Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə31/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
95 
 
işin görüləcəyinə  məndə inam az idi. Çünki, nəzərə alsaq ki, bu məktəblərin 
əksəriyyəti dağlıq yerlərdə tikilirdi, yağış yağanda, havalar pis olanda oralara 
getmək belə  çətin olur. Bir neçə ayda bu qədər işin görülməsi Azərbaycan 
tarixində  həmişə yadda qalacaqdır.  Şübhəsiz ki, ölkəmizdə  məktəb tikintisinin 
belə geniş vüsət almasında Heydər  Əliyev Fondunun xüsusi rolu vardır. Məhz 
Fond tərəfindən hazırlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı öz 
coğrafıyasına görə bütün ölkəni  əhatə etmişdir.  Ən  əhəmiyyətlisi isə budur ki, 
on illərlə təmir edilməmiş, tam yararsız və qəza vəziyyətində olan, təlim-tərbiyə 
üçün heç bir şəraiti olmayan məktəblərin yerində müasir standartlara uyğun yeni 
binalar tikilmiş, keyfiyyətli avadanlıqla təmin edilmiş və şagirdlərin istifadəsinə 
verilmişdir. Proqrama əsasən Naxçıvan MR-də 6, Quba rayonunda 14, Yardımlı 
rayonımda 6, Ağcabədi rayonunda 5, Cəlilabad,  Şəmkir,  Şamaxı, Qusar, Oğuz 
rayonlarınm hər birində 4, Goranboy, Xaçmaz, Şəki, Tovuz, Ağstafa, İsmayıllı, 
Kürdəmir, Xanlar, Dəvəçi, Samux, Biləsuvar, Bərdə, Siyəzən, Astara 
rayonlarının hər birində 3, Qəbələ, Qazax, Sabirabad, Hacıqabul, Beyləqan, 
Tərtər, Lənkəran,  İmişli, Yevlax, Salyan, Masallı, Ağsu, Lerik, Qobustan 
rayonlarının hər birində 2, Gədəbəy, Neftçala, Saatlı, Daşkəsən, Göyçay, Ağdaş, 
Zərdab, Zaqatala, Qax, Balakən, Ucar rayonlarının hərəsində 1 məktəb üçün 
yeni binalar inşa edilmişdir. 
Eyni zamanda, 2005-ci ildə Heydər  Əliyev Fondu tərəfindən Naxçıvan 
Muxtar Respublikasının Kəngərli rayonunda Şahtaxtı kənd məktəbi əsaslı təmir 
edilmiş, Sabunçu rayonundakı 112 nömrəli məktəb üçün 350 yerlik əlavə korpus 
tikilmişdir. 
Xüsusi vurğulamaq lazımdır ki, məktəblərin maddi-texniki və  tədris 
bazasının möhkəmləndirilməsi sahəsində  həyata keçirilən tədbirlər, xüsusilə 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binalarının inşası ölkəmizdə 
yoxsulluğun azaldılmasına və iqtisadi inkişafa da müsbət təsir göstərmiş, 
ölkənin müxtəlif regionlarında kasıb ailələrdən olan uşaqlar üçün bərabər təhsil 
imkanlarının yaradılmasına səbəb olmuşdur. 
Heydər  Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, 
valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən 
kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin 
maddi-texniki   və   tədris   bazasının   möhkəmləndirilməsi   istiqamətində   də 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
96 
 
məqsədyönlü işlər görülmüşdür. 
Belə ki, 2004-2005-ci illərdə Heydər  Əliyev Fondunun təşəbbüsü və 
təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 
müəssisədə (3 xüsusi məktəb, 16 xüsusi və ümumtəhsil internat məktəbi, 4 uşaq 
evi) müasir standartlara uyğun  əsaslı  təmir, bərpa və yenidənqurma işləri 
aparılmışdır. Həmin müəssisələr avadanlıqla təmin edilmiş, burada tərbiyə  və 
təhsil alan 6759 uşaq yüksək diqqət və qayğı ilə  əhatə olunmuş, onlar üçün 
bərabər imkanlar yaradılmışdır. 
Fond tərəfındən hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişaf 
proqramı"nın birinci mərhələsi başa çatmış, ikinci mərhələ üzrə  işlər davam 
etdirilir. Bu mərhələdə respublikanın bölgələrindəki uşaq evləri və internat 
məktəblərində müvafiq işlər görüləcəkdir. Heydər  Əliyev Fondu Azərbaycan 
təhsili üçün yeni olan inklüziv layihələrin həyata keçirilməsinə  də yaxından 
kömək edir. İnklüziv təhsil zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqlar kütləvi 
məktəblərdə  və  uşaq bağçalarında sağlam uşaqlarla birlikdə  təhsil alırlar. 
Təhsilin belə bir formada təşkili xüsusi qayğıya ehtiyacı olan - əqli və ya fiziki 
cəhətdən qüsurlu uşaqları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas 
edir, onların adi həyata inteqrasiyasına, inkişafına və hüquqlarının təmin 
olunmasına kömək edir. Sağlam uşaqlarda isə bu qəbil həmyaşıdlarına qarşı 
mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Bu səbəbdən 
Azərbaycan təhsil sistemində də inklüziv təhsilin təşkili üzrə pilot layihələrinin 
həyata keçirilməsinə başlanmışdır. 
Hazırda beynəlxalq təşkilatlarla birlikdə 3 inklüziv təhsil layihəsi həyata 
keçirilir. Bu layihələr çərçivəsində ümumilikdə 30-dək təhsil müəssisəsində 
xüsusi qayğıya ehtiyacı olan 100-dən artıq məktəbəqədər və  məktəbyaşlı  uşaq 
sağlam həmyaşıdları ilə birlikdə inklüziv təhsilə cəlb edilmişdir. 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri, 
Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın səyləri nəticəsində son 
zamanlar Təhsil Nazirliyinin YUNESKO ilə  əməkdaşlığı xeyli genişlənmişdir. 
Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan təhsilinin inkişafına həsr 
olunmuş iki konfransdan birincisi Parisdə, ikincisi isə YUNESKO-nun baş 
direktorunun iştirakı ilə Azərbaycanda təşkil edilmiş, YUNESKO və  Təhsil 
Nazirliyi arasında memorandum imzalanmışdır. Memorandumda nəzərdə 
tutulan 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
97 
 
tədbirlərin həyata keçirilməsi ilə  əlaqədar YUNESKO-nun nümayəndə heyəti 
2005-ci il dekabrın 13-17-də Azərbaycanda səfərdə olmuş, texniki peşə təhsili, 
müəllim hazırlığı və ixtisasartırma təhsilinin təkmilləşdirilməsi üzrə 2006-2007-
ci illər üçün fəaliyyət planı tərtib edilmişdir. 
Ölkə Prezidenti İlham  Əliyevin sərəncamlarına  əsasən, 2006-cı ildə  də 
məktəb tikintisi sahəsində ciddi işlər görüləcəkdir. Belə ki, məktəb tikintisi 
sahəsində dövlət proqramlarına, Heydər  Əliyev Fondunun və  Səudiyyə  İnkişaf 
Fondunun layihələrinə  əsasən 91 min 572 yerlik 230 yeni məktəbin və  əlavə 
korpusun (163+67) inşasına başlanacaq, onlardan 44 min 438 yerlik 167 yeni 
məktəb və  əlavə korpus (118+49) təhvil veriləcəkdir. 69 məktəbin  əsaslı 
təmirinə başlanacaq, cari ildə 59 məktəb  əsaslı  təmir ediləcəkdir.  Əvvəlki 
illərdən fərqli olaraq 2006-cı ildə Təhsil Nazirliyinin xətti ilə əsaslı təmir işləri 
aparılacaqdır. Plana əsasən, ölkənin 32 regionunda 46 təhsil müəssisəsi, o 
cümlədən 44 məktəb və 2 uşaq bağçası əsaslı təmir ediləcəkdir. 
Heydər Əliyev Fondu tərəfindən cari ildə də məktəb tikintisi və təmiri üzrə 
xüsusi proqram hazırlanmışdır. Proqrama ölkənin qəza vəziyyətində olan 
ümumtəhsil məktəbləri üçün yeni binaların inşası, bir sıra məktəblərin yanında 
əlavə korpusların tikintisi, bəzi məktəblərin  əsaslı  təmiri daxil edilmişdir. 
Proqramda 2006-cı ildə 16 min 277 yerlik 78 yeni məktəb binasının, 12 
məktəbin yanında 2460 yerlik əlavə korpusların inşası, 12 məktəbin əsaslı təmiri 
nəzərdə tutulmuşdur. Bu proqram da ölkənin bütün regionlarını əhatə etmişdir. 
Nəzərdə tutulur ki, Naxçıvan MR-də 4, Şəki rayonunda 3, Salyan, Biləsuvar, 
Yardımlı, Masallı, Daşkəsən, Quba, Qobustan, Qusar, Xızı,  İsmayıllı,  Şamaxı, 
Qazax, Tərtər, Goranboy, Tovuz, Oğuz, Zərdab, Göyçay, Ağsu, Ağstafa, Qax, 
Abşeron rayonlarının hər birində 2, Yevlax, Bərdə, Beyləqan, İmişli, Sabirabad, 
Saatlı, Hacıqabul, Neftçala, Ağcabədi, Kürdəmir, Ağdaş, Astara, Cəlilabad, 
Lerik, Lənkəran, Xanlar, Samux, Xaçmaz, Dəvəçi, Siyəzən, Gədəbəy, Ucar, 
Şəmkir, Zaqatala, Balakən, Qəbələ rayonlarının hərəsində  və Bakı  şəhərinin 
Əzizbəyov rayonunda bir məktəb binası inşa ediləcək. 
Eyni zamanda, proqram çərçivəsində Abşeron rayonunda, Bakı  şəhərinin 
Binəqədi. Sabunçu, Əzizbəyov, Suraxanı və Qaradağ rayonlarında ümumilikdə 
12 məktəbin yanında  əlavə korpuslar inşa olunacaq və 12 məktəb  əsaslı  təmir 
ediləcəkdir. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə