Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə46/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
142 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, 
YUNESKO-NUN VƏ İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, 
MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVA 
BMT-NİN CENEVRƏDƏKİ BÖLMƏSİNİN İQAMƏTGAHINDA 
"AZƏRBAYCAN OTAĞI"NIN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR 
 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO və  İSESKO-nun 
xoşməramlı  səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Dünya Səhiyyə 
Assambleyasının 60-cı sessiyasında iştirakı çərçivəsində mayın 18-də BMT-nin 
Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışında iştirak 
etmişdir. 
Açılış  mərasiminə BMT-nin Cenevrədəki bölməsi yanında akkreditə 
olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların yüksək 
vəzifəli təmsilçiləri, ölkəmizin daimi nümayəndəliyinin və  səfirliyinin 
əməkdaşları toplaşmışdılar. 
BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Sergey Orconikidze və 
Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsmiş, "Azərbaycan Respublikası 
tərəfindən təmir edilmiş  və  bəzədilmişdir. 2007" - sözləri yazılmış lövhənin 
üzərindəki örtüyü götürmüşlər. 
Mehriban xanım  Əliyeva ölkəmizi təmsil edən eksponatlar - İçərişəhərin 
təsvir edildiyi tablo, Bakıda, Qarabağda və Qubada toxunmuş XVII və XVIII 
əsrlərə aid xalçalar haqqında baş direktora məlumat vermişdir. 
Mərasimdə  çıxış edən Sergey Orconikidze Azərbaycanı başqa ölkələrə 
örnək göstərərək belə otaqların açılmasının BMT və onun məqsədləri üçün çox 
dəyərli töhfə olduğunu xüsusi vurğulamış, yaxın vaxtlarda "Azərbaycan 
otağı"nda mühüm tədbirlərin keçiriləcəyini bildirmişdir. 
Mehriban xanım  Əliyeva çıxışında otağın bərpa olunmasında yaxından 
iştirak etmiş BMT bölməsinin rəhbərliyinə  təşəkkürünü bildirmişdir. Son illər 
Azərbaycanda   mühüm   layihələrin   həyata   keçirildiyini,   beynəlxalq   
aləmdə 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
143 
 
ölkəmizin nüfuzunun getdikcə artdığını xatırladan Mehriban Əliyeva 
respublikamızın iqtisadi qüdrətinin dinamik şəkildə yüksəldiyini vurğulamışdır. 
Ölkəmizin  ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsindən danışan Mehriban xanım  Əliyeva işğalçılıq siyasəti 
yeridən Ermənistanın ərazilərimizin 20 faizini zəbt etdiyini, doğma yurdlarından 
silah gücünə  çıxarılmış bir milyondan artıq insanın qaçqın və  məcburi köçkün 
vəziyyətində yaşadığını bildirmişdir.  İşğalçı dövlətin zəbt etdiyi ərazilərdən 
silahlı qüvvələri qeyd-şərtsiz çıxarması barədə BMT Təhlükəsizlik  Şurasının 
dörd qətnaməsinə indiyə  qədər  əməl etmədiyini bildirən Azərbaycanın birinci 
xanımı beynəlxalq təşkilatları  məsələnin sülh yolu ilə  həllində öz təsir 
imkanlarından istifadə etməyə çağırmışdır. 
Mərasimdə iştirak edən qonaqlar Mehriban xanımı "Azərbaycan otağı"nm 
açılması münasibətilə təbrik etmişlər. 
Baş direktor Sergey Orconikidze Mehriban Əliyevanı böyük ehtiramla yola 
salmışdır. 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN 
VƏ İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN 
DEPUTATİ MEHRİBAN ƏLİYEVA İSVEÇRƏDƏKİ 
SOYDAŞLARIMIZLA GÖRÜŞMÜŞDÜR 
 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Cenevrəyə 
səfəri çərçivəsində mayın 18-də bu ölkədə işləyən və təhsil alan soydaşlarımızın 
bir qrupu ilə görüşmüşdür. 
Azərbaycanın  İsveçrə  və Vatikandakı  səfiri, BMT-nin Cenevrədəki 
bölməsində  və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Elçin 
Əmirbəyov görüş iştirakçıları barədə Mehriban Əliyevaya məlumat vermişdir. 
Görüşdən məmnunluq duyduğunu söyləyən Mehriban xanım xarici 
ölkələrdə çoxlu sayda azərbaycanlı mütəxəssislərin çalışdığını  və  gənclərin 
təhsil aldığını bildirmişdir. Son illər ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf 
etdiyini,  əhalinin yaşayış  səviyyəsinin xeyli yaxşılaşdığını xatırladan 
Azərbaycanın birinci xanımı respublikamız haqqında həqiqətlərin dünyaya, o 
cümlədən avropalılara çatdırılmasında xaricdəki soydaşlarımızın böyük qüvvə 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
144 
 
olduğunu xüsusi vurğulamışdır. 
Gənclərin xarici ölkələrdə  təhsil almasından danışan Mehriban Əliyeva 
bildirmişdir ki, Azərbaycan Prezidenti bu məsələyə böyük diqqət yetirir və 
xüsusi sərəncam imzalamışdır. Yüksək səviyyəli mütəxəssislər yetişdirmək 
məqsədi ilə gələcəkdə minlərlə azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa 
göndəriləcək və dövlət onlara hərtərəfli qayğı göstərəcəkdir. 
Görüşün sonunda Mehriban xanım iştirakçılarla xatirə şəkli çəkdirmişdir. 
 
AZƏRBAYCANIN BİRİNCİ XANIMININ 
ŞƏRƏFİNƏ ZİYAFƏT VERİLMİŞDİR 
 
Dünya Səhiyyə  Təşkilatının yüksək mükafatına layiq görülmüş 
Azərbaycanın birinci xanımı, Heydər  Əliyev Fondununun prezidenti, 
YUNESKO və  İSESKO-mm xoşməramlı  səfiri, Milli Məclisin deputatı 
Mehriban Əliyevanın şərəfinə mayın 18-də Cenevrədə ziyafət verilmişdir. 
Ziyafətdə Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan, Dünya 
Səhiyyə Assambleyasının 60-cı sessiyasının sədri, Avstraliyanın səhiyyə naziri 
Ceyn Halton, BMT-nin Cenevrədəki bölməsinin baş direktom Sergey 
Orconikidze, BMT-nin İnsan Hüquqları üzrə ali komissarının müavini Kunq 
Van Kanq, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı direktoru Marik 
Belka, beynəlxalq təşkilatların rəhbərləri və akkreditə olunmuş diplomatik 
korpusun nümayəndələri iştirak edirdilər. Azərbaycan Respublikasının  İsveçrə 
və Vatikandakı  səfiri, BMT-nin Cenevrədə bölməsi və digər beynəlxalq 
təşkilatlar yanmda daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov Mehriban 
Əliyevanı Dünya Səhiyyə  Təşkilatının yüksək mükafatına layiq görülməsi 
münasibətilə qonaqlar adından təbrik etmişdir. O, Azərbaycanın birincı 
xammının rəhbərlik etdiyi Heydər  Əliyev Fondunun fəaliyyəti barədə  də 
məlumat vermişdir. 
Səfir Mehriban xanımın ana, uşaq və ailə sağlamlığının qorunması, 
valideyn qayğısından məhrum olmuş  uşaqlara qayğı göstərilməsi sahəsində 
xidmətlərindən danışmışdır. O demişdir ki, Mehriban Əliyevanm rəhbərliyi ilə 
Heydər Əliyev Fondu səhiyyə ilə yanaşı, tehsilin, idmanın inkişafı, mədəni irsin, 
ekologiyanın qorunması, Azərbaycanın xaricdə  təbliği sahəsində çox işlər 
görmüşdür. Bütün bunlara görə Azərbaycanın birinci xanımına 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə