görüşmüşdür. Görüşdə ümumi təhlükələr, 
xüsusilə quş qripi xəstəliyinin qarşısının alınması istiqamətində iki ölkənin 
əməkdaşlığı məsələləri müzakirə edildi və xanım Dobryanski bu işdə ölkəsinin 
Azərbaycana hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirdi. Ölkələrimiz 
arasında iqtisadi və  təhlükəsizlik məsələləri üzrə  işçi qruplarının fəaliyyət 
göstərdiyini qeyd edən Paula Dobryanski həmçinin demokratiya və insan 
hüquqları məsələləri üzrə də müzakirələrin keçirilməsinin zəruriliyinə toxundu. 
O, Azərbaycanın müasir dünyəvi dövlət kimi Qərblə islam aləmi arasında körpü 
rolunu oynaya biləcəyini bildirdi. 
Azərbaycanda tam dini və etnik tolerantlığın mövcud olduğunu qeyd edən 
Mehriban  Əliyeva YUNESKO və  İSESCO-nun xoşməramlı  səfiri kimi bu 
istiqamətdə bütün təkliflərə açıq olduğunu vurğuladı. Görüş zamanı 
Azərbaycanın birinci xanımı ölkəmizdə demokratik təsisatların daha da 
təkmilləşdirilməsi üçün görülən tədbirlər barədə də danışdı. 
Mehriban xanım Əliyevanın ABŞ-a işgüzar səfəri başa çatmışdır. 
 
AzərTAC 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
137 
 
PARİSDƏ YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRLƏRİNİN 
İLLİK HESABAT YIĞINCAĞl KEÇİRİLMİŞDİR 
 
Aprelin 3-də Parisdə YUNESKO-nun əsas iqamətgahında qurumun 
xoşməramlı səfirlərinin ənənəvi illik hesabat yığıncağı keçirilmişdir. 
Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı  səfiri, Milli 
Məclisin deputatı Mehriban Əliyevanı iqamətgahın qarşısında təşkilatın protokol 
idarəsinin rəhbəri Jan Lük Şan və digər rəsmi şəxslər qarşılamışlar. 
YUNESKO-nun baş direktoru Koişiro Matsuura Mehriban xanım 
Əliyevanı səmimi salamlamışdır. 
Yığıncağı  təşkilatın baş direktoru Koişiro Matsuura açmışdır. O, 
xoşməramlı səfirləri 7-ci illik hesabat münasibətilə təbrik etmiş, onların son bir 
il ərzində gördükləri işlər barədə müfəssəl məlumat vermişdir. 
Baş direktor müxtəlif qitələri və ölkələri təmsil edən səfirlərin dünyanı 
narahat edən bir çox problemlərin həllində fəal iştiraklarını xatırlatmış, təşkilata 
hərtərəfli yardım göstərdiklərini, YUNESKO-nun davamlı inkişafı xüsusi 
diqqətdə saxladığını vurğulamışdır. 
Təhsil sahəsindən söhbət açan baş direktor hələ  də dünyada milyonlarla 
uşağın təhsildən kənarda qaldığını bildirmiş, YUNESKO tərəfindən keçirilmiş 
beynəlxalq konfranslardan danışmışdır. O, Azərbaycanın birinci xanımının 
fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında yaranmış  sıx 
əməkdaşlığı, təhsillə bağlı regional konfransın 2008-ci ildə Bakıda keçirilməsi 
barədə Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndirmişdir. 
Yığıncaqda Mehriban xanım  Əliyeva çıxış etmişdir. Mehriban xanım 
çıxışının əvvəlində baş direktoru və həmkarlarını ənənəvi illik hesabat yığıncağı 
münasibətilə salamlamışdır. Azərbaycanın birinci xanımı YUNESKO tərəfindən 
tərəfdaşlıq məsələsi ilə  əlaqədar Qətərdə keçirilmiş regional konfransı 
xatırlatmış, xoşməramlı  səfirləri "Hamı üçün təhsil" proqramı  çərçivəsində 
2008-ci ilin iyul ayında Azərbaycanda keçiriləcək yekun regional konfransa 
dəvət etmişdir. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
138 
 
Ötən ilin "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı 
ratifikasiya etmiş ölkələrin Baş  Məclisinin 2006-cı il iyun ayının 26-da 
keçirilməsi ilə yadda qaldığını xatırladan Mehriban xanım  Əliyeva 
Azərbaycanın cari ilin mart ayında bu Konvensiyanı ratifikasiya etdiyini 
bildirmişdir. Mehriban Əliyeva qeyri-maddi irsin qorunması və təbliğinin ümdə 
vəzifə olduğunu vurğulamış  və bu sahədə ölkəmizdə görülən işlərdən söhbət 
açmışdır. 
Heydər Əliyev Fondunun son bir ildəki fəaliyyətindən danışan xoşməramlı 
səfir həmin fəaliyyətin səmərəli olduğunu xüsusi vurğulamış, təhsil, elm, 
mədəniyyət, səhiyyə və ətraf mühitin qorunması kimi sahələrdə fondun öz işini 
davam etdirdiyini, bir sıra layihələrin artıq başa çatdırıldığını, "Yeniləşən 
Azərbaycana yeni məktəb" proqramının uğurla həyata keçirildiyini bildirmişdir. 
Mehriban  Əliyeva demişdir ki, Heydər  Əliyev Fondu, Vaşinqton Elmlər 
Akademiyası  və YUNESKO Bakıda orta əsr  əlyazmalarında tibb və  əczaçılıq 
mövzusunda ilk beynəlxalq konfrans təşkil etmişdir. Hazırda ölkəmizdə təbabətə 
dair 3 qiymətli  əlyazma qorunub saxlanılır və onlar ümumdünya yaddaş 
qeydiyyatına salınmışdır. Bu əlyazmalar bütün bəşəriyyət üçün böyük 
əhəmiyyət daşıyır. 
Memarlıq abidələrinin bərpasında Heydər  Əliyev Fondunun fəal iştirakını 
xatırladan Mehriban Əliyeva son vaxtlar Azərbaycanda bir çox tarixi və dini 
abidələrin bərpa edildiyini xatırlatmış, eyni zamanda, fondun ölkəmizin 
hüdudlarından kənardakı ümumbəşəri  əhəmiyyət daşıyan mədəni abidələrin 
bərpasında da iştirakını vurğulamış, Parisin yaxınlığında, Versalda bərpa 
işlərində Heydər Əliyev Fondununun əməli fəaliyyət göstərdiyini bildirmişdir. 
Azərbaycanın qeyri-maddi mədəni irslərindən biri olan muğamın 
qorunması və təbliği üçün bir çox işlər görüldüyünü deyən Mehriban Əliyeva bu 
sahədə Azərbaycana hərtərəfli kömək göstərmiş YUNESKO-ya minnətdarlığını 
bildirmişdir. Cənab K.Matsuuranın iştirakı ilə Bakıda təməli qoyulmuş 
Beynəlxalq Muğam Mərkəzinin tikintisinin davam etdirildiyini, 2008-ci ilin 
yayında mərkəzin açılışı ilə  əlaqədar keçiriləcək təntənəli tədbirdə baş 
direktorun iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir. 
Mehriban xanım  Əliyeva çıxışının sonunda Heydər  Əliyev Fondunun 
Pakistandakı  qızlar məktəbi ilə  əlaqədar həyata keçirdiyi  layihə barədə  də 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə