Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
127 
 
habelə dünyanın digər ölkələrinə təhsil almaq, yeni fürsətlər əldə etmək, onları 
həvəsləndirmək və  təhsillərini bitirdikdən sonra ölkənin xalqına xidmət 
göstərmələri məqsədi ilə Azərbaycana qayıtmaq üçün səfərlərini mümkün 
edəcək tələbə təqaüdlərinin verilməsi ilə bağlı çox gözəl fıkir bəyənildi. 
Bakı şəhərinin özündə gözəçarpan təkmilləşdirmə işləri ilə bağlı hərtərəfli 
planı müzakirə edən Prezidentin bu barədə söylədiyi fıkirlərini eşitməkdən 
məmnun olduq. Həmin vaxt mən dedim ki, ölkənizə etdiyim ilk səfərim zamanı 
ötən əsrdən qalan neft biznesinin qalıqlarını gördüm və bu qalıqların təqribən üç 
milyon insanın yaşadığı  şəhərin mərkəzi yerlərində  və  kənarda, bəzi hallarda 
neft ilə qarışıq su, digər tullantılar formasında olduğunu bildirdim. Bunun, sözün 
əsl mənasında, ekoloji bir faciə olduğunu söylədim. Prezident bu sözlə razılaşdı 
və dedi ki, bu məsələ onu daim düşündürür və onun gündəliyində durur. Mən 
bunu ona görə xatırladıram ki, eyni məsələni Bakı və Prezidentin planları barədə 
lazımi şəkildə xəbəri olan beynəlxalq neft şirkətlərinin rəhbərləri və digər biznes 
dairələri ilə də müzakirə etmişəm. Lakin, səmimi desək, onlar heç bilmirdilər ki, 
Prezidentin ətraf mühit və sağlamlıq şəraitinin kəskin şəkildə dəyişdirilməsi ilə 
bağlı planları bu dərəcədə geniş  və  əhatəlidir. Bu planlarda tarixən qalmış 
tullantıların təmizlənməsi ilə yanaşı, yeni çirklənmənin qarşısının alınması da 
nəzərdə tutulur. 
Mən Azərbaycan Prezidentinin böyük arzu və maraqla Birləşmiş  Ştatlara 
səfər etdiyini müşahidə etdim. O, buraya yaxşı  xəbərlərlə  gəlmişdi. Prezident 
Əliyev, eyni zamanda, öz amerikalı dostları ilə geniş söhbət aparmaq üçün səfər 
etmişdi. O, bizə ölkənin təhlükəsizliyi barədə danışdı. Azərbaycan dünyanın 
çətin və təhdid dolu coğrafı məkanında yerləşir. Burada nəhəng təbii sərvətlər və 
resurslar var. 
Mən 2005-ci ildə "Britiş Petroleum" şirkətinin vertolyotu ilə  dənizdə 
qazma  əməliyyatları aparılan neft platformasına gəldim və oradakı  vəziyyəti 
öyrəndim. Aparılan qazma işlərinin texniki tərəfini, digər qazma qurğularını 
öyrənməyə, eləcə də neft və qaz ehtiyatlarını dənizin dibində aşkar edən "geoloji 
şəkillərin çıxarılması" adlanan texnologiya ilə tamş olmağa və təbii qazı çıxaran 
paralel boruları görməyə çalışdım. Bu ölkənin təbii qazı Tbilisiyə, Gürcüstana 
və sonra isə Türkiyəyə çatdırılacaqdır. Bu məqsədlə görüləcək təhlükəsizlik 
tədbirləri barədə    eşitdim.   Türkiyə    tərəfinin  bu  məsələyə  münasibətini  
öyrəndim  və 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
128 
 
anladım ki, bütün bu işlər həmin üç ölkənin təhlükəsizliyinin 
möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir. 
Mən Qazaxıstana səfər etdiyim zaman boru kəmərinin Xəzər dənizinin dibi 
ilə çəkilməsinin və Bakı ilə birləşdirüməsinin vacibliyini söylədim. Hesab etdim 
ki, belə olan halda, Bakı-Tbilisi-Ceyhan boru kəməri həm Qazaxıstana, həm də 
Azərbaycan, Gürcüstan və Türkiyəyə  əlavə təhlükəsizliyi təmin edəcəkdir. Bu, 
Avropaya da aiddir. Bütün bunlar bu axşam toplaşdığımız mərasimdə xatirimə 
gələn fıkirlərdir. Çünki biz nəinki olduqca mühüm yeni fiirsət və imkanları, 
habelə inkişaf edən ölkənin Prezidentinin, onun parlamentinin bütün dünya və 
öz vətəndaşları naminə vacib planlarını qeyd edirik. 
Prezident Əliyevin dediyi kimi, Azərbaycanda bir il ərzində ümumi daxili 
məhsulun real artımı 34 faizdən çox olmuşdur. Təbii ki, bu rəqəm ölkənizin əldə 
edəcəyi son nəticə demək deyildir. Yalnız bir neçə ölkə belə artıma nail ola 
bilmişdir. Bir çoxları bu cür səviyyəni heç vaxt əldə etməmişlər. Adətən, 8, 9 və 
ya 10 faiz real artıma nail olmuş ölkələr bu baxımdan xüsusi misal kimi 
göstərilir. Dövləti idarə etmək qabiliyyəti və bacarığı olmayan halda, bütün 
bunlar uzun çəkmir. 
Mən demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində 
azərbaycanlıların göstərdiyi səyləri alqışlayıram. Bu, beynəlxalq ictimaiyyət 
arasında müzakirə mövzusu olmuşdur. 2005-ci ildə senator Obama ilə  səfərim 
zamanı biz seçki proseslərini, namizədlərin qeydiyyata alınmasını izlədik. Biz 
yüzlərlə insanın arzu və istəklərini öyrənməyə çalışdıq. Mən seçki haqqında bir 
neçə söz söyləmək istəyirəm. Azərbaycana gəldikdə, bu, istənilən sürətlə irəliyə 
doğru addımlar atmaq baxımından asan bir proses deyildir. Keçmişdə səhvlər və 
çətinliklər də olmuşdur. Vaşinqtona səfər edən Prezident Əliyev onların  əksər 
hissəsini qəbul etmiş və səhvlərin aradan qaldırılması ilə bağlı görülən tədbirlər 
barədə məlumat vermişdir. 
Mən bütün bunları ona görə deyirəm ki, demokratik təsisatların inkişaf 
etdirilməsi ölkənin tərəqqisi və resurslardan müdrik şəkildə istifadə üçün çox 
vacibdir. Bu mövzu burada, Vaşinqtonda diqqət mərkəzində olaraq qalır. Eyni 
zamanda, nəhəng enerji resursları və inkişaf məsələləri apardığımız danışıqların 
vacib tərəfini təşkil edir. Lakin bu gün həmçinin o faktı da qeyd edirik, hər iki 
ölkədə  biz  xalqın,   hər bir  vətəndaşın  arzuları  və  imkanları  haqqında  çox 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
129 
 
səmərəli şəkildə düşünürük. Tələbə təqaüdləri, biznes və ticarət əlaqələri, musiqi 
və incəsənət sahəsində əməkdaşlığa dair təcrübəmizlə bölüşməliyik. 
Mən Azərbaycana və xüsusən də, iki ölkə arasındakı dostluğa olan 
marağımı sadəcə ifadə etmək üçün yaradılmış bu fürsətə görə minnətdaram. Çox 
sağ olun. 
Ceyms BEYKER: Senator Luqar, çox sağ olun. 
Xanımlar və  cənablar, indi isə  mən ARŞ-Azərbaycan Ticarət Palatasının 
"Azadlığın dəstəklənməsi" mükafatını senator Luqara təqdim etməkdən 
məmnunluğumu bildirmək istəyirəm. ABŞ-Azərbaycan Ticarət Palatasının 
Azadlığın dəstəklənməsi" mükafatı Azərbaycanda müstəqilliyə, sülhə, 
demokratiyaya, şəxsi azadlıqlara və iqtisadi inkişafa böyük töhfə vermiş şəxslərə 
verilir. Bu sahəyə töhfəsinə görə bu axşam həmin mükafatın senator Luqara 
təqdim edilməsindən olduqca məmnunam. 
Riçard LUQAR: Mən, adətən, mükafat qəbul edəndə dediyim sözlər qısa 
olur. Sadəcə, ən səmimi minnətdarlığımı  və xoş sözlərimi bildirmək istəyirəm. 
Mən badəni ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə qaldırır, 
sizə qarşıdakı uzun illər ərzində bir çox xoş arzularımı çatdırıram. Sağ olun. 
Ceyms BEYKER: İndi isə mən Azərbaycan Respublikasının birinci xanımı 
Mehriban  Əliyevanı  təqdim etmək istəyirəm. O, qısa nitqlə  çıxış edəcək və 
sonra isə ona mükafatın verilməsi mərasimi olacaqdır. 
Xanım  Əliyeva mədəniyyətlə maraqlanır və  mərhəmətli fəaliyyətlə 
məşğuldur. 1988-ci ildən 1992-ci ilə  qədər o, Moskvanın Elmi Tədqiqat Göz 
Xəstəlikləri  İnstitutunda işləyibdir. 1995-ci ildə xanım  Əliyeva Azərbaycan 
Mədəniyyətinin Dostları Fondunu yaratmışdır və hazırda ona rəhbərlik edir. 
1996-cı ildə o, Azərbaycan, ingilis və rus dillərində çıxan "Azərbaycan-İrs" adlı 
mədəniyyət-tarix jurnalı  təsis etmiş  və  həmin jurnalın baş redaktoru olmuşdur. 
2002-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir. 
Onun bu sahədə apardığı  fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyasının 
2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatını Azərbaycanda keçirmək 
qərarı ilə nəticələnmişdir. 
Eyni zamanda, o, 2004-cü ildə yaradılmış Heydər  Əliyev Fonduna 
rəhbərlik edir. Elə həmin ildə şifahi və musiqi ənənələrinin təşviq olunması üzrə 
YUNESKO-nun   xoşməramlı   səfiri   təyin   edilmişdir.   Həmin   ilin   sonunda 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə