Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
86
Mehriban xanım Əliyevanın rəhbəri olduğu Azərbaycan Mədəniyyətinin
Dostları Fondu dünyanın bu mötəbər mədəniyyət qurumu ilə əməkdaşlıq
çərçivəsində ölkəmizdəki tarixi abidələrin qoranması üçün həyata keçirilən
tədbirlərdə də fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd
Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən
ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq
nümunədir. YUNESKO-nun xoşməramlı səfiri Azərbaycanın tanınmış oğul və
qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi
həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik
ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı
kimi qiymətləndirir: "Biz ölkənin maraq dairəsində baş verən hadisələri diqqətlə
izləyir və yaranan problemlərin həlli üçün bütün səyləri göstəririk. Mən
Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını
yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda,
gənc nəsli milli-vətənrərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, Heydər
Əliyevin "azərbaycançılıq" ideologiyasının inkişafı kimi qiymətləndirirəm".
Mehriban xanım Əliyevanın Bakıda "Qafqaz xalq ənənələri evi"nin
yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüsü də olduqca
təqdirəlayiqdir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin
qorunması, təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni
zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. "Qafqaz xalq ənənələri
evi"nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata
keçirilən "Yeni Qonşuluq Siyasəti"nin icrasına müəyyən töfhə verməklə bərabər,
həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına
çıxan ermənilərin mənfur hərəkətlərinin qarşısını alacaqdır.
Geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörüşünün, iki həyat
tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşmişdir. Belə bir məkanda
yaşayan insanlar bu təmasın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü,
Qərb və Şərq mədəniyyətinin dialoqunu gündəlik həyatımızda hiss
etməkdədirlər. Maraqlı cəhət burasındadır ki, dünyanın ən müxtəlif qütblərində
siyasi qarşıdurmalara çevrilən bu dialoq Azərbaycan mədəniyyətində hər hansı
çatışmazlıqlara səbəb olmamış, əksinə, bu məmləkətdə bənzərsiz bir mədəni
mühit formalaşdırmışdır. Çünki əsrlərdən üzü bəri yol gələn, zaman-zaman saf
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
87
çeşmə kimi daha da durulan, cilalanan zəngin Azərbaycan mədəniyyəti bütün
kənar müdaxilələrə sinə gərmək gücündədir. Azərbaycan malik olduğu mədəni
potensialla bu dialoqda öz sözünü deyir və mövqeyini sübuta yetirir.
Azərbaycanın qədim ənənələrini, tarixi İpək yolunun regiondakı rolunu
nəzərə alan Latın Mədəniyyəti Akademiyasının 2006-cı il aprelin 19-da Bakıda
keçirilmiş sayca XIII konfransının gedişi bu reallığı bir daha təsdiqləmiş,
respublikamızın sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini nümayiş
etdirmişdir. 30-dan artıq latın mənşəli görkəmli mədəniyyət və ədəbiyyat
xadiminin iştirakı ilə Heydər Əliyev Fondunda keçirilən konfransda çıxış edən
YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyeva demişdir: "Bu gün biz sivilizasiyalararası dialoqun keçmişindən söhbət
açaraq xüsusi vurğulamalıyıq ki, qədim və çox zəngin yunan-Roma
sivilizasiyasının ilk varisi məhz Şərq olubdur. Müsəlman renessansı kimi tarixə
düşən bu dövrdə müsəlman ölkələrində ən mütərəqqi, ən qabaqcıl ideyalar
yaradılıb, inkişaf etdirilibdir. Şərq alimlərinin və fılosoflarının əsərləri ilə
zənginləşən bu irs orta əsrlərdə yenidən Avropaya qaytarılıbdır. Bütün Şərqin,
müsəlman aləminin bu irsin qorunmasındakı rolu əvəzsizdir. 2006-cı ildə
konfransın məhz Bakı şəhərində keçirilməsini ölkəmizin mədəniyyətlərarası
dialoq səviyyəsində çox müsbət təcrübə toplaması ilə əlaqələndiririk. Həqiqətən
də, əsrlər boyu Böyük İpək yolu üstündə yerləşən ölkəmiz çox yüksək
tolerantlığa malik və müxtəlif mədəniyyətləri birləşdirən bir məkan kimi tanınır.
Bu bizim qürur duyduğumuz uğurumuz, keçmişimizdir və inanıram ki,
gələcəkdə də bu sahədə Azərbaycan öz müsbət rolunu oynayacaqdır".
* * *
Azərbaycan xalqı bütün zamanlarda özünün zəkalı, nəcib və xeyirxah
qadınları ilə fərəh duymuş, iftixar etmişdir. Tarixin müxtəlif mərhələlərində
Azərbaycan qadınları həm də fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını ədəbi
salnamələrə, eposlara yaza bilmişlər. Bu gün də qadınlar müstəqil Azərbaycanın
daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi, dünya miqyasında
tanınması naminə əzmlə çalışırlar. Azərbaycan qadını üçün səciyyəvi olan bu
humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlərin bariz
təcəssümünü bu gün Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın timsalında müşahidə edirik. İnsanı riqqətə
gətirən
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
88
əsas məqam bundan ibarətdir ki, onun gördüyü böyük işlərin hamısı
səmimiyyətə, Azərbaycana və azərbaycanlılara intəhasız məhəbbətdən
qidalanan can yanğısına və təmənnasızlığa söykənir. "İstər ÜUNESKO-nun
xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə
ehtiyac oldugunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir.
Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara
kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə
sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə
bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün
gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşagın
təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir"
- deyən Mehriban xanım Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq,
yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində
yaşatmaqla, şüurlu həyatını millət yolunda şam kimi əridən maariipərvər
ziyalılarımız, nurlu insanlarımız tək uğurlu bir seçimdə və yoldadır. Bu yol ulu
öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı -
Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi yoldur. Bu
seçim əbədi liderimizin strateji siyasət kursunun həyata keçirilməsinə dəstək
verməyə, bu siyasətin hər bir vətəndaşın həyatında, rifahında və xoşbəxtliyində
öz konkret töhfələri ilə iştirakına yönəlmişdir.
Xalid Niyazov,
"Azərbaycan" qəzetinin şöbə redaktoru
Dostları ilə paylaş: |