Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə53/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   47   48   49   50   51   52   53   54   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
165 
 
HEYDƏR ƏLİYEV FONDUNUN 
TƏLİM-TƏDRİS MƏRKƏZİNİN AÇILIŞI OLMUŞDUR 
 
Martın 16-da Bakının Nizami rayonunda Heydər Əliyev Fondunun Təlim-
Tədris Mərkəzinin açılışı olmuşdur. Fondun prezidenti, YUNESKO-nun və 
İSESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 
mərasimdə iştirak etmişdir. 
Uşaqlar Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. 
2005-ci ilin noyabrında inşasına başlanmış, 1500 kvadratmetr sahəsi olan 
üçmərtəbəli bina bütün fənlər üzrə ali məktəblərə, eləcə  də ondan sonrakı 
mərhələlər üçün hazırlıq kurslarının təşkili məqsədilə tikilmişdir. Burada hər 
növbədə 100 nəfər olmaqla gündə 3 növbədə 300 nəfərin məşğul olması üçün 
rahat  şərait yaradılmışdır. Fənlərdən və  uşaqların sayından asılı olaraq, 3, 4, 8 
nəfərlik otaqlar təzə, rahat avadanlıqla təchiz olunmuşdur. Valideynlər üçün 
gözləmə otağı da var. Hər mərtəbənin foyesində ümummilli lider Heydər 
Əliyevin uşaqlara sonsuz məhəbbətini, diqqət və qayğısını  əks etdirən 
fotostendlər, rəsm əsərləri asılmış, divan-kreslolar, jurnal stolları qoyulmuşdur. 
Ayrıca istilik sistemi, sanitar qovşağı olan mərkəzin konfrans salonunda 
müxtəlif  tədbirlərin keçirilməsi üçün elektron avadanlıq quraşdırılmışdır. 
Burada paytaxtın bütün məktəbləri tədbirlərini keçirə biləcək, uşaqlar üçün 
tanınmış alim və mütəxəssislərin mühazirələri, onlarla görüşlər təşkil 
olunacaqdır. Fondun balansında olan mərkəzin imkanlarından heç bir 
məhdudiyyət qoyulmadan arzu edən bütün məktəblilər, gənclər istifadə 
edəcəklər. Özünümaliyyələşdirmə prinsipi ilə  fəaliyyət göstərəcək mərkəzdə 
imkansız ailələrin uşaqları üçün güzəştlər nəzərdə tutulacaq, uşaq evlərindən və 
internat məktəblərindən gələnlər isə pulsuz məşğul olacaqlar. Mərkəzin 
həyətində istirahət guşələri yaradılmış, yaşıl xiyaban salınmışdır. 
Mərkəzin xidməti və sinif otaqları ilə tanış olan Mehriban xanım yüksək 
sürətli  internetə  qoşulu kompyuterlərin alınıb  quraşdırılmasından,  kompyuter 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
166 
 
salonunun zövqlə  tərtib edilməsindən, bütövlükdə görülən işin keyfiyyətindən 
razı qaldığını bildirdi. 
Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva ilə söhbətində bu 
mərkəzin imkanlarından gənc nəslin yüksək elmi-nəzəri, praktik biliklərə 
yiyələnməsi üçün səmərəli istifadə edilməsi ilə bağlı tövsiyələrini, təkliflərini 
bildirən Mehriban xanım, mərkəzin müəllim və rəhbər kadrlarının ən nümunəvi, 
bilikli, peşəkar insanlardan seçilməsində Fonda kömək göstərməyi də xahiş etdi
birgə fəaliyyət üçün təkliflər hazırlanmasının gərəkliyini vurğuladı. 
 
*** 
 
Mehriban xanım sonra Nizami rayonundakı 1 nömrəli uşaq evində Heydər 
Əliyev Fondunun təşkil etdiyi Novruz şənliyində iştirak etdi. 
Uşaq evinin sakinləri Azərbaycanın birinci xanımını böyük səmimiyyətlə, 
gül-çiçəklə qarşıladılar. 
Bayramsayağı bəzədilmiş foyedə uşaqların ifa etdikləri oynaq mahnılar və 
rəqslər görüşə xoş ovqat bəxş etdi. Milli geyimli oğlan və qızların xalı, geyim, 
bəzək  əşyalarını bacarıqla toxuması, onların  əl işlərinin sərgisi Mehriban 
xanımda xüsusi maraq doğurdu. 
Mehriban xanım uşaq tərbiyə müəssisəsinin bahar rəngləri ilə  bəzədilmiş 
yeməkxanasında Novruz bayramı münasibətilə hazırlanmış musiqili-əyləncəli 
kompozisiyaya da tamaşa etdi. Fondun əməkdaşları masalar üstünə  hər cür 
bayram şirniyyatı, meyvə-tərəvəz düzmüş, xidmətçilərlə birlikdə uşaqlara qulluq 
edirdilər. 
2003-cü ildən fəaliyyətə başlayan, dəfələrlə respublika müsabiqələrinin 
qalibi olmuş, xarici ölkələrə  səfərlər etmiş "Azəri" mahnı  və  rəqs ansamblının 
çıxışları  hərarətlə qarşılandı. Ansamblın bədii rəhbəri Rövşən Məmmədov, 
baletmeysteri Nazim Abdullayevdir. Kollektiv İstanbulda keçiriləcək  ənənəvi 
uşaq bayramında iştirak etmək üçün apreldə Fondun maliyyə dəstəyi ilə qardaş 
Türkiyəyə gedəcəkdir. Təravət və İbrahimin oynadığı müasir bal rəqsi, Yasəmən 
və Yalçının "Naz eləmə" rəqsi, ansamblın ifa etdiyi "Çobanlar", "Arpa çay", 
"Azərbaycanım" mahnı-rəqsləri, balaca aktyorların Novruz personajlı 
yumoristik səhnələri, şənlik iştirakçılarının hamılıqla "Yallı" getməsi əsl bayram 
ovqatından xəbər verirdi. 
Fondun Prezidenti özü ilə bir masa arxasında oturmuş uşaqlara bayram 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
167 
 
plovu çəkdi, onlarla birlikdə əyləndi, xatirə şəkilləri çəkdirdi. 
Hər dəfə bu uşaq evində yeniliklər gördüyünü bildirən Mehriban xanım 
yeni təşkil olunmuş oxu zalına da baxdı, uşaqların asudə vaxtlarını  səmərəli 
keçirməsi üçün yaradılmış nümunəvi şəraitdən razı qaldı. 
Direktor Nərminə Zöhrabova xalqımızın  əziz bayramı münasibətilə 
Mehriban xanımı  uşaq evinin sakinləri adından təbrik etdi. Minnətdarlıqla 
bildirdi ki, dəfələrlə buraya gələn Mehriban xanımın təşəbbüsü ilə Heydər 
Əliyev Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin 
inkişafı proqramı" çərçivəsində əsaslı təmir edilən və yenidən qurulan bu təlim-
tərbiyə ocağında uşaqların bədii-estetik zövqlərinin formalaşması, asudə 
vaxtlarının təşkili üçün hər cür şərait var. Həyətdə geniş abadlıq işləri görülmüş
yaşıllıqlar salınmış, istirahət guşələri yaradılmışdır. Uşaqlar açıq havada 
gəzməyi, istiharət etməyi, idman oyunları ilə  məşğul olmağı çox sevirlər.Uşaq 
evi təzə avadanlıqla tam komplektləşdirilmiş, müasir səviyyədə təchiz olunmuş 
tibb kabinetləri təşkil edilmişdir. Hazırda burada 107 uşaq vardır, xidmətçi heyət 
də daxil olmaqla, onların təlim-tərbiyəsi ilə 44 nəfər məşğul olur. Bu uşaq evinin 
yetirmələri dəfələrlə müxtəlif idman, rəsm, musiqi müsabiqələrində qalib 
gəlmiş, diplom və fəxri fərmanlar almışdır. 
Mehriban xanım uşaqlara və  tərbiyəçi müəllimlərə Novruz bayramı 
münasibətilə xoş arzularını çatdırdı. 
 
*** 
 
Mehriban  Əliyevanın həmin gün Novruz bayramı münasibətilə daha bir 
görüşü Suraxanı rayonundakı 2 nömrəli uşaq evində oldu. 
Ötən il buraya gələndə Mehriban xanım bu təlim-tərbiyə müəssisəsinə 
mikroavtobus bağışlamışdı. O vaxt burada yeməkxana olmadığına görə uşaqlara 
yeməyin otaqlarda verildiyini bildikdə, yeməkxana tikilməsinə  təşəbbüs 
göstərmişdi. 
Mehriban xanım uşaq evinin yataq otaqlarına, tibb məntəqəsinə baxdıqdan 
sonra təzə tikilmiş, 380 kvadratmetr sahəsi olan yeməkxanaya gəldi.  Ərazinin 
əvvəlki vəziyyətini və indiki görünüşünü  əks etdirən fotolara baxdı, 
yeməkxananın  ərzaq anbarında, mətbəxində oldu, ərzaq ehtiyatı, normaları, 
sanitariya vəziyyəti ilə maraqlandı. 
Buranın ən yaşlı xidmətçisi olan Həqiqət Sultanova yaradılan belə gözəl 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə